» » Gəlinlik libası və nişan üzüyü haqqında

Gəlinlik libası və nişan üzüyü haqqında

 

Gəlinlik libası və nişan üzüyü haqqında

Orta əsrlərdə keçirilən toylar, adətən, iki insanın bir araya gəlməsindən ibarət idi. Toy və yaxud evlənmə bugünki kimi mərasimlərlə təşkil olunmazdı. Toylar daha çox yüksək sosial siniflərin üzvləri üçün təşkil olunardı və bu toylar sevgidən daha çox siyasət məqsədlər daşıyırdı. Həm də gəlinlər mərasim zamanı yalnız özlərini təmsil etmirdilər. Onlar mənsub olduqları zümrənin və ya ailənin ictimai statusuna uyğun olaraq geyinirdilər. Zəngin ailələrin qızları canlı rəngləri əks etdirən bahallı parçalardan tikilmiş paltarlar geyinirdilər. Rəngarəng xəzlərdən, məxmər və ipək parçalardan tikilmiş toy geyimləri çox populyar idi. Gəlinlər ən zəngin materiallara və ən son dəb geyimlərə üstünlük verirdilər. Maddi vəziyyəti yaxşı olmayan və ya orta gəlirli ailələrin gəlinləri toy günlərində kilsə paltarları geyinirdi. Hər hansı bir toy paltarının qiyməti onu geyinən gəlinin sosial vəziyyətini əks etdirir və ailənin sərvətini bildirirdi.
"Gəlinlik” sözünün ingiliscə qarşılığı olan "bridal" sözü, Orta əsrlərdəki evlilik mərasimləri ilə ortaya çıxmışdır. "Bride" sözü də ingilis sözüdür və türkcə qarşılığı "gəlin"dir. Hazırda populyar moda terminləri arasında yer alan "bridal” sözü "bride-al" dan gəlir.
Qədim Misirdə gəlinlər üzərinə qat-qat pile-li ağrəngli kətan parça geyərdilər. Yunanıstanda isə ağ rəng təbrik etməyi təmsil etdiyi üçün, gəlinlər xoşbəxtliklərini qeyd etmək məqsədilə toylarında ağ parçadan tikilmiş paltarlar geyərdilər. Romada evlilik və doğum tanrısına həsr olunmuş gəlinlər ağ kaftana bürünürlərdi.
Qədim Romada evlənəcək olan gənc qızların geyindikləri gəlinlik paltarların rəngi sarıdı. O vaxtlar evli qadınların üzünü örtən çadra evli və subay qadınların ayırd edilməsi məqsədilə istifadə olunurdu. Evliliyə ilk addımını atacaq gəlinlərdə, geydikləri sarı rəngli gəlinlik birlikdə ilk dəfə sarı rəngdə bir gəlinlik çadrası taxardılar.
İlk gəlinlik libası
Gəlinlik libası ilk dəfə 10 fevral 1840-cı ildə kraliça Viktoriya tərəfindən geyilib. Kraliça Viktoriya, Şahzadə Albert ilə olan toy mərasimində tamamilə ağ və cəlbedici bir paltar geyinmiş və beləliklə, toylarda gəlinin ağ geyinməsi ənənəsinin başlanğıcı qoyulmuşdur.
İlk gəlinlik libası ağ olsa da, sonralar mavi rəng də gəlinlik libası üçün üstünlük verilən bir rəng olmuşdur.
Zaman keçdikcə, insanların dünyagörüşləri, mədəniyyət inkişaf etdikcə iqtisadi inkişafl bərabər toy adət-ənənələrində dəyişiklik baş vermiş, gəlinlik libasının rəngi, stili, evlənən insanların statusu, dini və mədəni meylləri, o cümlədən gəlinlik modelləri arasında fərqlər ortaya çıxmağa başlamışdır. Məsələn, Qərb mədəniyyətində ağ rəng gəlinlik hakim rəng olarkən, Şərq mədəniyyətlərində qırmızı rəngə üstünlük verilmişdir.
Qərb mədəniyyətinin gəlinlik libaslarının rəngi ağ olsa da, gəlinlik layihələrində açıq-göy və narıncı rənglərdən də istifadə edilmiçir. Ağ rəngli gəlinlik paltarı bakirəliyin, mavi gəlinlik paltarın isə Həzrət Məryəmə həsr olunmuş dindarlıq, saflıq və sədaqəti ifadə etmişdir.
Şərq mədəniyyətinə aid olan qırmızı rəng gəlinlik paltarlar ilk olaraq daha çox Hindistan, Pakistan, Çin, Tayvanvəs Şərq ölkələrində istifadə edilmişdir. Qırmızı rəngin şans gətirdiyinə böyük inam bəslənilirdi.
 

Gəlinlik libası və nişan üzüyü haqqında


 Gəlinlik libası və nişan üzüyü haqqında

 

Qədimdən gəlinlik paltarları uzunqollu olmuşdur. Hazırda hazırlanan və istehsal olunan gəlinlik paltarlarının əksəriyyəti isə qolsuzdur.
Qədim Romada gəlinlik paltarların rəngi sarıdı. Gəlinlər yenə sarı rəngdə örtük taxırdılar. Örtük evli və subay qadınları ayırd edirdi.
Orta əsrlərdə isə gəlinlik paltarın rəngi deyil, parçanın keyfiyyətli və yaraşıqlı olması daha vacib idi. Hər kəs ən yaxşı paltarlarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə seçilirdi.
Ağ gəlinlik libasının adət olaraq yayılması 16-ci əsrdə olmuşdur. Buna kimi kral ailəsi qızlarının gümüşü rəngdə gəlinlik geyinmələri ənənə idi. Kraliça Viktoriya bunu rədd etdi və ağ gəlinlik geyinməkdə israr etdi.
Bundan sonra ingilis və fransız yazıçılar ağ rəngin məsumluğun simvolu olduğu mövzusunda bir çox yazılar meydana qoydular. O dövr əxlaqına görə bakirəlik evliliyin əvəzolunmaz şərti olduğu üçün ağ gəlinlik adəti bərqərar olmalıdır. Evlənərkən ağ paltar geyinmək gənc qızları cəmiyyətə bakirə kimi təqdim edilməsinin elan etmələrinin vasitəsi oldu.
Gəlinlik bağlı bəzi batil inanclar da var. Bunlara görə gəlinin gəlinlik paltarını şəxsən özü tikməsi, bəyin toydan əvvəl gəlini gəlinlik paltarı ilə görməsi, gəlinin gəlinliyi toydan qabaq geyinməsi uğursuzluq gətirir.
 

Gəlinlik libası və nişan üzüyü haqqında

 

Yeri gəlmişkən, gəlinlik libası ilə yanaşı, nişan üzüyü haqqında da bəzi məlumatlar maraqlı olar. İnsanların evlənəndə üzük taxmaları qədim Misirlilərin inanclarına söykənir. Miladdan 2800 il əvvəl Misirdə yaşayanlar dairənin və ya halqa şəklindəki cisimlərin, başlanğıc və son nöqtələrinin olmaması səbəbi ilə sonsuzluğu təmsil etdiklərinə inanırdılar. Üzük evliliyin sonsuza qədər sürəcəyini qoyurdu. Sonra bu inanc və adət Romalılar vasitəsi ilə daha da genişləndi. Qazıntılarda o dövrlərə aid çox maraqlı evlilik üzüklərinə rast gəlinmişdir.
 

Gəlinlik libası və nişan üzüyü haqqında

 

Gəlinlik libası və nişan üzüyü haqqında

Evlilik üzüyünün sol ələ və sondan bir əvvəlki barmağa qoyulmasının səbəbi isə müasir tibbin inkişafından öncəki dövrlərə aid yanlış bir insan anatomiyası bilgisidir. O zamanlarda qan dövranı sistemdəki ana damarın sol əlimizdə bu barmaqdan başlayıb ürəyimizə getdiyi güman edilirdi. Beləcə sol əlin barmağına taxılan üzüklər evli cütün qəlbən bağlılığını qoyurdu. Baxmayaraq ki, indi damarların haradan gəlib hara getdiyi bilinir amma bu da bir adət olaraq qaldı.
Toyda taxılan üzük evliliyin sonsuza qədər sürəcəyini qoyurdu. Daha sonra bu inanc ənənə halını alıb və romalılar vasitəsi ilə bütün dünyaya yayıldı. Aparılan arxeoloji qazıntılarda o dövrlərə aid toylarda taxılan çox maraqlı evlilik üzüklərinə rast gəlinmişdir.

Gəlinlik libası və nişan üzüyü haqqında

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim edilir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz