Dünyanın təhsil üzrə ilkləri
Müəllif: Anaveusaq.az от 26-11-2019, 00:30
1. Dünyanın ən kiçik məktəbi
Təhsildə dünyanın zirvəsidir
Bəli, səhv eşitmədiniz: Turin. İtaliyanın bu şəhəri dünyanın ən kiçik məktəbinə sahibdir. Məktəbdə yalnız bir şagird və bir müəllim var.
Dünyanın ən qədim universiteti hicri tarixi ilə 500-cü ildə qurulan Hindistandakı Nalanda Universitetidir. Ikinci universitet 859-cu ildə açılan Mərakeşin Fez şəhərindəki Karueein Universiteti, 3-cü universitet isə 970-ci ildə Misirdə açılan Əl-Əzhər Universitetidir.
Bu universitetlərin illərlə yaşaması asan deyil. Çünki müəllimlik peşəsi heç də asan deyil. ABŞ-da müəllimlərin 14 % -i birinci ilini başa vurmadan istefa verir. Üç ildən sonra istefa verənlərin sayı 33 % , beş ildən sonra isə 50 % olur
3. Avropanın ən qədim universiteti
Bu, təhsildə dünyanın zirvəsi hesab olunan
İtaliyadakı Boloniya universitetidir. Bütün Avropa ölkələri üçün nümunə olan bugünkü müasir universitetlərin təməli hesab olunur. Universitet 1088-ci ildə təsis edilmişdir.
4. Dünyanın ən çox şagirdii olan məktəbi
Bu, Hindistanın ikinci böyük şəhəri olan Laknau şəhərindəki "Montessori” məktəbidir. Məktəb dünya üzrə ən çox şagirdi olan məktəb hesab olunur. Məktəbdə eyni vaxtda 32 min şagird təhsil alır.
5. Amerikanın ən yaxşı təhsil ocağı
Princeton Universitetidir. Harvard Universiteti ikinci, Yale Universiteti isə 10-cu yerdədir. ABŞ prezidentliyinə namizədliyini irəli sürənlər arasında bu universitetin məzunları daha çoxdur.
6. Ən yüksək savad dərəcəsi olan ölkələr
Ən yüksək savadlılıq dərəcəsinə sahib iki qitə Avropa və Cənubi Amerikadır. Bu qitələrdə hər bir ölkənin 95-100 faiz savadlılıq səviyyəsi var. Finlandiyada, Qrinlandda, Şimali Koreyada, Lixtenşteyndə, Lüksemburqda, Norveçdə və Vatikanda savadsız insanlar, demək olar ki, yoxdur.
7. Dünyanın ən savadlı ölkəsi
Bu ölkə Kanada hesab olunur.
Kanada əhalisinin 50 faizi orta ümumtəhsil məktəblərindən əvvəl hazırlıq məktəblərində təhsil alır. Kanada dünyanın ən təhsilli ölkəsidir. İsraili 45%, Yaponiya 44% ilə izləyir.
8. Dünyanın ən savadlı ölkələrinin sayı
Cənubi Sudan 27 faizlə dünyanın ən aşağı savada malik ölkəsidir. 6-17 yaşarası uşaqların 70 faizi bir sinifdən sonra təhsil almayıb.
9. Dünyanın təhsildə ən uğurlu ölkəsi
Bu, Finlandiyadır. Finlandiya təhsil müəssisələrində çox qeyri-adi bir metoddan istifadə edirlər. Xüsusi təlim keçmiş itlər uşaqların mütaliə vərdişlərini inkişaf etdirməyə kömək edir. Nəticədə uşaqların bacarıq və qabiliyyətləri, özünəinam və yaradıcılıq vərdişləri artmışı, layihə rəsmi tədris proqramına əlavə edilmişdir.
Finlandiya rəsmiləri klassik tədris proqramlarının tamamilə məktəblərdən çıxarılmasını düşünür. Artıq fizika, riyaziyyat, ədəbiyyat, tarix, coğrafiya və ya bu kimi dərs kitabları yoxdur! Marjo Kyllönen, dəyişikliyi izah edərək demişdir: "Biz 1900-cü illərin əvvəllərində hazırlanmış və o zamanlar faydalı olan köhnəüsullu məktəblərdə dərs deyirik. Ancaq bugünkü ehtiyacla onu davam etmək olmaz. Buna görə 21-ci əsr üçün uyğun bir təhsil modelinə ehtiyacımız vardı. Bu, nə deməkdir və hansı təhsil modeli ehtiyacımız idi? Klassik dərslərin yerinə hadisələr və faktlar fənlərarası bir şəkildə aparılacaq. Məsələn, II Dünya Müharibəsi mövzusu yalnız tarixi baxımdan deyil, coğrafiya və riyaziyyat baxımından da araşdırılacaq”.
10. Təhsilə ən yaxşı maraqlandıran məktəbdə ən maraqlı təcrübə
Almaniyada məktəbə yeni başlayan uşaqlara, "Schultüte” adında alabəzək konusvari çanta verilir. Şagirdlər onun içinə kitablarını, məktəb ləvazimatlarını və dərs müddəti üçün götürdükləri çərəzi qoya bilir. Bu ənənə Almaniya ilə qonşu olan Çexiya və Polşa kimi ölkələrdə də davam etdirilir.
Oxşar postlar:
- Oxunub: 406
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Maraqlı məlumatlar
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( I yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Eşqimiz bir şirin sevda
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
Sülhməramlı missiya tərəflər arasında tərəf olmamalıdır
Yazarlar