» » Zamanında çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

MÜZAKİRƏ

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

  Xəbər gələr daha ömrün qışından,

Soyuyarsan saçlarına qar düşər

Ancaq köhnə kitabların içindən,

Hərdən-hərdən köhnə məktublar düşər…

                                                    Ramiz Rövşən

 Bu dəfə isə yadıma köhnə çamadanlar düşdü. Hər kəsin həyatında bu çamadanlarla bağlı nə isə maraqlı bir epizod, yəqin ki, olmamış olmaz.  Xüsusən, Bakıya oxumağa, işləməyə gələn bütün gənclərin səfər yoldaşı olub  bu çamadanlar. Kimin əlində görürdülərsə,  şəhər təəssüratı yaradırdı: yaxşı yol arzulayırdılar, "xoş gəldin" deyirdilər. Orta məktəbin son illərində oxuyan yeniyetmələr də bu bir-iki ili birtəhər başa vurub beləcə əllərinə çamadan alıb Bakıya qanadlanacağı günü xəyal edirdilər.  Artıq ali  və ya orta ixtisas məktəblərinə qəbul olunmuş tələbələr tətilə qayıdanda elə maraqla vağzalda, avtobusda, metroda  çamadan macərəaları danışardılar ki, adama elə gəlirdi ki, çamadansız Bakının, tələbəliyin ləzzəti yox imiş ki...

Çamadan [rusca чемодан; əsli farsca camədan]deyəndə ağıla  ilk olaraq səyahət zamanı   işərisinə müxtəlif əşyalar yerləşdirilən böyük çanta  gəlir: düzbucaqlı, yuvarlaq , həmçinin  kvadrat  künclü, sərt və ya yumşaq divarlı olmaqla  metaldan, sərt plastikdən, parça, vinil və ya dəridən hazırlanır.
Çamadanı ilk dəfə XIX əsrdə Parisdə Lyi  Bitton adlı usta  tərəfindən hazırlanmışdır. 
Lyi Bitton  1835-ci ildə -  on dörd yaşında yeniyetmə ikən  Parisə gələrk  sandıq və şkaf qutuları istehsalı ilə məşğul olan  atelyedə işə düzəlmişdir.    18 il  adi işçi kimi, daha sonra usta kimi. Bu müddətdə artıq o, istedadlı dizayner, model  olaraq şöhrətlənməyə başlamışdır.  1853-cü ildə İmperator  III Napoleonun  həyat yoldaşı  Evgeniyanın  şəxsi əşyalarını qablaşdıran  xidmətçi olub. Qısa müddətdə  əldə etdiyi zəngin    təcrübə və qazanılmış status ona    Parisdə öz atelyesini açmağa ilham verdi. O, ilk dəfə sərt divarları olan  çamadan buraxdı. Az sonra çamadanları yastı divarları, dar üstü ilə əvəzləndi. Lyinin adı da,  istehsal etdiyi  çamadanlar da  irəliyə doğru inkişaf edərək dünya brendinə çevrildi.

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

   "Əhməd haradadır"  filmində  çamadanla bağlı  nastalji hisslər : xoş anlar, qayğılı-qayğısız günlər,  müəyyən həsrət, xiffət necə gözəl ifadə edilib.

Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Şəhərdən valideyinlərinin yanına gələn Əhmədi öz fikrini öyrənmədən   evləndirmək istəyirlər.  Digər bir ailədə isə Leylanın rəyini soruşmadan məcburən ərə vermək istəyirlər.   

 Hər ikisi  buna etiraz edərək  şəhərə gəlir.

İstər kənddə, istərsə də şəhərdə  Əhmədin də, Leylanın da əlində çamadan görürük. Filmin əvvəlində  evlənmək istəməyən, birsevgi  düşüncəsi yaratmaq üçün Leyla ilə, Leyla da Əhməd ilə rastlaşmağa, söhbətləşməyə heç  cəhd etməsələr də şəhərdə bir-birlərinə bağlanırlar. Filmin bir yerində  Əhməd Leyla ilə avtobus vağzalında çay içir. Bu zaman dispetçer radio qovşağı ilə xəbər verir ki,  az sonra avtobus həyətdən yola düşəcək.Leyla stəkanı qoyub qalxır ki, mən getməliyəm, nu, axırıncı avtobusdur. əhməd onu buraxmaq istəmir, deyir ki, ondaa mən də səninlə gedəcəyəm.Leyla gülüb deyir ki, az keçməz darıxarsan. Əhməd "Sən olan yerdə niyə darıxım ki.İşdə ki tapılar" deyib artıq  onsuz qala bilmədiyini ortaya qoyur.

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

  Çamadan  bu filmdə kiçik bir detal olsa da, keçən əsrin 60-70-ci illərin koloritini təcəssüm etdirmək baxımından çox  uğurla seçilmiş  vasitədir. Bəlkə də filmdə çamadan olmasa idi, filmin məzmunundakı şirinlik, hadisələrin ardıcıllığı,  bir-birinə bağlılığı  bu qədər təbii alınmazdı. Tək filmdə deyil, həyatımızda da çamadan hər zaman  xoş niyyətləri daşıyan, saxlayan milli rəmzdir. 

Gözümüzü açandan evimizdə  çamadan görmüşük. Toy çamadanları, cehiz çamadanları  evlərimizin, niyyətlərimizin mühafizi olub. 

 Kənddən Bakıya gələn və yaxud Bakıdan kəndə qayıdan qızlı-oğlanlı hər kəsin  hər kəsin çamadanı olmalı idi. Onları gözləyənlər bunun həsrətində olardılar ki, gəlsin görək bu çamadandan onun üçün nə çıxacaq. Çamadan gətirən də eynilə sevinərdi ki, tez evinə çatıb  gətirdiyi   hədiyyələri əzizlərinə paylasın.Onun içindən ana üçün şal, ata üçün köynək və ya ayaqqabı, bacı içindən, balaca qardaş üçün top,  sonra da 2-3 cürə konfet çıxanda bütün ailə xoşhal olardı.Çamadan boşalandan sonra isə evin sayılıb-seçilən bir yerinə qoyub növbəti səfərini gözləyirdilər. Növbəti dəfə isə kənddən qayıdan kəs  çamadanın içini həyətlərində olan nardan, heyvadan, qozdan, fındıqdan doldurub ağarardı. Eləcə də Bakıda və ya hansısa şəhərdə də onu intizarla gözləyərdilər ki, dostları kənddən əlidolu  gələcək. 

Bizim  tələbəlik illərində avtovağzalların, dəmiryolu vağzallarının "D” diskində  qızların çamadanlarını  daşmağa kömək edən o qədər gənclərin  təsvirləri qalıb ki…  Bu nostalji hisslərin  hörmətinə  çamadanları yazıma mövzu  seçdim. Kimlərinsə  həyatında çamadanların vasitə, ilişki olduğu   o illərin  tərtəmiz sevgi  xatirələrini oyatmaq istəyirəm. İstəyirəm çamadanlar həyatımızda,sadəcə, məişət əşyası kimi qalmasın.  Bir qədər utancaq, bir qədər qorxacaq gənclərə güman yeri, ümid yeri olsun.  Qoy köhnə məktublar kimi xatırlansın bu köhnə çamadanlar… 
 
Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar
Şünki    köhnə məktublr kimi  çamadanlar da  neşə-neçə xoşniyyətli  sevgilərə səbəb olub,  neçə-neçə  sonu vüsalla bitən tanışlığın əlaqələndiricisi olub.   Dəmiryol  və avtobus vağzalları, bir qədər də avtobus dyanacaqları nə yüzlərlə-minlərlə , on minlərlə belə sevgilərin  zəminini hazırlayıb. Kənddən Bakıya oxumağa gələn , Bakıdan   rayonlara, şəhərlərə evlərinə  qayıdan  gənclərimiz üçün vağzal təkcə sərnişin daşıma  fəaliyyəti ilə məhdudlaşmayıb, həm də sevgi daşıyıb, sevgili daşıyıb.  Elə bu yazı müəllifi də nəvələrinin nənəsini  o illərdə tələbə bacısını avtovağzalda kəndə yola salanda bu məkanda görüb seçmişdir.
Ümumiyyətlə yol ünsiyyəti, qızın ədəb-ərkanlı davranışı, oğlanın ağayana hərəkətləri  belə fürsətdə və  məkanda nə qədər  tamiz sevgilərə işıq tutub. İkinci, üçüncü   səfər/ yol yoldaşlığında  isə bu gənclər  niyyətləri  bir  qədər də  saflaşıb, durulaşıb.

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

 Bəs  o qızla  söhbəti, tanışlığı necə başlamalı, necə danışmalı ki, qızın xoşuna gəlsin, onu atası, qardaşı, dayısı ilə hədələməsin.
 Axı  lap sevmək hissi olmayan adi adamlar da  ola bilər ki, Bakıdan rayona gedən  və yaxud rayondan Bakıya gələnə kimi  yanbayan əyləşmələrinə baxmayaraq, mənzilbaşına kimi  kəmə də kəsməsinlər. Lap   tanışlıq  niyyəti olmuş olanlarda da  belə sıxıntı, utancaqlıq ola bilər. Bu, oğlanlara da aiddir, qızlara da. Gərək  məqam düşsün, səbəb olsun. Məkan var:  dayanacaq, vağzallar, Qatar, avtobus, gəmi, təyyarə və s. İndi qalır ünsiyyət açarı.
 Köməyə   çamadan gəlir: "Aha, çamadanını aparmağa kömək edərəm, vağzaldan yola salaram. O mənə sağ ol deyər, üzündə-gözündə təbəssüm  qərarlaşar. Harda oxuduğunu soruşaram, sonra nə vaxt qayıdacağını, qarşılamağa hazır olduğumu deyərəm…”. Beləcə,  cansız əşyaların saxlanc vəzifəsini yerinə yetirən bir  çamadan,   sanki,  xeyirxaha çevrilər: onu əlində daşıyan, qollarını yoran, ürəyini "dıp-dıp” döyünən gəncə əvəzini  gələcək sevgi ümidi ilə  qaytarar.
 Mən inanmıram ki, içində, beynində  eşq ruhu olmayan hansısa bir gənc dayanacaqda əlində avtobusdan düşən qıza yaxınlaşıb ona kömək etmək istəsin. Sevə bilməyənlər  belə nəzakətə də hazır  olmurlar. Ola bilər ki,  çamadan daşıyan qadın və yaxud nişanlı olsun. Onlara qarşı ehtiram göstərmək daha  mükəmməl alicənablıqdır. Söhbət ondan getmir ki, qızın daşıdığı çamadanı əlinə aldımı, onun qızı sevmə statusu var, məcburiyyəti var. 
 
Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Və yaxud  qız da hər hansı oğlanın  kömək etmək təklifinə etiraz etməyibsə, bu da o anlama gəlmir ki,   etiraz etməyibsə,  həmin oğlana meyli var deməkdir. Xahiş edirəm  mənim  demək istədiklərimin   urvatına sağlam olmayan məzmun qatmayasınız. Bütün sevənlər heç də  çamadan aparmağa kömək edib aşiq olmayıblar. Sadəcə, onu demək istəyirəm ki,  gənc qız və oğlanların tanış olmaları, bir-birlərini tanımaları, bir-birlərini kəşf etmələri  üçün konkret şərait, yer, səbəb nəzərdə tutulmayıb. Təbii ki, tələbəlik, kitabxana, birgə tədbirlər belə fürsəti stimullaşdırır. Amma  bir fakültədə, bir ali məktəbdə oxuyan gənclərin  başqa ali və orta ixtisas məktəblərində oxuyan  həmyaşıdları ilə ülfət bağlaması  da rast gəlinən münasibətdir.  Ümumrespublika səviyyəsində gənclərin  birgə təşkil etdiyi tədbirlər  onlara social ünsiyyət imkanı versə də,  mənim müşahidələrimə görə , hər hansı tədbirdə, birgə auditoriyalarda, dəhlizlərdə sevgi niyyətləri o qədər baş qaldırmır ki,   müxtəlif nəqliyyat vasitələrində rayonlardan Bakıya, Bakıdan rayonlara, dərsə, işə gedib-gələrkən metroda, avtobuslarda    yaranan tanışlıq səmimiyyətə və getdikcə də sevgiyə çevrilir. 
Bu baxımdan  gənclərin ünsiyyət əlaqələri nə qədər rəngarəng olsa,  hər kəsin öz könül sirdaşını tapması  heç vaxt problemə çevrilməz.  Ailə qurmaq yaşı keçəndən sonra da  heç bir oğlan,  heç bir  qız valideynlərinə "kimi istəyirsiniz alın”, "kimə istəyirsiniz verin” deməz.

Bizim saytımızda "Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb” sərlövhəli  bir yazımız da olub. Həmin yazıda da  az-çox bu məsələyə toxunulub. İndiki yazımızın məqsədi  isə konkret olaraq  oğlanları gənc qızların   çamadan və ya  çantasını aparmasına görə  fərqli münasibət bəsləyənlərin  qınaqlarından  qorumağa  yönəliklidir.   
 Sosial şəbəkələrdə az da olsa bu mövzuya toxunulub, amma  təəssüf ki, rəy bildirənlərin daha çox hissəsi  qızlara çamadan daşımaqda kömək etməyə hazır olmadıqlarını ifadə etmişlər. 
 Kimisi özünə sığışdırmadığını deyir, kimisi  hansısa oğlanın qarşısına çıxan qızın çantasını və ya çamadanını aparmağa borclu olması haqqında öhdəlyi yoxdur  deyə cavab verir, kimisi də qızın kömək üçün  xahiş etdiyində bunu normal qəbul  etdiyini bildirir və sair. Təəssüflər, əlbəttə ki.

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

 Hər  kömək sevgi təşəbbüsü demək deyil ki. Hər əlində, yanında çamadan olan qız  çamadanı ona görə götürməyib ki, oğlanlar kömək etsin.Guya bütün qızlar  belə köməyi gözləyirlər? Lap elələri də ola bilər ki, qətiyyətlə bu müraciəti rədd edər, amma qəzəblə yox ha: nəzakətlə, etik şəkildə.  
 Belə məqamlarla hamı qarşılaşır.
 Onsuz da çamadanların və ya böyük çantaların əksəriyyəti  diyircəkli təkərlər üstündədir. Kiminsə  rast gəldiyi məqamda kiminsə çamadanını aparmaqda köməyinə ehtiyac o qədər də duyulmur.

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar
 
Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

 Amma   köməyə ehtiyac duyulan  məqamlar da olur. Bir insan olaraq da qızlarımıza, qadınlarımıza bu ehtiramı göstərmək ağayanalıqdır.  Sevgiyə çevriləcəksə bu ağayanalıq, qoy çevrilsin, ağayana da bir sevgi olacaq.
 
Zamanında  çox sevgilərin pərvazlanmasına vəsilə oldu bu çamadanlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz