» » "Şərqin bülbülü" - Leyla Şaripova

"Şərqin bülbülü" - Leyla Şaripova

"Şərqin bülbülü" - Leyla Şaripova

Müğənni, şair, Tacikistan və Azərbaycanın Xalq artisti Leyla Şaripova 1931-ci il iyunun 22-də Tacikistanda anadan olmuşdur.
Bir müddət Tacikistanın musiqi kollektivlərində solist kimi çalışıb. 1978-ci ildə Bakıya köçdü və 1980-ci ildən Azərbaycan Televiziya və Radio Şurasının aparıcı solisti olmuşdur. Leyla xanım bir müddət Adil Bağırovun rəhbərlik etdiyi "Xatirə" ansanblında, daha sonra Gülər Əliyevanın rəhbərliyi altında etdiyi "Dan ulduzu" instrumental ansamblında fəaliyyət göstərmişdir.
"O, "Dan ulduzu” ansamblının ilk solisti olub.
1988-ci ildən Almaniyanın Düsseldorf şəhərinə köçmüşdür.
Leyla Şaripovanın repertuarında dünyanın müxtəlif xalqlarının mahnıları yer tuturdu : türk, Əfqanıstan, Azərbaycan, "Şərqin bülbülü" - Leyla Şaripova Türkmənistan, ərəb, fars, özbək və ispan mahnıları onun ifasında xüsusi məlahətlə səslənirdi. Leyla Şaripova lirizmi, emosiya və ifa çalarları ilə vokal musiqimizin ən sevilən sənətkarlarından biri olmuşdur. Təsadüfi deyil ki, onu "Şərqin bülbülü” adlandırırdılar. Leyla xanım həm də şair və bəstəkar idi. 10-dan çox mahnının müəllifi idi. "Qara gözləri", "Badam çiçəyi" adlı iki fars mahnısının bəstəsini də ö özü etmişdi.
Leyla Şərifova 10 ilə yaxın Azərbaycanda yaşayıb fəaliyyət göstərsə də, onun haqqında ətraflı məlumat yox dərəcəsindədir. Deyilənə görə, Leyla Şərifova Almaniyaya köçəndən sonra hər zaman deyirmiş ki, mənim Bakıda da bir anam var idi. Bu, Münəvvər Kələntərli olmuşdur. Leyla xanım bir il Münəvvər Kələntərlinin evində yaşamış və daha sonra özü Bakıda ev almışdır.
Sosial şəbəkələrdə səsləndirən xatirə və mülahizələrə görə, guya, Leyla xanım Bakıya vətəni Tacikistandan küsüb gəlmişdi.
Tarzən Ramiz Quliyevin sözlərinə görə, Leyla Şərifova yeni bir səs, ifa tərzi ilə Azərbaycan mahnılarının vurğunu olan Leyla Şərifova qısa müddətdə diqqəti özünə cəlb edə bilib.
"Bakıya gələn kimi Azərbaycan Televiziyasının Əhsən Dadaşov adına "Xatirə” xalq çalğı alətləri ansamblı onu himayəyə götürdü. Azərbaycan Televiziyası ona xüsusi qayğı göstərdi. Onunla bərabər çıxışlara gedirdik. Bir neçə dəfə Respublika Sarayındakı konsertlərdə iştirak etdi. Daha sonra Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu” ansambılında çıxış etməyə başladı. Bu iki ansambl o xanımın sevilməyinə, inkişaf etməyinə yüksək səviyyədə təkan verdi. Çox yaxşı istedadı var idi.
Konsertdən doymurdu. Deyirdi ki, "gərək Bakıda anadan olardım. Çünki burada yaradıcılıq üçün geniş şərait var”. Deyirdu ki, Tacikistan yalnız milli geyimdə çıxış edirlər, amma burada həm milli, həm Avropa geyimləri geyinə bilir. Özünə diqqət edən xanım idi. Gec də olsa, xöşbəxtliyini Azərbaycanla bağlayırdı. Azərbaycan xalqından o qədər mehribanlıq görürdü ki, səhnədən düşmək istəmirdi. Qastrol səfərlərini çox sevirdi, Azərbaycan adından təmsil etməyi sevirdi.
Leyla Şərifova Bakıda uzun müddət qalıb və sonra qızı ilə birlikdə Almaniyaya köçüb.”.

"Xatirə” xalq çalğı alətlərinin bədii rəhbəri olmuş Adil Bağırovun "Manera.az”-a müğənni haqqında söylədiyi xatirələrə görə, Leyla Şaripova Bakıda təxminən 8 il yaşadıqdan sonra Almaniyaya köçməli olub. Amma bu getmək küsməklə bağlı deyil, Leyla xanımın həyat yoldaşının Almaniyaya köçməsi ilə bağlı olmuşdur.
"Şərqin bülbülü" - Leyla Şaripova

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz