» » Dənizdə balıqçı kəndi: Koh Panyee

Dənizdə balıqçı kəndi: Koh Panyee

Dənizdə balıqçı kəndi: Koh Panyee

Dəniz üzərində qurulan  bu balıqçı kəndin adı  Ko Panyidir.  Taylandda yerləşir.  Sakinləri Java adalarından köç edən müsəlman balıqçılarından ibarətdir.  Kənd  həm də üzən  futbol meydançası ilə diqqət çəkir. Çünki burada  torpaq yoxdur, insanlar suyun üzərində qurduqları evdə yaşadıqları kimi, suyun üzərində də futbol oynamağa məcburdurlar.

İlk dəfə 1986-cı ildə  Dünya Kuboku zamanı  taxtadan  qurulmuş bu  üzən sahə sonradan daha sağlam bir plastik platformaya  çevrilmişdir.

Köyün futbol komandası,  hətta, qısa müddət içində bölgə turnirlərində birincilik əldə etdi.  Çox çəkmədi ki,  Ko Panyi futbolu reklam filmlərinə mövzu oldu. Futbol komandasının  nüfuzu tezliklə ölkə daxilində yayıldı.

 

Dənizdə balıqçı kəndi: Koh Panyee

Sayı təxminən  1,800-dən çox olan qayıq bu kəndin əsas  nəqliyyat vasitəsidir.  Xarici turizm  üşün  belə nəqliyyat, belə səyahət çox cazibədardır. Ona görə də  turizm  bu kəndə çox gəlir gətirir.   Bu da maraqlıdır ki,  kənddə rifah səviyyəsi, bölgədəki digər kəndlərə nisbətən yüksəkdir. Panyi adasının tarixi artıq təxminən 200 ili keçmişdir.  Kənd İndoneziyanı tərk edən 3 balıqçı ailəsi ilə məskunlaşmağa başlamışdır.

Taylandın qanunları xaricilərin torpaqlara sahib olmasına icazə vermirdi. Ona görə də balıqçılar burada yerləşdi və adanın ilk sakinlərini meydana gətirdi. O gündən etibarən adaya  Ko Panyi  adı verdilər.


Dənizdə balıqçı kəndi: Koh Panyee

Kürəyini kiçik bir qayalığa söykəyən  bu kənddəki   bütün evlər  payalar üzərində dayanır. Burada  futbola  o dərəcədə maraq var ki, Taylandda, demək olar ki,  ən qabiliyyətli oyunçuların bu adadan çıxmışdır.


 *Ko  Panyi adası cəmi  300 metr uzunluğa malikdir və hər hansı bir torpaq parçası yoxdur.

 *Ko Panyi adasında elektrik və telefon olmadığı üçün burada  mərkəzə  nisbətən 6 qat daha bahalıdır.

 * Ko Panyi adasında bank əməliyyatlarının həyata keçirildiyi bir ədəd ATM maşını var.

 *Ko Panyi adası  maraqlı turizm məkanıdır. Adada turistlərin qalması üçün yaşayış yerləri var.  Ərzaq və qida  bol, həm də ucuzdur.  

* Adada  asayişi qoruyan  3  polis də vardır.

* Ko  Panyi adasında internet imkanları məhduddur.

Qeyd: Yazı tərcümə ilə təqdim olunur.


Dənizdə balıqçı kəndi: Koh Panyee

Qeyd: Yazı ərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz