» » Gənclər niyə vaxtında evlənmirlər?

Gənclər niyə vaxtında evlənmirlər?

 

 

Gənclər niyə vaxtında  evlənmirlər?

Ailə qurmaq, nəslin davamını təmin etmək və xoşbəxt bir həyat yaşamaq üçün evlilik həyatı daxili bir ehtiyacdır.
Bu vəzifəni hər bir sağlam insanın yerinə yetirməsi dinimizdə də vacib hesab edilir. Odur ki, hər şeyin bir vaxtı olduğu kimi, evlənməyin də öz vaxtı var. Vaxtı gələn hər bir kişi və qadın fiziki və sosial yetkinliyə çatdıqda mütləq evlilik haqqında düşünməli və ailə həyatı qurmalıdır.
Mütəxəssislərin, sosioloqların və psixoloqların birgə müşahidələrinə görə, erkən yaşlarda evlənmək nə qədər təhlükəlidirsə, evliliyi sonrakı yaşlara təxirə salmaq da eyni şəkildə təhlükəlidir.
Normal yaşlarına qədər evlənməyən kişilərin, 30- yaşı keçdikdən sonra, şübhəlilik və tərəddüdlərə düşmə halları onların psixologiyalarında pozğunluq və davranış sərtliliyi müşahidə edilir. İyirmi beş yaşına qədər ailə qurmayan qızlar da ümidsizliyə və getdikcə tənhalığa qapılmaq səbəbindən müxtəlif komplekslərə daxil olurlar.
Yalnız yaşama tərzi insana xas bir xüsusiyyət deyil!
Müxtəlif səbəblərlə evlənməyən və ya evlənməyən insanların davranışlarını özləri üçün də, cəmiyyət üçün də hər zaman problem yaradır.
Tənhalıq insana xas bir xüsusiyyət deyil. İnsan sosial bir varlıq olduğundan ailə mühitində və cəmiyyət içində olduqda yaşadığı həyat məna qazanır. İnsanın ən yaxşı dostu - həyat yoldaşıdır. Belə olduğu üçün də hər bir insan ailə qurmaq məcburiyyətindədir.
Evlənməyən və tək qalan insanların hər hansı bir məşğələ də yoxsa həyat onlar üçün zindan olar. Bu vəziyyətdə qadın da, kişi də pərişan bir həyat yaşayır, xüsusən, kişilər.
Çünki kişilər şəxsi ehtiyaclarını aradan qaldırmada, qadınlar qədər bacarıqlı deyil.
Bəs gənclər niyə vaxtında evlənmirlər? Səbəblər aşağıdakılardır:
- ana və ataların mənfi təsiri;
- xanım seçməkdə ən idealını istəmə hissi;
-iqtisadi uğursuzluqlar;
- xəyallara qapılıb daha mümkün olmayan nələri isə ( ev, maşını aldıqdan sonra evlənməyi düşünənlər)arzulamaq;
- evlənməkdən və məsuliyyətdən, ümumiyyətlə, qaçmaq;
- qeyri- qanuni evlilik həyatı davam etdirənlər;
- pis vərdişlərdən asılı şəxslər;
- qərarsız, vasvası və şübhəli şəxslər;
- qarşı tərfdən üstünlük və ya aşağıda olmaq kompleksi içərisində olanlar;
- seksuallıq baxımından problemləri olanlar;
- şəxsiyyəti yetərli inkişaf etməmiş, həmçinin etibarsız insanlar;
- qorxu və təzyiq ilə böyüyən sevgisiz adamlar;
- hər vaxt azad və məsuliyyətsiz yaşamaq istəyənlər;
- bölüşməyi istəməyən eqoist tiplər;
- evliliyi əsarət olduğu kimi qəbul edənlər və s.

Gənclər niyə vaxtında  evlənmirlər?

Qeyd: Tərcümə ilə təqdim edilir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz