» » Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar

Həyat aləmdir hər şeydən üstün,
Cavanlıq günüdür ən qiymətli gün.
Həyatdan yaxşı şey dünyada nədir?
Gənclikdən gözəl şey bir əfsanədir. 
"Xosrov və Şirin"

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar

Qocalıq, xəstəlik birləşsə ancaq,
Sönər, möhkəm olsa nə qədər çıraq.
"Xosrov və Şirin"

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar

Meyvə kal olduqda böyüyər, artar,
Yetişən zamanda yerə düşər bar.
"Xosrov və Şirin"

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar

Meyvəli bağlarda saralan yarpaq,
Xəzan yellərindən gətirər soraq.
"Xosrov və Şirin"

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar

Gecəndir, gündüzündür iki tüklü qocalıq,
Öz cavanlıq çağında ondan ibrət al, artıq.
"Sirlər xəzinəsi”

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar

Cavan hər nə etsə də ayıb tutmazlar onu,
Min bir ayıb taparlar qocalıqda insana.
"Sirlər xəzinəsi”

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Uzaqdan anlamazsan, cavanlıq nə deməkdir,
Qocalmasan duymazsan, ömür nəyə gərəkdir?!
Cavan ağac hər bağın gözəlidir, gözəli,
Qocaldımı, sındırar onu bağbanın əli.
Cavanlıq od olsa da bunun sirri dərindir,
Qocalıq xeyli acı, gənclik xeyli şirindir.
"Sirlər xəzinəsi”

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Dünyada keçməsin boş cavan çağın,
Yol get ki, güclüdür indi ayağın.
"Yeddi gözəl”
Bir gəncin ürəyi coşsa dünyada,

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Düşməz nəsihəti pirlərin yada.
"Yeddi gözəl”

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Sənə nə eyləsə övladın, inan,
Onu görəcəkdir öz övladından.
Oğlunun yaxşı-pis işiçün, dayan
Cəza vermə, o da alar oğlundan.
"Xosrov və Şirin”

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Əvvəl əyri bitən bir cavan budaq
Zənn etmə qocalsa düzgün olacaq.
"Xosrov və Şirin”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Uşağın cinsini dayəsi bilər.
"Xosrov və Şirin”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Əyri bitsə əgər əvvəldən calaq,
Onu da düzəldər, düzəltsə ancaq.
"Xosrov və Şirin”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Məsəldir deyərlər oddan kül olar.
"Xosrov və Şirin”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar]
Hər anadan olan övladdır məgər,
Hər gül meyvə verməz, hər qamış şəkər.
"Xosrov və Şirin”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Sən yaxşısan, o da pis olmayacaq,
Öz tumuna bənzər göyərən budaq.
"Xosrov və Şirin”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Oğlun harındırsa, bundan zərər yox,
Zəmanə yumşaldar, qəm eyləmə çox.
"Xosrov və Şirin”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Anadan ayrılsa bir quzu əgər,
Onun arxasınca canavar düşər.
"Xosrov və Şirin”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Görərsə buluddan sədəf, səxavət,
Bulud da sədəfdən görər məhəbbət.
Bulud nə səpərsə göylərdən yerə,
Sədəf də onları çevirər dürrə.
"Yeddi gözəl”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Ağac əkilməli münbit bir yerə,
Ta behişt barı tək meyvələr verə.
"Yeddi gözəl”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Təlimdir düzəldən itləri sap tək,
Olmazmı cəhd etsə bir insan mələk?
"Yeddi gözəl”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Bulud ağlamasa, gülərmi çəmən?
"Yeddi gözəl”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Hər kim istəsə ki, işləsin haram,
Haramzada olar yalnız o adam.
"Yeddi gözəl”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Uşaqkən əslini sorsalar bir az,
Ağac bar verəndə cinsi sorulmaz!
Elə ki böyüdün, belədir qayda,
Atanın adından sənə nə fayda?
Sən, aslanlar kimi keç cəbhələrdən,
Ancaq hünərinin balası ol sən!
"Leyli və Məcnun”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
İnsan bu dünyada daimi yaşar,
Yurdunda bir övlad qalsa yadigar.
"Leyli və Məcnun”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Bir əkin yerini vursa quraqlıq,
Yağışın mənası qalarmı artıq?
"Leyli və Məcnun”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Oğlunu bir rəngdə görmək istəsən,
Ürək tək bir ata-analı ol sən.
Gənclik- təzə nallı, köhlən əbrəş at,
Qocalıq zamanı dadsızdır həyat.
"İsgəndərnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Hər kəs yaxşı, yaman, nə qoysa əsər,
Bununla zatını büruzə verər.
"İsgəndərnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Əsası çox möhkəm olmayan evin
Bütün dörd divarı tez uçar, yəqin.
"İsgəndərnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Əgər bir damcı su yoxsa quyuda,
İp uzun, ya qısa olsa nə fayda.
"İsgəndərnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Həyat yox, gəncliyi alınca xəzan,
Gənclik qalmayınca qalmasın cahan.
Gənclikdir insana gözəllik verən,
Gözəllik sönərsə qəlb olurmu şən?
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
O gün ki, gəncliyin qüruru sönər,
İş görməz daha bu cəsarət, hünər.
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Bağ, bağça gözəldir, şəndir gülüstan,
Sərb ilə lalələr güldüyü zaman.
Öylə ki, bağlara boz xəzan girər,
Bülbül öz yerini qarğaya verər.
Bağbanlar qəlbini dərd, qəm yaxaraq,
Yaşıl qol-budaqdan tökülər yarpaq.
Bostanlar pozular reyhanlar qalmaz,
Bağın açarını soruşan olmaz.
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Əlliyə çatınca dəyişər əhval,
Dəyişər yaşayış, dəyişər hər hal.
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Otaq boş qalınca işıqlı şamdan,
Qalmaz pərvanədən daha bir nişan.
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Bədəndən çıxınca dəyərli cövhər,
Ona öz qadını arxa çevirər.
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Gənclik hər ürəyi coşduran zaman
Qocanın susması deyilmiş nöqsan?
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Qocalıq gəldimi, axtar bir bucaq.
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Yemə var-yoxunu, gec qalxacaqsan,
Yoxsulluq yamandır qocalan zaman.
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Bilənlər başçısı olsa da yenə,
Bu gənclər möhtacdır qoca fikrinə.
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Bilikdə birinci olsa cavanlar,
Qocalar fikrinə ehtiyacı var.
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Ağıllı övladla ata fəxr edər.
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Dünyada ataya varmıdır, gerçək,
Ağıllı oğuldan başqa bir istək?
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Məhəbbət gözləmə gedəcək varın.
"Şərəfnamə”
Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar
Hər bir şey təməldən möhkəm qurulur,
Təməlsiz binalar çox tez də uçur.
"Şərəfnamə” 

Nizami Gəncəvinin əsərlərindən gənclik, qocalıq və övlad tərbiyəsi haqqında sitatlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Roscoe

  • 16 oktyabr 2019 23:33
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
What's up, I log on to your blog on a regular basis. Your story-telling style is awesome, keep itt up!

my web page ... polrn colmics torrent
  • Нравится
  • 0