Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanıldı
Müəllif: Akif Əhmədov от 2-12-2019, 10:00
Bakı-Pirşağı-Bakı elektrik qatarlarının hərəkət cədvəli 02 dekabr 2019-cu ildən etibarən fəaliyyətə başlayacaq Bakı-Pirşağı-Bakı qatarının hərəkət vaxtı artıq məlumdur.
Belə ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.
Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.
Tariflər və qatarların hərəkət qrafiki ilə aşağıdakı cədvəl vasitəsi ilə tanış ola bilərsiniz. Bakı - Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib. Bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
"Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik".
Bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub.
Mənbə:https://ady.az/az/news/read/1632/43
Oxşar postlar:
- Şəhərdaxili, şəhərətrafı, qəsəbələrarası və qəsəbədaxili müntəzəm marşrutlar üzrə yeni qiymətlər
- Çində dünyada avtonom hərəkət edən ilk relssiz elektrik sürət qatarı fəaliyyətə başlayıb
- Prezident İlham Əliyev Bakıdakı 74 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
- Bakının küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək
- Dekabrın 29-da Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başlayacaq
- Oxunub: 27
- Şərhlər: 0
- Bölmə: Sosial / Nəqliyyat
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Balaca dostlarımız üçün tapmacalar(I yazı)
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (IVyazı)
Bəzi mətbəx sirləri
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VII yazı)
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)
Bu dünyanın ölümü var min cürə
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)
“Atamı yalnız qışda görürdük” - Mirzə Cəlilin Polşadakı ailəsi ilə müsahibə
Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (Video)
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VI yazı)
Yazarlar