» » Məşhurların həyatından

Məşhurların həyatından

Məşhurların həyatından


Nazim Hikmət Bursada

Nazim Hikmət Bursada həbsxanasında cəza çəkərmiş. Bir gün Ədliyyə Nazirliyindən bir müfəttiş həbsxananı yoxlamağa gəlir. Həbsxana rəisindən xahiş edir ki, Nazim Hikməti çağırsın, onunla görüşmək istəyir.
Nazimi çağırırlar. Otağa daxil olur. Aralarında qısa söhbət olur. Amma nazirliyin əməkdaşı Nazimə oturmağı təklif etmir. Söhbətdən sonra "gedə bilərsiniz”, - deyir. Nazim qapıdan çıxarkən geri dönür və müfəttişdən soruşur:
- Ömər Xəyyamı tanıyırsınız?
- Əlbəttə. Onu tanımamaq olarmı?
- Bəs Ömər Xəyyamın dövründə padşah kim olub, deyə bilərsiniz?
Müfəttiş bu gözlənilməz sualdan təəccüblənir və cavab verə bilmir.
N.Hikmət deyir:
- Görürsünüz, sənətkarı xatırladınız, amma padşahı xatırlamadınız. Vaxt gələcək, nə ədliyyə nazirini xatırlayacaqlar, nə də sizi. Amma mənim adımı hər zaman xatırlayacaqlar.
Bunu deyib çıxıb gedir. Müfəttiş səhvini başa düşür. Onu çağırsa da, şair geri dönmür.

Məşhurların həyatından

Darvinin təlimi

1860-cı il iyul ayının 30-da Oksford Universitetində Britaniya Elmlər Assosiasiyasının qurultayı keçiriliib. Qurultay Darvin nəzəriyyəsi, xüsüsən, insanın meymundan əmələ gəlməsi haqqında təlimə həsr edilmişdir. Amerika alimləri Dreper və yepiskop Vilbefors Darvinin təlimini kəskin tənqid etmiş, bütünlüklə ona qarşı çıxmışlar. Onlar hətta Darvini lağa qoyurdular. Darvin xəstə olduğu üçün bu qurultayda iştirak etmirdi. Amma tələbələri işlaslarda iştirak edirdilər.
Müzakirələrdə Dreper və yepiskop Darvinin xəstə olmasına işarə edərək deyirdilər ki, yalnız xəstə adamlar belə düşününə bilərlər. Belə vəziyyətdə tələbələr qışqırırlar ki, narahat olmayın, indi professor Heksli sizin cavabınızı verəcək. Bu zaman professor tribunaya çıxmış və demişdir ki, mənim meymundan əməl gəlməyimdən eyib yoxdur, ancaq belə qanmaz adamlardan əmələ gəlməyim eyibdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz