» » Xarıbülbül

Xarıbülbül

 
Xarıbülbül

Şuşa dağlarında "Xarıbülbül" adlanan qeyri-adi bir gül yetişir. Gülə bu ad bülbülə bənzədiyinə görə verilib. "Xar” sözü isə tikan mənasını verir, yəni "tikanlı bülbül”. Xarıbülbülün digər adı Qafqaz qaş səhləbidir.

Xarıbülbül Yer kürəsində yalnız Qarabağda, xüsusilə də Şuşada bitir. Heyrətamiz və kövrək olan xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər var. Deyilənə görə, Fətəli şah Şuşa üçün qəribsəyən arvadı, Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağa üçün bir bağ saldırır. Bu bağda Qarabağda, Şuşada bitən bütün ağacları, gülləri əkirlər. Hamısı bitir, bircə xarıbülbüldən başqa.

Vətən bağı al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Ömür sürməli dövrandır,
Səsin gəlsin barı, bülbül.

Bu mahnı da həmin vaxt yaranıb. Xarıbülbül haqqında başqa rəvayətlər də var. Bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirlər. Yalnız zərif, gözəl, ətirli gül küləyə ram olmur. Onun dimdik durduğunu görən külək heyrətə gəlir:

- Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü haradan alırsan?

Gül cavab verir:

- Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, heç kəsə baş əymir. Mən bülbülü sevirəm. Mənə güc-qüvvət verən onun saf məhəbbətidir.

- Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü…

Külək bunu deyib kükrəyir. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldayır. Bülbül özünü gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyib, əyilən qamətini düzəldir. Bu vaxt gülün tikanı onun sinəsinə sancılır. Bülbül məhv olur, amma gülü əyilməyə qoymur. Gül həmin vaxtdan bülbül görkəmində çiçəklər aşır. Adı olur xarıbülbül.

Dünyanın heç bir yerində rast gəlinməyən xarıbülbül təbiətin ən böyük möcüzələrindən biridir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhali bu gülə hər zaman xüsusi münasibət bəsləyib. Xarıbülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilib. Xarıbülbülün təsvirinə Azərbaycan xalçalarında rast gəlmək mümkündür.

Xarıbülbüldən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində də geniş istifadə edilir.
İndi Qarabağımız kimi xarıbülbülümüz də əsirlikdədir. Vaxt gələcək, Qarabağımız, Şuşamız azad ediləcək. Xarıbülbülümüz də əsirlikdən azad olacaqdır.

Xarıbülbül

Xarıbülbül

Xarıbülbül

Xarıbülbül

Xarıbülbül

Xarıbülbül

Xarıbülbül

Xarıbülbül

Xarıbülbül


Mənbə: Uşaq Bilik portalı

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz