» » Tarixdən gələn ən təsirli gözəllik sirləri

Tarixdən gələn ən təsirli gözəllik sirləri

Müəllif: Anaveusaq.az от 8-10-2018, 00:30

 

Tarixdən gələn ən təsirli gözəllik sirləri

 

Günümüzdə xanımlar, adətən, gözəllikləri qayğısına kosmetik məhsullarla qalırlar. Uzaq keçmişdə də  belə olub. Hələ o vaxtlardan zərif varlıqlar  bu  cazibədarlığa təbii yollarla nail olmağın üsul və vasitələrini mənimsəmişdilər . Bəs, qadınlar belə  zərifliyə   necə nail olmuşlar, nəzər salaq:

Hamamlar

Tarixdən gələn ən təsirli gözəllik sirləri


Hamamda isti su ilə istifadə edilən aromatik yağlar keçmiş zamanların ən möhtəşəm təbii gözəllik vasitəsi olub. İsti su və  aromatik yağlar dərini aşılayaraq ölü hüceyrələri çıxarır, dəri daim gənc, canlı və baxımlı qalır.
 

Tarixdən gələn ən təsirli gözəllik sirləri 

 

Əvvəllər bu yağı "sarı qızıl” adlandırırdılar və çox əhəmiyyət verdilər. Zeytun yağının gözəlliyə təsiri  dünya təcrübəsində artıq çoxdan qəbul edilmişdir. Çünki zeytun yağı çəkilən dəridəki vitamin və mineralların yaşlanması gecikdirilir. Zeytun yağı möcüzəvi bir dəri dostudur və demək olar ki, hər bir gözəllik məhsulunda bu yağdan istifadə olunur. Tünd yaşıl rəngli zeytun yağını dəriyə tətbiq edildikdə, günəşin dəriyə zərərli təsirləri də yox olur.

Kisə

Keçmişdə istifadə olunan ən effektiv gözəllik vasitələri siyahısında kisə ilə yuyunma da dəriyə faydalı təsir göstərir. Həftədə ən azı bir dəfə tətbiq olunur. Kisə ilə  təmizlənmə və masaj zamanı dəridə  canlanma yaranır, həmçinin ölü hüceyrələr dərini tərk edir, nəticədə  dərinin yenilənməsinə kömək edir, nizamlı qan axınını təmin edir.

Güldən hazırlanmış krem

Tarixdən gələn ən təsirli gözəllik sirləri

 

Osmanlı qadınları mövsümdə gözəlliklərinə xidmət etmək üçün tonlarla gül toplayırdılar. Hamamda gül su ilə yuyulan  vücud daha  cəzbedici olur. Gül əsaslı kremlər dərini nəmləndirir və cildi canlı və təravətli saxlayır. Dəri daim gül kimi qoxu paylayır.

Bal maskaları

Milyonlarla ildir istifadə edilən bal sağlamlıq və gözəlliyin əsas vasitələrindən biridir. Sellülitdən qırışlara qədər bir  çox faydaları vardır. Bal təbii gözəlliyin ən vacib vasitəsi sayılır.

Xına

Xına qədim dövrlərdən bəri saçları gücləndirmək və təravətli etmək üçün istifadə edilmişdir. Saçdakı hər hansı bir problemə müsbət təsiri var. Bu zaman xınaya bir sıra yağlar və otlar əlavə edilirmiş ki, daha təsirli olsun.

Kələm

Kələm qədim dövrlərdən uşaqlarını əmizdirən anaların əvəzolunmaz qidaları arasında özünə möhkəm yer tutmuşdur. Kələm birbaşa sinə üstünə qoyularsa,  uşaq əmizdirən analarda müşahidə edilən döş ağrısı  keçir və sallanmanın qarşısını alır.

Yumurta

Yumurta dərini və saçını parlaq edir. Yumurta eyni zamanda  sağlamlaşdırıcı və gücləndirici təsirə malikdir.

Gil

Gil maskalar qədim dövrlərdən bəri gözəllik üçün istifadə edilmişdir. Bu gün də gil maskaları gözəllik səbəbi kimi bir çox qadınların ən etibarlı kosmetika üsullarından biridir.

Tarixdən gələn ən təsirli gözəllik sirləri

Mənbə: İnternet(Tərcümə)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz