» » Təbrik edirik

Təbrik edirik

 
 
Təbrik edirik

Uşaqkən hər şeyin sahibi olmaq üçün tez  böyümək istəyirdik.

Böyüdük, indi hər şeydən uzaq olmaq üçün məhz  uşaq  olmağı arzulayırıq.


 Paulo Koelo


Qohum-qardaşlarımın, dostlarımın, ələxüsus, uşaqların doğum günlərinə heç vaxt diqqətsiz olmadım.Dar macalda belə qısa da olsa, təbrik yazdım.
Maşallah, getdikcə əlaqələr böyüyür, süfrələrimiz süfrələrı calanır: daha çox təbrik yazmalı oluram.
Təki, əziyyətim təbrik yazmaq olsun. Hər kəs övladının, nəvəsinin sevinc anlarını bizm portalda paylaşa bilər.
Bu gün isə özüm kiçik oğlumun – Vüsalın doğum günü münasibətinə ata təbrikini yazıram.
Təbrikə həyat yolumun Vüsalın dünyaya gəldiyi illərdəki tarixindən başlamaq istəyirəm…
1980-ci ildə ali məktəbi bitirib təyinatla öz rayonumuza göndərildim. 3 il işlədikdən sonra Bakıya qayıtdım- 1984-cü il idi onda, 28 yaşım vardı. Hələ iki il də keçəçəkdi, "bu dünyanın ən balaca komasında deyil, qeyri-millətdən olan bir bakılının uçuq-sökük daxmasında yaşayan bizim ailənin bu "gombul”u dünyaya gələcəkdi. 2 yaş özündən böyük qardaşından bir az cantaraq doğulduğu üçün "gombul” deyirdik.
Allah mənə bu gombulu 30 yaşımda bəxş etmişdi, indi 34 yaşını qeyd edirik.
Nə deyim, Vallah, şirin-şəkkər nəvvadələrim, oğlum-uşağım, naşükür deyiləm. Ədəbiyyat adamıyam da, gümanım çatan bir bu sözdür, şeirdir. Cabir Növruz "Mənim nəslim” şeirində yazır:

…Nəyim varsa, zaman-zaman tək qazandım,
Məhəbbətdən qaşığacan tək qazandım.
Qazanmadım səadəti xoş ilə mən,
Yox, qazandım dırnaq ilə, diş ilə mən.
Bu həyatçün, bu ömürçün necə varam.
Bax o çətin günlərimə minnətdaram….

Mən də nəyim varsa, belə nail oldum, belə qazandım… Heç bilmədim 64 yaşa neçə çatdım həyatla bu
mücadilələrdə…Allahımıza min şükür , indi mücadilələrimin bəhrəsini dadıram.
Fəqət, onu da deyəcəyəm ki, bu gün nəvələrimə bəslədiyim nəvazişin yarısının yarısı qədərini belə uşaqlarıma göstərə bilməmişəm. Odur ki, indi övladlarımın uşaqlıq çağlarında məhrum olduğum duyğuları nəvələrimlə balanslaşdırmağa çalışıram. Bu da elə övlad sevgisidir. Bu da elə həyat sevgisidir. Yaşımızın bu vədəsində bizi yaşadan, mənəvi stimul verən də məhz övladlarımızdır, nəvələrimizdir.
Allah bütün övladlarımızı qorusun, nəvələrimizi qorusun.
Vüsal,doğum günü münasibəti ilə səni Ana və Uşaq.az-ın oxucuları adından, həmçinin öz adımdan təbrik edir, cansağlığı, uzun ömür arzulayıram.
 

Təbrik edirik


 Təbrik edirik


Təbrik edirik

 

Təbrik edirik

 

Təbrik edirik

 

Təbrik edirik

 

Təbrik edirik

 

Təbrik edirik

 

Təbrik edirik

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz