» » Badam südlü, manqolu, malinalı desert

Badam südlü, manqolu, malinalı desert

Müəllif: Anaveusaq.az от 5-12-2018, 00:25
Bu tərifdə un yox, şəkər yox, yağ yox! Bişirmə çətinliyi də yoxdur, asan və tez başa gəlir. Görüntüsü bir dad təəssüratı yaradır. Müalicəvi təsir isə sonsuz, hər qaşığı xoşbəxtlik verir, həm də artıq çəkidən xilas olmağa kömək edir. Bu rəngarəng şəfa anbarını düşünmədən yeyəcəksiniz!

Materiallar:

1 su stəkanı badam südü
1 yemək qaşığı bal
1 ədəd manqo
75 qram malina
5 yemək qaşığı çia toxumu
4 yemək qaşığı qranola
Bəzəmək üçün meyvə

Hazırlanması:


Əvvəlcə, 1 ədəd manqolanın qabığını soyun və sonra doğrayın və blender köməyi ilə püre halına gətirin.
Sonra 75 qram malinanı da blender köməyi ilə püre halına gətirin.

Çia üçün:

1. 1 su stəkanı badam südünə 4 yemək qaşığı çia toxumunu və 1 çay qaşığı balı əlavə edin.
2. Çia toxumları gecə ırzində şişəcək və südü jelləşdirərək pudinq konsistensiya halına gətirəcək.
4. Növbəti gün püre halına gəlmiş manqolanın bir azını bir küp bardağa boşaldın. Qalan püre də başqa bir küp bardağa boşaldın.
5. Sonra soyuducuda saxlandığınız çialı qarışığı manqoladan hazırladığınız püre üzərinə əlavə edin.
6. Çialı pudinq üstünə hər bardağa iki qaşıq o qranolanı əlavə edin.
7. Sonra üzərinə malina püresini tökün.
8. Son olaraq çia toxumlu desertinizi arzuladığınız meyvələrlə bəzəyin.

Badam südlü, manqolu, malinalı desert

Badam südlü, manqolu, malinalı desert

Badam südlü, manqolu, malinalı desert

Badam südlü, manqolu, malinalı desert

Qeyd: Tüek saytlarından tərcümə ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz