» » Sizinlə öyünürük, qürur duyuruq....

Sizinlə öyünürük, qürur duyuruq....

 

Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanıları artıq arxada qalıb, nəticələr də məlum: 

mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanında   7 nəfər tələbə 700 bal toplayarak  bilik sınağının ən uca zirvəsinə ucalmışlar.

II qrup üzrə : Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadə və Xaçmaz  şəhər 8 saylı şəhər orta məktəbin məzun

 Jalə Rəcəbova 700 toplayaraq,  maksimum  nəticə göstərmişlər.

III ixtisas qrup üzrə isətam nəticə göstərənlərin sayı isə 5 abituriyentdir.

 II qrup birincilərindən fərqli olaraq III ixtisas qrupunda ən yüksək  bal toplayanların hamısı Bakı şəhərində təhsil alır.

Onlardan ikisi Respublika Olimpiadasının qızıl medal qalibidir:

Bakı məktəblisi -  şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının,  

 45 nömrəli məktəbin məzunu Elvin Kərimli isə  Tarix üzrə Respublika Olimpiadasının qızıl medal sahibi, həm də AzTV-də yayımlanan "Əlaçı” verilişinin qalibidirlər.

Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənova da tam nəticə göstərənlər siyahısındadır.

Xəyyam Sultanlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin tarixində 18-ci 700 bal toplamış şagirdidir.

"Ana və Uşaq" onlayn jurnalının oxucuları adından qəbul imtahanlarında yüksək bal taplamış bütün abituriyentkləri, əlbəttə, onların
önündə 700 bal toplamış və artıq tələbə adı qazanmış bütün gənclərimizi , onların valideynlərini təbrik edirik. Müəllimlərinizi təbrik edirik.
Azərbaycan getdikcə gəncləşir. gəncləşdirilir. İstedadlı, mənəvi cəhətdən əqidəli və vətənpərvər gənclərimizə böyk etimad var. Ölkə başçısının sizə
böyük etimadı var. Amma nailiyyətiniz hələki uğurlu yola keçiddir. Siz bu uğurlu nəticəni davam etdirməlisiniz, həqiqiliyini təsdiqləməlisiniz.

Biz əminik ki, siz bu uğuru təsdiqləyəcəksiniz...Siz Azərbaycanın gələcəyə olan ümidlərisiniz. Biz yalnız intellektual qüdrətimizlə, mülli qürurumuzla
sabahlarla bir addımlayacağıq. Bu qüdrətimiz, qürurumuz sizsiniz.

Sizinlə öyünürük, qürur duyuruq....

Sizinlə öyünürük, qürur duyuruq....

Sizinlə öyünürük, qürur duyuruq....

Sizinlə öyünürük, qürur duyuruq....

Sizinlə öyünürük, qürur duyuruq....

Sizinlə öyünürük, qürur duyuruq....

Sizinlə öyünürük, qürur duyuruq....

    Sizinlə öyünürük, qürur duyuruq....  

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz