Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq...
Müəllif: Akif Əhmədov от 6-02-2019, 00:20
Uzun müddət Rusiyada yaşayıb. Oranın yaşayış vəziyyəti ilə maraqlandım bir dəfə.Dedi ki, Rusiyada kimsə ac qalmaz, heç olmazsa, gedib yaxınlıqdakı meşədən 2 vedrə göbələk yığsa, 20 manatı var. İnandım. Amma Azərbaycan təbiəti , torpağı dünyanın bütün torpaqlarından məhsuldar və ruzilidir.
Uşaqlığım kənddə keçib. Mən həmişə görmüşəm, eşitmişəm ki, dolanışıq sarıdan çətinlik çəkən ailələr meşədən zoğal, böyürtkən, əzgil, müalicəvi bitkilər və s toplayıb bazarda satardılar. Təbiət hamımızı onsuz da insan oğlu heç bir qarşılıq gözləmədən bəsləməkdədir.Amma maddi sıxıntıları olan insanlara təbiət dəstək olub,çörək ağacı olub.
Məktəbdə oxuyanda 6-cı, bazar və tətil günlərində bizi həyətdən, çöldən-bayırdan evə toplamaq valideynlər üçün problem olurdu.
Təbiətin qoynunda dumduru çay axırdı. Bizim meşə və talalarda yazıda qadağa qoyulan meyvələrin hamısı da vardı. Ac qalmazdıq, susuz qalmazdıq. Hələ pul da qazanırdıq. Uşaqlardan birinin əmisində at arabası vardı. Məhlənin uşaqları meşədəki meyvələrdən toplayıb tədarük məntəqələrinə satardıq: həmişə az-maz pulumuz da olurdu.Bu torpaq yaranışından belə olub: təbii sipər olmağı ilə bərabər, həm də ərzaq təhminatı baxımından çox kara gəlib və bu gün də gəlməkdədir.
( Gürcüstandan başlayaraq Balakən, Zaqatala, Qax və Şəki rayonlarına qədər uzanır) gedərkən yolun bir hissəsində çayda çimən uşaqlara rast gəlib. Hippokrat

Biz müharibələrə hər zaman "Yox!” deyirik, amma onu da demək istəyirəm ki, meşələr, dağlar müharibə illərində döyüşçülərə, xüsusən, partizanlara və kəşfiyyatçılara toxtaqlıqlarını saxlaya bilmək üçün son ümid yeri olub.
İnsan –Təbiət, Təbiət – İnsan ilişkisini birdən-birə qadağa və cərimələrlə qarşı-qarşıya qoymaq qəfil addım oldu. Oxuduqlarıma görə dünya praktikasında belə qadağalar var. Amma bu qadağalar günlərin birində elan edilməyib yəqin. Əvvəlcədən müəyyən izahat, imaarifləndirilmə işləri aparılıb.
Təbiətin özü də, onun resursları da qorunmalıdr.
Kütləvi informasiya vasitələrində vəhşi heyvanların kəndlərə, yaşayış məskənlərinə yaxınlaşması, heyvanlara və insanlara hücum etməsi barədə nə qədər yazılar dərc olunub. Ona görə ki, vəhşi heyvanlar özlərini təbiətin qoynunda dolandıra bilmirlər.
Bioloji müxtəliflik təhlükə ilə üz-üzə qalıb, çünki bioloji resurslar da tükənmək üzrədir. Hamı istədiyi qədər istifadə edir, amma heç kim meşələrin, dağların taleyinə narahat olmur.
Bütün bunlara görə təbiətdən istifadənin nizamlanmasını anlaşıqlı qəbul etmək olar.Amma bir qədər izahat, maarifləndirilmə işləri aparmaqla. Müəyyən müzakirələr keçirilməklə.
Bir narahatçılığım da odur ki, bu qadağaların mahiyyətində İnsan –Təbiət, Təbiət – İnsan ünsiyyətini də qorumaq, fəallaşdırmaq lazımdır. İndi kimsə kəndinə gedibsə və yaxud harasa qonaq gedibsə, meşəyə, talaya gəzməyə çıxıblarsa, rastına çıxan zoğaldan bir ovuc yesə, 1-2 kq böyürtkən dərsə, bir az üzərrik, kəkotu, yarpız toplasa, niyə cərimələnməlidir axı? Onda kimdir meşədən, dağdan yolunu salan? Onda kimdir başını qaldırıb meşədə bitən hündür ağacların ucalığına baxan?
Bu gün planetin başı üstünü alan ən böyük təhlükələrdən biri məhz ekoloji fəlakətlərdir. Uşaq təbiəti tanımırsa, təbiətin seyrinə dalmağa maraqlı deyilsə, ağacları, kolları tanımırsa, onların xüsusiyyətini, faydasını bilmirsə, onlar ekoloji təhlükəsizlik üçün özlərində cavabdehlik hiss edərlərmi?
Bir qədər internet, televiziya bu imkanları məhdudlaşdırdı. İndi uşaqlar günlərinin əsas hissəsini həyətdə, təbiətin qoynun deyil, internet klublarında və ya evdə kompüter qarşısında keçirilər, yəni, canlı təbiəti, təbiətin qoynunda yaşayan gülü-çiçəyi, kəpənəyi, arını deyil; cüyürü, maralı, ayını deyil, virtual təbiəti, virtual heyvanları tanıyırlar: təbiətlə canlı ünsiyyətdən məhrum olurlar. İndi də qadağanın bu cür qoyulması təbiətdən nəinki uşaqların, yaşlıların da ayağını kəsəcək.Əgər bir şəxs, bir ailə şəxsi istifadəsi üçün təbii nemətlərdən istifadə edəcəksə, niyə onu təbiətin messenantlığından məhrum edək?
Bəlkə müəyyən həddən sonra olsaydı, qazanc məqsədi ilə olsaydı, münasibəti başa düşmək olardı.
Rayona gedəndə ərazilərdən keçəndə, meşədə, dağlarda rast gəldiyimiz böyük imarətləri, sahibkarlıq obyektlərini görəndə adam düşünür ki, meşələri, dağları meşəlikdən, dağlıqdan məhrum edib oralarda ucsuz-bucaqsız obyektlər yaradan şəxslər təbiətdən daha gen-bol faydalanır, amma meşədən ailəsi üçün 1 vedrə zoğal yığıb mürəbbə bişirmək istəyən kəndliyə, qonağa - təbiətin, dağın, talanın yaraşığı olan kəndliyə sanksiya tətbiq edirlər.
Yaxşı olardı ki, bu qadağalar bütün təbii nemətlərə aid edilməyəydi. Heç olmasa, şəxsən öz istifadəsi üçün ağaca, kola əl uzadan kimisə peşman etməyələr. Kimsə brokenyerlik edib quşları, balıqları, heyvanları, ağacları şəxsi qazanc naminə ovlayırsa, kəsirsə, onları cərimə etsinlər.
Bilirsiniz, Bakıda mövsüm ərzində insanlar ağaclardan nə qədər zeytun toplayır. Amma insanlar onu yığmasa, onlar ağaclarda qalıb quşlara yem olacaqdı, ya da tökülüb batacaqdı. İnsanlar öz şəxsi istifadələri üçün təbiii nemətlərdən heç bir əvəz ödəmədən istifadə etməyə haqqı var. Cəriməni gəlir əldə etmək məqsədi ilə meşələrə, onun resurslarına divan tutanlara tətbiq etmək lazımdır. Bu da qorumağın bir formasıdır. Qoruyaq, qədrini bilək, amma dağ döşündən toplanan yarım kq, 1 kq kəklikotu, itburnu və s toplayan şəxs üçün cərimə tətbiq etmək təbiətin humanizminə heç yaraşmır...
Bu baxımdan yaşayış məskənlərindəki ərazilərin, meşə və dağların hansı təyinatlar üçün olduğu aşkarlıq şəraitində xalqa tanıdılmalıdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsində təbii resurslar böyük xammal mənbəyi ola bilər. Belə nemətlərin yerli əhali tərəfindən toplanılması və buna görə onlara pul ödənilməsi iqtisadi baxımdan, həm də insanların məşğulluq problemlərinin həlli baxımından səmərəli olduğu kimi, təbiətə, onun nemətlərinə yeni münasibət, qədirşünaslıq formalaşdıra bilər.Oxşar postlar:
- Oxunub: 300
- Şərhlər: 1
- Bölmə: Layihə / Müzakirə
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq...
İki məntiqi çalışma
Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır
Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə
Küçələrə atılmış körpələr çoxalır
Umayra Tağıyeva: "Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək"
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)
Konstantin Simonov -“Gözlə məni” (Azərbaycan dilinə 6 tərcümə variantı)
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)
Hərə qucaqlaşmağı, bir-birlərinə sarılmağı öz arzuladığı kimi düşünsə də...
Yazarlar