» » Günəş batmayan yer: Kruttvatnet gölü

Günəş batmayan yer: Kruttvatnet gölü

Müəllif: Anaveusaq.az от 1-10-2019, 00:30
Günəş batmayan yer: Kruttvatnet gölü

"Günəş batmayan ölkə" dedikdə ağla Böyük Britaniya gəlir. Əslində,  dənizi həddindən artıq çox olan bəzi ölkələr üçün bu anlayış istifadə edilir. Ancaq həmin ölkələr üçün bu termin həqiqi mənada deyil, müxtəlif siyasi və s. xüsusiyyətlərdən dolayı istifadə olunurdu. Coğrafi olaraq bu terminin həqiqi mənada qarşılığını tapdığı yer isə Norveç və İsveç sərhədində yerləşən bir göldür.
Norveç eyni zamanda bir göllər ölkəsi. Burada ən azı 450 min göl yerləşir. Bundan başqa, Avropanın ən dərin 4 gölü də bu ölkədədir. Bu göllərdən biri isə günəş batmayan yer anlayışını ildə 2-3 gün boyunca yaşayır. "Kruttvatnet" adlanan bu göl  İsveç və Norveç sərhədində yerləşir. Hər il istisnasız, iyul ayında 2-3 gün bu göl üzərində günəş batmır. 360 dərəcə bu göl ətrafında dolaşır. Bu xüsusiyyət eyni zaman da qütblərdə 6 ay gecə, 6 ay gündüz yaşanmasını da işarə edir. Dünyanın hərəkətindən qaynaqlanan ox mailliyi nəticə qütblərdə 6 ay gecə, 6 ay da gündüz yaşanır. Bu göldə meydana gələn günəş batmasın xüsusiyyəti də bununla bağlıdır.
Qeyd: Yazı tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz