» » Geyim abırlı olmalıdır (VI yazı)

Geyim abırlı olmalıdır (VI yazı)

 
Kübar, zəngin bir qadın özü üçün geyinər: özünü daha yaxşı hiss etmək üçün, bir qədər də digər qadınlardan fərqlənmək üçün. Çünki zövqlə geyinən, ən yaxşı markaları geyinən qadın özünü yaxşı hiss edər, özünə inamlı olar. Mən bu özünəməxsusluqda qəbahət görmürəm. Əksinə, zəngin geyinən qadının məsuliyyətli də böyük olur.
Bu mənada Dris Van Hoten adlı belçikalı bir marka sahibinin fikirləri ilə razılaşmamaq olmur. Dris Van deyir ki, məqsəd insanları dəyişdirmək deyil, kim olduqlarını paltarlarla anlatma imkanı verməkdir. 
Əgər bir qadın yüksək zövqlə gözəl və dəbli geyinibsə, əyninə geyindiyi paltarın içində özünü daha məsuliyyətli hiss edir. Əynindəki libas həmin qadının sanbalını tamamlayır. 
Belə qadına , qıza kimsə pis nəzərlə baxa bilməz. Amma ola bilər ki, həmin qadının geyimi hansı gəncinsə ürəyində tutduğu ideal qadının, həyat yoldaşının simvolu olsun. Hansısa bir ata, hansısa bir ana ürəyində evində, ailəsində belə gəlinin olmasını xəyal etsin. 
Fəqət, əynindəki geyim, ayaqqabı nə qədər brend məhsullar olsa da, onu geyinən zərif məxluq oturuşunu-duruşunu bilmirsə, müəyyən jestlərlə diqqətlərin ona və əynindəki geyimə səmtlənməsini istəyirsə, nə olacaq, diqqət kəsilənlər üzünə deməsələr də, içlərində heyfslənəcək ki, heyf, əynindəki paltardan. Və yaxud da ki, belə geyim və hərəkətlə o, kiminsə ona  artıq söz deməsinə "povod” verəcək.
Unutmaq olmaz ki, ürəyində xoş niyyət , yəni, sevgi niyyəti olan heç bir kişi hansısa qıza/qadına ən qəşəng, ən brend mallar geyinir deyə, maraq göstərmir. Ciddi fikri olanları qızın geyimi deyil, səliqə-sahmanı, nəzakəti, paltarından da gözəl olan özü maraqlandırır.
Sadə, təbii rənglərdən seçilmiş paltar geyinsin, təki, donunun arxadan, öndən , sağdan-soldan açıq yerləri olmasın. 
Əyiləndə, oturub-duranda, hərəkət edəndə qadınlıq cizgiləri gözə girməsin.  Çəkili bədəninə pantolon şalvar geyib özünü  biq qədər də yöndəmsiz hala salmasın.
 

Geyim abırlı olmalıdır (VI yazı)

 

Geyim abırlı olmalıdır (VI yazı)

 

Geyim abırlı olmalıdır (VI yazı)

İşə, gəzməyə gedib-gələndə  ətrafımızda   nə qədər dar, mini geyinən qız və qadınlara rast gəlmişik.  İstər-istəməz ki, avtobusda, metroda əyləşəndə  kənar baxışları özlərnə cəlb edir. Bəzən  əl atıb yaxalarını, libaslarının ətəklərini çəkişdirməyə başlayır, bununla bir qədər də diqqətdə olurlar. Hazır olmazmı ki, çölə-bayıra, küçəyə çıxanda hər şeyi nəzərə alıb, abırlı geyinəsiniz, oturub-duranda  da  fikriniz özünüzdə ola, çətin  vəziyyətə düşməyəsiniz.
 Bu  gənc lərdən biri   sol dizinin üstünə, biri də sinəsinə  ürək  şəkli  çəkdirib/yapışdırıb. Hələ yaxşı ki, ürəyin sol tərəfdə yerləşdiyini bilirlər. İndi bu görüntü nə anlamı verir, müasirliik əlamətimi? Deyin,  onların  qarşılaşdığı adamlar həmin görüntülərə  zillənib baxmayacaqlarmı?
 

Geyim abırlı olmalıdır (VI yazı)

 Və yaxud  bədənlərinin müxtəlif nahiyələrinə tatuajlar nəqş etdirən qızlarımız azdırmı? Qoluna, ayağının yuxarı hissəsinə tatuajlar nəqş etdirən qız/qadın sonra  bu tatuajları gizlətməyəcək ki. Gərək qolu çılpaq , yanları yuxarıya qədər  kəsik don və yaxud  transparan libas geyinsin  ki, zəhmət və xərc çəkib qoluna, eləcə də yanına  nəqş etdirdiyi tatuaj görünsün, kimsə görsün.

  Mənim fikrimcə, belə tatuajlar bizim qızlara heç yaraşmır da.


Geyim abırlı olmalıdır (VI yazı)

 Bizm qız və gəlinlərimiz heç bir əlavə vasitəsiz gözəl, zəngin və ağıllıdırlar.  Təbii vasitə kimi  onlara ancaq  xına yaraşır. Əl və ayaqlarındakı xına  qızlarımızı  cazibədəar etməklə bərabər, qadın  gözəlliyinə,  əsl mənada, bağlılıq, səcdə assosiasiyası yaradır. Şair demiş:

 

Üz yanında tökülübdür tel nazik,

Sine meydan, zülf perişan, bel nazik, 
Ağız nazik, dodaq nazik, dil nazik, 
Ağ əllərin əlvan hənadan, Pəri!

Geyim abırlı olmalıdır (VI yazı) 

  

Bir qadının paltarı  tikanlı çəpər kimi olmalıdır: qadının obrazına mane olmamalı, amma məqsədinə xidmət etməlidir.

 Sofi Loren,

Məşhur italyan müğənnisi


Haqqında bəhs etdiyimiz bu mövzu günümüz üçün çox vacibdir. Bunu hər zaman kütləvi informasiya vasitələrində bu mövzuda gedən yazılar, cəmiyyətdə səslənən fikirlər də sübut edir. Amma vəziyyət heç yaxşılığa doğru dəyişmir, əksinə, getdikcə də kütləviləşməyə doğru gedir. Söhbət qadın geyimindən getdiyi üçün, qadınlar geyimlə bağlı hər fikrə aqressiv yanaşırlar. Etirazlarını bildirirlər. Məsələn, onlar deyə bilər ki, heç bir qız ona görə məxsusi geyinib cəmiyyət içərisinə çıxmır ki, onu bəyənsinlər. Etiraz etmirik.  Hamımız da belə fikirləşirik. Axı, elə bir kimsə yoxdur ki, bu qadın-qızların arasında onun da ailəsindən, nəslindən kimsə olmasın. Məqsəd, sadəcə, həddən-ziyadə açıq geyimlər, bu açıqlığı sanki öz evində, həyətində geyinirmiş kimi nümayiş etdirdiyinə diqqəti cəlb etmək, buna geyinənlərin deyil, cəmiyyətin rəyini öyrənməkdir.
Qadın geyimi haqqında harda, nə vaxt söhbət, müzakirə gedirsə, qadınlar qəzəbnak olurlar, kişiləri imkan olsa, şişə taxarlar. Halbuki, heç bir kişi qadına özündən aşağı varlıq kimi baxmır. Əgər belədirsə, kişi özündən aşağı olan bir varlığı böyük təmtəraqla toy edib  niyə özünə könül sirdaşı gətirirdi ki? Ailə kimi ən müqəddəs idealını niyə qadınla bütövləşdirirdi ki? Əgər kişi qadına aşağı varlıq kimi baxırsa, nə dərəcədə məntiqlidir ki, hər bir kişinin ailəsində, həyatında bir Ana, bir Qadın, bacı, qız övladı, qız nəvəsi, gəlin var. 
Belə təsəvvürlər bəlkədə cəmiyyətin ilkin mərhələsində - mağara dövründə olub: onda qadın hamı üçün qadın olub, kişi hamı üçün kişi olub. Amma zaman irəliyə doğru irəlilədikcə, qadınlaar da, kişilər də bunun eybəcər həyat tərzi olduğunu dərk edib.Hərə bir mağara, kaha tapıb özünəməxsus ailə qurub, qadını cariyə, seks ortağı olmaqdan xilas edib. Və bu gün də hansı ailənin başçısı yoxdursa, o ailənin qızı, qadını haqqında bədgüman fikirlər söyləyirlər.
Kişi hələ o vaxtdan irəli çıxaraq qadını himayəsinə almış, qadını özününün, ailəsinin namus ölçüsü səviyyəsinə yüksəltmişdir.
Beləliklə, ərillik və qadınlıq mənaları gələcəkdə kapitalizm dünyasının maraqlarına xidmət etməkdən xilas edilmişdir. Qadına əyləncə, zövq-səfa mənbəyi kimi yanaşan Qərb dünyasından fərqli olaraq türk xalqlarının tarixində qadına hər zaman spesifik münasibət bəslənib, qadın bütün dövrlərdə namus simvolu olmuşdur.  Bu keyfiyyət nə qədər əxlaqi dəyərlərimizin, qadınlarımızın özü ilə bağlı olsa da, kişi-ər qoruyuculuğunun rolu inkar edilməməlidir. 
İstənilən qədər əks-arqumentlər gətirə bilərsiniz. Necə ki, internet müzakirələrində həmin arqumentlər var: "Niyə kişiyə hər şey geyinmək olar, qadına olmaz”, "niyə kişiyə hər şey etmək olar, qadına yox” və s.
Elə bilirəm ki, məntiqli irad və giley deyildir. Cəmiyyətimizdə kişini qadından üstün tutan ayrıca Qanun, Məcəllə yoxdur. Cinsindən, dilindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni yaşam hüququna malikdir. Qadın təhsil ala bilər, qadın vəzifə pilllələri ilə karyerasını qura bilər, avtomobil idarə edə bilər, yüksək vəzifələrdə təmsil oluna bilər. Bunları qeyri-qəti gələcək zamanda vurğulasaq da,  həyatda təsdiqini çoxdan tapıb. Bu gün  real mənzərə belədir.
Vaxt var idi ki, qızı ərə verəndə rəyini belə soruşmazdılar. Amma indi azərbaycanlı qız öz ürəyinin istəyi ilə başqa kənddən, rayondan, şəhərdən, hətta fərqli bir ölkədən özünə həmdəm seçir. doğrudur, belə  nikahlar arzuedilən olmasa da,  heç kim heç kimin qarşısını kəsmir, mane olmur, buna haqqı da yoxdur: sadəcə, hər kəs öz narahatçılığını ifadə edir. Ümumi, ictimai olan belə ölçülər, münasibətlər saf-çürük edilməsə, nizamlanmasa, müəyyən qadağalar, qınayıcı baxışlar olmasa, onda mənəvi aşınmalar, həyatı cəhənnəmə döndərədi. Bu qadağalar, qınaqlar insanlarla eybəcərliklər arasında bir sərhəd hasarıdır.
Yoxsa , Qərbə məxsus həyat, davranış tərzi Azərbaycan mühitinə də ayaq açar, getdikcə adi hala çevrilərdi. 

Bir vaxtlar  bu mələkətdə qadın və qızların fotoaparat önündə  dayanıb   şəkli çəkdirməsi nadir təsadüf edilə bilən hal idi, bəlkə də yox idi. Qızlarımız və qadınlarımız özləri bunu  istəmirdilər və doğru da edirdilər. Onlar  ehtiyatlanırdılar ki, mənim şəklim axı niyə əllərə düşməlidir,kimsə  göz yetirib  xəyalına qara-qura fikirlər gətirməlidir. Bəlkə də  onun hələ sevdiyi yox idi, bəlkə də  kimsə onun adını heç dilinə də gətirməmişdi. Fəqət, o, adını, qızıllığını qoruya-qoruya, addımını çox ehtiyatla ata-ata bir oğlana doğru yol gəlirdi.

 Bəs indi necədir,  bu gün  qızlar da var ki, model imicində məşhur jurnallar üçün soyunur, çılpaq fotosessiya paylaşırlar.  İstiqlal şairi Əhməd Cavadın vəfalı ömür-gün yoldaşı  qatarda sürgünə aparılarkən paltarını qatarın ayayoluna sürtüb  geyinirmiş ki,  alçaqlar Cavadının  ləyaqətini alçaltmaq fikrinə düşməsinlər. Belə  ləyaqət nümunələri Azərbaycan qadınlığının  tarixində çoxdur.  Onlar sayılmaq üçün,  hesaba alınmaq üçün edilməyib, sadəcə, həyat tərzi belə olub.

 Bu gün qarşılaşdığımız, gördüyümüz, eşitdiyimiz, bildiyimiz  aşınmalar bizim həyat üçün xarakterik deyil, onlar  mənəviyyatımıza xaricdən  sirayət edib, gənclərin beyninə müxtəlif formada və müxtəlif ampulalarda  yeridilib.

Metroda, küçədə, ictimai tədbirlərdə, səhnədə, televiziyada açıq-saçıq geyimlər, şit hərəkətlər bunlar hamısı həyatımıza Qərbdən sirayət edib. Mənim fikrimcə, Qərb, hətta, buna imkan yaradıb, qrantlar ayırıb.

 

Geyim abırlı olmalıdır (VI yazı)

Elə bilirsiniz mətbuatda, televiziyada yayımlanan moda proqramları, gözəllik yarışmaları gənclərimizin mənəvi tərbiyəsinə, şəxsiyyətlərinin ahəngdar inkişafına hesablanıb? Hansı etalon, ölçü vasitəsidir ki, dünya gözəlini və yaxud rus gözəlini, tacik gözəlini müəyyən edə bilər? Dünyanın, insanların hansısa bir məfhumu , hansısa bir varlığı eyni nöqteyi-nəzərdən qəbul etməsi mümkün ola bilməz axı. Sən olsa-olsa, hələ onu da təşkilatçının özünün subyektiv münasibəti ilə, həmin yarışda iştirak edənlər arasında "gözəl” elan edə bilərsən. Nəyə lazımdır bu gözəllər? Müəyyən titul əldə edəndən sonra da başlayırlar yaxtada, çimərliklərdə poza verməyə. Reklam çarxlarında, panolarda, podiumlarda ticari niyyətləri stimullaşdırmağa.


Geyim abırlı olmalıdır (VI yazı)

 

Geyim abırlı olmalıdır (VI yazı) 


Geyim abırlı olmalıdır (VI yazı)


 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz