» » Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (I yazı)"

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (I yazı)"

 

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun!  Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (I yazı)" 

Müraciət:


"Bir xanım üzvümüz soruşur - 26 yasim var, 1il yarimdi evliyem.bir qizim var.mentiq evliliyi etmisik.her ikimiz namaz,ibadet ehliyik.qisa muddetde vasitecilikle tanis olub aile heyati qurmusuq.aile qurana qeder cemisi 2-3defe gorusmusuk,soyuq,mesafeli olmusuq yeni.evlenende de bu bele idi.evlendikden sonra her sey qaydasinda kimi gorunurdu,mehriban idik.ta ki sonradan toy borçları olduğunu oyrendim ve birden bire butun bir ayliq maasini aparib borcuna verdi,bele bele evde maddi sixintilar uzunden tez-tez davalarimiz başladı.ustelik o qeder sixinti arasinda ailesi de bize destek olmur ve onun valideynleri ile de munasibetlerim pozuldu.8aydi danismiram onlarla.cunki cox ustume geldiler,hec ne etmedikleri halda meni nankor adlandirdilar.halbuki cox uzr isteyirem,men hamile halimla en son ana qeder ayaquste calisib,heyat yoldasima destek olmusam.yoldasim tez-tez anasigile bas cekir.o davadan sonra gah mehriban oluruq,gah da gunlerle kusulu qaliriq.amma mene qarsi cox diqqetsizdi,baximli xanimam,tehsilliyem. bezen özümu onunla bele derinden tanimadan evlendiyine gore qinayiram.deyirem yeqin xasiyyeti beledi.amma sonra qizima qarsi nece isti munasibetini gorurem ve dusunurem ki,demek bu isteyende hislerini buruze vermeyi bacarir.sadece mene qarsi etinasiz yanasir.bezen o qeder diqqetsizlik,qaygisizliqdan eziyyet cekirem ki,dozulmez hedde catir.deyirem,bu indiden beledi,bir ömür buna dozmeye gucum varmi?men ona verdiyim qeder diqqet qaygi sevgi girmurem.belke yolun basindayken ayrilaq, bitsin evliliyimiz.bir sözle, sizden meslehet ve ozunuzu menim yerime qoyaraq deyerlendirmeyinizi isteyirem.siz menim yerime olsaniz,nece hereket ederdiniz?
( Bax: Mənbə: https://www.facebook.com/AZEpsixologiya”)

Bu müraciəti  Sosial şəbəkələrin birindən  götürmüşük. Nöqtəsinə, vergülünə toxunmadan Ana və Uşaq.az- ın  oxucularına da təqdim edirik.  Müraciətə verilən cavablarda   doğru yol göstərən, problemə işıq tutan fikirlər  var, amma təəssüf ki, azdır.  Xüsusilə, qayınanalar  haqqında bildirilən yanlış təsəvvürlərə xanım istifadəçilər tərəfindən like edilməsi, özü də gülüş ifadə edən sürəkli smaykllarla,  narahatlıq doğurmaya bilməz . Bu qızlarımız  sabah gəlin köçəcəkləri ailədə necə gəlin olacaqlarını və yaxud  artıq   ailəlidirlərsə, hal-hazırda necə gəlin olduqlarını  artıq işarə verdilər. Olmaz belə.

 "Sakhavat Gabiloğlu”  adlı bir  gəncimiz isə — özünün dediyinə görə, ekspertdir — tamam yanlış tərəfə istiqamətləndirmişdir.

"Ekspert”sözü   latınca  "expertus” sözündən olub təcrübəli  mənasını ifadə edir.  Yəni, bu şəxslər  mənsub olduqları sahə üzrə  təcrübəli, yetkin bir şəxsdir. Onun gəldiyi nəticə araşdırılan  məsələ haqqında ən doğru fikirdir.   Amma bizim  ekspertimiz  problemlə qarşılaşmış  gəncimizə  doğru yol göstərməkdənsə,  hansı fikri bildirir?

 Ekspertimiz yazır ki,  ailəyə, ən əsası sevgiyə  kolorit qatan  seksdir, "bu axırıncı olmasa ailəni qorumaq  olmaz”(???)

Keçən il elə bu vaxtlar Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı Əbülfəz Kazımovun "Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi” adlı kitabı sosial şəbəkələrdə və mətbuatda böyük hay-küy yaratmışdı. Kitab çap olunmuş, az bir zamanda Nazirliyin hərbi hissələrində və bir çox struktur vahidlərində paylanılmışdı.
Kitabın rezonans doğurmasının səbəbi ayrı-ayrı səhifələrində kişi-qadın münasibətlərinə, cinsi həyata, seksual-dini məslələrə yer verilməsi olmuşdur.

Qəribədir, deyilmi? Daxiliyanma mühərrikləri hara, cinsi həyat məsələri hara?

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun!  Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (I yazı)"
Müəllif özü bunun açıqlamasını belə vermişdir: "Məqsədim budur ki, kitabımı oxuyan adam darıxmasın və yorulmasın. Digər tərəfdən mən zabit kontingenti ilə çalışıram. Maxe, gizirlər onsuz da kitab oxumurlar. Onların maraqlarını mən bilirəm. Mən ona görə belə yazmışam ki, heç olmasa hərbçilər bu amilə görə kitabımı maraqla oxusunlar. Maşın yağı ilə seksin əlaqəsini də onların kitaba olan maraqlarının artması üçün yazmışam. "

Doğrudur, müəllif bu kitaba görə vəzifəsindən azad olundu və paylaşılan kitablar da geri götürüldü. Amma fakt belə təsəvvürlərin mövcudluğunu ortaya qoydu.

Əvvəlki yazımızda ailədə sevgisizliyin əsas səbəbini intim doyumsuzluqla əlaqələndirən ekspertin(?) məntiqi də bu polkovnikin məntiqinə bənzəmirmi?

Və yaxud   xanıma məsləhət görür ki, birinci olaraq  ərinizi "mamoçka”sından ayırmalısınız.

 İndi siz fikirləşin ki, bu cürə  böyümüş,  həyat, ailə qanunlarını bu təfəkkürlə nizamlanmış gənclər  30-40 ildən sonra cəmiyyətin əsasını təşkil edəcək.Nə baş verəcək: ailə institutları mahiyyətini tamam itirəcək,  ata-babalarımızın  formalaşdırdıqları ailə dəyərlərininizi-tozu da qalmayacaq.

İsveçrə dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur.  İnsanlar İsveçrədə yaşamağı arzulayırlar.  İnternetdə bu ölkə ilə bağlı  maraqlı bir fakta rast  gəldim.

Ölkənin ayrı-ayrı   şəhərlərində  maşının içində seks münasibətləri  adi  hala çevrilib,  insanların etirazlarına görə hökumət müəyyən addımlar atmağa məcbur olub, , məsələn, Sürixdə  cinsi əlaqə  üçün  müəyyən  küçələrdə çadırları qurulub. Cinsi əlqəyə girmək istəyən kişilər maşınlara mindirdikləri fahişələr ilə bu çadırların içinə daxil olurlar və burada intim münasibətdə olurlar.

Onlar bunu   ictimai yerlərdə nəqliyyatda  fahişəlik hallarının  qarşısını almaq məqsədi ilə etsələr də, dolayısı ilə cinsəl həyatı, fahişəliyi ddavranış tərzinə çevirmiş olurlar.

 Azərbaycan mühiti üçün  belə nümunələr çox təhlükəlidir.  Böyüməkdə olan  nəsillərə Qərbin həyat tərzi yox, elmi-texniki  nailiyyətləri  hümunə göstərilə bilər. Odur ki, sosial şəbəkələrdə, televiziya müzakirələrində, insanlar arasında söz deyə bilən adam nə dediyinin, kimə dediyinin məsuliyyətini anlamalıdırlar.

Hesab edirik ki, belə müzakirələr aparılmalıdır, amma onu aparan qrup, mərkəz,  informasiya orqanı  mütləq izləməli, doğru-düzgün səmtlənməsini nizamlamalıdır.  Təbii ki, doğru nizamlandıqda belə müzakirələrin  nəinki problemli ailələrə, hətta problem olmayan ailələrə də dəstəyi ola bilər.

 

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun!  Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (I yazı)"
Bəli, müraciət kifayət qədər aktual və ciddi problemdən xəbərverir . Belə vəziyyətdə olan ailələr də çoxdur və artan xətt üzrə də davam etməkdədir. Bəziləri dözüb səsini çıxarmır, bəziləri ayrılıb 2-ci, 3-cü evlilyə baş vurur... Bəziləri də ayrılıb, ya uşaqla, ya uşaqsız, müstəqil yaşayır. Maddi imkanı kifayət edirsə, belə qadınlar bir daha ailə, ər, uşaq qayğıları daşımaq istəmir: elə subay-sağlıq ömrünü davam edir. Uşağı olanlar ya uşaqlarını valideynlərinə verirlər, ya da dayə tuturlar. Əslində, bunlar faciədir.
Bir xanım tanıyıram. Ziyalıdır, gözəl ailəsi, övladları var. Əri avtomobil qəzasında həyatını itirib. İndi yazacaqlarım bu qadının mənə söylədkləridir.Deyir ki,  bir xidmətlə bağlı sənədləşdirmə zamanı qeydiyyat aparan xanım anketi doldurmaq üçün bu xanımdan müəyyən məlumatları soruşurmuş. Biləndə ki, həyat yoldaşı  rəhmətə gedib, dedyib ki, sağ əlin mənim başıma.
Mənim tanıdığım xanım, əlbəttə ki, onun cavabını necə lazımdı verib.Məsələnin mahiyyəti adamı narahat edir.  Ürəkdə olmayan heç nə dilə gəlməz. Ailəli qadın ərindən ayrılırsa, iraq-iraq, əri vəfat edirsə, onu daha çətin həyat gözləyir. Dedi-qodular gözləyir və s.  Elə isə  zarafatla da olsa, ərinin   cismanı tərkini ayrzulayan  xanımlar sonrakı talelelərini xəyallarına gətirmirlər. Biz anaveusaq.az saytında bu mövzuda onlarla müzakirələr aparmışıq, yazılar paylaşmışıq.
Bu gün Azərbaycan ailələrinin keyfiyyəti çox narahatedicidir. İldən-ilə boşanmaların sayı artmaqdadır. Boşananların dinamikasındakı artım, əsasən,  cəmi bir neçə il evlilikləri davam etmiş ailələr daxildir.
İnanmaq olmur ki, bu evliliklər 1980-ci illərə qədər mövcud olmuş evlilik səbəbidir.
Gözəl ailələrimiz var ki, onlar, inşallah, sona kimi davam edəcək. Amma yeni evlənib beş ilə qədər ayrılıq yolunu tutanlar yurd-yuva, ailə qurmaq, valideynlik məsuliyyətinə sahib olmağı deyil, sadəcə, qadına sahib olmağı əsas götürürlər. Belələri qadına sahib olur, amma ailə, ər məsuliyyətinə sahib ola bilmirlər.
Burada kənar amillər də ciddi faktordur. Sovet dövrünün ailə-əxlaq tərbiyəsi, cəmiyyətin özünün ölçüləri tamam başqa, indinin ailə, qadın-ər münasibətlərinin özəllikləri başqa.
Kənddə yaşadığım illərdə Bakıya gələnə kimi çox nadir ailələr bilirdim ki(1-3 ya ola, ya olmaya) boşanma halı olmuşdu. O da ya uşaq olmama səbəbindən, ya da xəyanət ucbatından.
İndi boş-boş səbəblərdən ayrılmağa yönəlirlər, sanki bəhanə gəzirlər... 
Susuz səhrada yzaq yol gedən, su ehtiyatı tükənmiş bir yolçu üçün su yalnız H2O deyil, həm də həyatdır. Bəlkə də bu məqamda su dünyada onun gözünə görünən  yeganə nemətdir. Amma  susuzluqdan dili-dodağa qurumuş  həmin yolçu səhranın  daha sonrakı  hissəsində qarşısına çıxan kəhrizdən 2-3 sərnic suyu birnəfəsə başına çəkəndən sonra  artıq əvvəlki halını unudur və yoluna davam edir. Artıq  5 dəqiqədən sonra  onun üçün su yenə də  N2O-dur.
  Sevgi, eşq elə bir azuqədir ki, insan ona aclığında da, doyumluluğunda da eyni ehtiyacı hiss etməlidir.
Rəvayət: 
Guya qədimlərdə oğlan-qız bir bədəndə yaranıbmış. Elə bir bədəndə sevib-sevişirlərmiş. Amma sonralar işlətdikləri hansısa qəbahətə görə, Allah onları cəzalandırır və bir-birindən  ayırır. Guya o vaxtdan da bir-birlərindən ayrı düşmüş paralardan hər kəs nə vaxt öz parasını  tapırsa, ürəklərində sevgi duyğuları  baş qaldırır  və onlar  yenidən birləşirlər. Həm də əbədi olaraq birləşirlər... Onları yalnız ölüm ayıra bilirmiş.
  Rəvayət olsa da, sevgini obrazlı olaraq ifadə etmək üçün  təsirli nümunədir. Təəssüflər olsun ki,   zaman irəliyə doğru davam etdikcə  dəyərlərimiz cürbəcürə aşınmalara məruz qaldı. İndi ən adi  incuiklikdən, umu-küsüdən, anlaşılmazlıqdan, kənar  təsirdən elə rahatca  sevginin qətlinə fərman verirlər ki.
 Çünki belə sevgililər heç vaxt öz bədənlərindən ayrılmış paralarını tapıb qovuşmayıblar, sevməyiblər, ailə həyatına hazırlanmayıblar. 2-3 dəfə görüşməklə toy edirlər.
 Sevən oğlanla qız arasındakı tanışlıq,  münasibətlər, dostluq, nə deyirsinizsə-deyin,  ilk çağlarında hələ formalaşmış sevgi deyildir. Sevgi o vaxt  əsl sevgi adlana bilər ki, sevən tərəflər arasındakı  münasibətlər getdikcə daha da  dərinləşir və elə  mərhələyə qədəm qoyur ki,  artıq gənclərin hər ikisi də hiss edir ki,  aralarındakı bu  münasibətin adı yoldaşlıq deyil, dostluq da deyil. Bunun adı əlahəzrət Sevgidir.
Belə sevgililər, təbii ki,  qarşılarına çıxan bütün maneələri birgə əmək sərf etməklə aşacaqlar. Əgər kimlərsə düşünürlərsə ki, sevgi əlahiddə qadına sahib olub, evlilik özəlliyini yaşamaqdır, səhv edir. Əsl segi insana yataq yoldaşı deyil, həyat yoldaşı  bəxş edir.
 

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun!  Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (I yazı)"

Amma təəssüf ki,  bu gün sevgi-ailə münasibətlərində  bu  məqam daha aparıcıdır. 30-40 il bundan əvvəl 4-5 uşaqlı ailə azuşaqlı ailə hesab olunurdu. İndi isə, xüsusi ilə şəhərlərdə, 2 uşaqlı ailə çoxuşaqlı ailəhüsab olunur.  İndiki  gənclər evlilik həyatı yaşamaq istəyirlər, amma dünyaya uşaq gətirmək istəmirılər. Ona görə istəmirlər ki, qayğıları çox olmasın, formalarını itirməsinlər.
Bir vaxt dünyaya 6, 8, 10 övlad gətirən ananın qızları, nəvələri bu gün 2 uşaqdan çox uşaq istəmir. Ha iqtisadi səbəbləri bəhanə kimi gətirsələr də, inanmaq olmur, vallah.
Mənim anam "Qəhrəman ana” idi : 8 oğul+2 qız. Dünyaya 10 uşaq gətirmək, onların qayğısına qalmaq, ağzını yığışdırmaq, üstəlik həyət-bacaya baxmaq, ərə baxmaq hər  zərif məxluqun işi deyil. Bu işləri hər gün, özü də səhərdən axşama kimi etmək  yalnız əmək qəhrəmanlığı yox, həm də  ailə qarşısında  məsuliyyət, bir  sevgi qəhrəmanlığı demək idi. Amma o Qadınlar, o Analar  bu qəhrəmanlığı edə bilirdilər, bu qədər işlərin öhdəsindən gələ  bilirdilər.  Yuxularından, dincliklərindən "oğurlayıb" edirdilər. Ona görə də süfrə başında mürgü vururdular, ayaqüstə yatırdılar. O dövrün anaları bunu  bir də ona görə edə bilirdilər ki, onlar ailə qurarkən, ata ər evinə gələrkən missiyalarını bilirdilər, buna ram olub gəlirdilər.
İndiki zamanda  analıq, qadınlıq  institutu tamam fərqlidir. Gəlinlər çox təcrübəsizdirlər.. Çox az gəlin tapılar ki, yeməyə qaydasınca duz tökməyi bacarır. Çox az gəlin tapılar ki, 4-5 uşaq arzulasın. Gecə yuxu aparıb uşaq da ağlaya-ağlaya qalmasın…
Mən bir neçə il qabaq bir internet yazısı oxumuşdum. Deməli, alimlər yeni üsul icad ediblər. Tutaq ki, ailə quran çütlük  evliliklərinin, deyək ki, 15 il üçün uşaq istəmirlər. Yeni üsul imkan verəcək ki,  döl qabiliyyətli toxumu labaratoriya şəraitində saxlasınlar. Nə vaxt uşaq arzu etsələr, toxumu bədənə köçürməklə istəklərini  həyata keçirsinlər. Belə ailə həyatı, uşaq sevgisi  olurmu…? Bir şəxs 25 yaşında ailə qurubsa, bunlar həmin yolla 15 ildən sonra uşaq sahibi olsalar, bu uşaq ata-ana hərarəti yox, baba hərarəti duyan kimi olacaq.  Ailə quran qızlarımız belə etməməlidirlər.  Məşhurlardan birinin xoşum gələn fikri var "Heç bir bəzək, makiyaj, nələr-nələr, qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz”. Bu, fiziki gözəllik deyil, ruhi, mənəvi gözəllikdir.
Azərbaycan ailəsi heç vaxt belə olmayıb. İndi müşahidə etdiyimiz hallar həyatımıza, mənəviyyatımıza hamısı Qərb ölkələrindən, ispan seriallarından sirayət etdi.
Bəzi xanımlar  belə nümunələr haqqında eşib, seriallarda görüb elə bilirlər ki, guya serialda görünənlər, doğrudan da ər-arvaddır, onlar xoşbəxtdir.
Bəzi  xanımlar da elə bilirlər ki, xaricdəki qadınlar xoşbəxtdir, onlar azad həyatlarını yaşayırlar. Hatəmxan ağanın sözü olmasın : "Bizdə çox arvadlılıq adətdir, avropalılarda isə çox ərlilik”.
Xaricdə qadınlar azad yox, sərbəstdirlər. Kim necə istəyir, necə arzu edir həyatını qurur, istədiyi formada yaşayır və s. Fransada, məsələn, nikah, vacib də deyil. Gənclər bir-birlərini bəyəndilərsə, ailəli kimi yaşayırlar, ta bəyəniləcən. 7 aydan sonra 1-1-lərini bəyənmirlərsə, səssiz –küysüz ayrılırlar, yenidən 7 aylıq macəra axtarmaq üçün biri  çevrilib saga,  biri də sola gedir.
Afrika ölkələrində bu gün də poliqamiya, yəni bir şəxsin ikidən çox əks cinslə nikah hüququ davam etməkdədir.
İki il öncə saytlarımızın birində yazmışdılar ki, Səudiyyə Ərəbistanında çoxarvadlılıq akademiyası yaradıla bilər. Onların fikrincə, bir kişi eyni anda 3 qadınla ailə həyatı qura bilər, bir şərtlə ki, hər 3 nikah eyni ayda bağlanmış olsun. Əgər bu kişi 10 il ərzində bu qadınlarla "sülh içrə yaşamağı" bacarmışsa, akademiya ona 4-cü arvadı tapmağa yardımçı olacaq.
 

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun!  Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (I yazı)"

 

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun!  Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (I yazı)"

2014-cü ildə İraqda uşaqların 9 yaşına qədər nikaha daxil ola bilməsini qanunla nizamlamaq istəyirdilər.
Ən erkən nikahlar kütləvi şəkildə Nigeriya, Çad, Banqladeş, Mali və Efiopiya kimi ölkələrdə baş tutur. 2003-2009-cu illərin tədqiqatlarına əsasən, bu ölkələrdə evliliklərin 20%-dən çoxu 15 yaşından əvvəl baş verir.
Eynicinslilərin nikahı hazırda dünyanın 20 ölkəsində, Meksianın bir neçə ştatında və Böyük Britaniyanın bəzi ərazilərində, Almaniyada, Hollandiyada leqallaşdırılıb.
Bunlar mənəvi eybəcərlikdir. 
Mətbuatda (üzr istəyirəm)  baş vermiş cinayət hadisələrindən bəhs edərkən qeyri-təbii yolla cinsi münasibətlərdən yazırlar. Adamın əti tökülür. Kişi öz halalına belə baxışla necə yanaşa bilər? Belə intim hərislik hansı ülvi sevgini doğura bilər?

Davamı var…

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz