» » Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi gecikir"

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi gecikir"

 

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

F.b. Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmətindən  dəfələrlə istifadə etmişəm və hər dəfə də yüksək mədəni xidmət, səmimiyyət görmüşəm. Əmək haqları ən aşağı olan bu  kateqoriyadan olan ziyalılarımızın  öz peşələrinə  bağlılığı  əsl vətəndaşlıq mövqeyi, humanizm   nümunəsidir.

Böyük əksəriyyəti  gənclər olan bu kollektivlə cəmi  bircə dəfə  ünsiyyət bəs edir ki, cəmi  bircə dəfə kitabxanada  olmaq kifayətdir ki, buradakı  xoş auranın, sağlam və əsl işgüzar mühitin olduğunu gözlərinlə görəsən.

Kitabxana haqqında dünənki sayımızda  ürək sözlərimizi ifadə etdik, amma  əməkdaşlardan birindən  müsahibə  almağı da  elə birinci gündən qət  etmişdik.

Bu,  Oxucu şöbəsinin  əməkdaşı Nigar   xanım İsmayılovadır. Nigar İsmayılova   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  məzunudur. 2013-cü ildən F.b.Köçərli adına Respublika Uşaq Kitabxanasında işləyir.


Müsahibəni oxucularımıza təqdim edirik: 

 

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

 

 Əvvəlcə, "Ana və Uşaq”  elektron jurnalını izləyən  ailələrin balaca  oxucularına  heç bir epitetsiz  kitabxananızın   fəaliyyəti üçün xarakterik olan   əsas  xüsusiyyətləri   təqdim edin.

Cavab:  Kitabxanamız  1965-ci ildə M.Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır. 1967-ci  ildən  isə kitabxanaya görkəmli Azərbaycan maarifçisi,  məşhur ədəbiyyatşünas Firidun bəy Köçərlinin adı verilmişdir.

Kitabxanada  9 şöbə, 5 bölmə, 2 oxu zalı var. Eləcə də Yasamal, Binəqədi və Xətai rayonlarının ərazisində  kitabxanamızın   3 filialı fəaliyyət göstərir.

Uşaqların mütaliyə səviyyəsini inkişaf etdirmək məqsədi ilə   məktəb və bağçalarla daim  əməkdaşlıq edirik. Kitabxanamızda nağıl saatları təşkil edilir, müsabiqələr, tədbirlər, sərgilər və s. keçirilir.

14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar müxtəlif aksiyalar həyata keçirilir.

Hər il 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü münasibətiylə Milli Kitab sərgisi təşkil edilir.

Uşaqların yay tətili günlərində kitabxanamız yaxın ətrafdakı istirahət parklarında "Yay oxu zalları” təşkil edir.

15 Sentyabr Bilik Günündə Uşaq əyləncə mərkəzlərində, parklarda "Şən, əyləncəli mütaliə” adlı tədbir keçirilir.

Kitabxanamız  "Kitab klubu” ilə birgə "Məktəb proqramına kömək ” layihəsi keçirərək oxucuların sorğularına əsasən ,kitabların nəşri ilə əlaqədar siyahı hazırlamış,  həmin siyahılar çap olunaraq oxucuların istifadəsinə verilmişdir.

Kitabxanamız Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə 2006-cı ildən "Göy qurşağı” uşaq jurnalını dərc edir. 32 səhifədən ibarət olan bu jurnalın hər sayında uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Həmçinin tarixi günlər, bayramlar, görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, kitabxanaya daxil olan yeni kitablar haqqında məlumat verilir. Məntiqi suallarla zəngin əyləncəli səhifə jurnalı daha da maraqlı edir.

Kitabxana respublikamızda fəaliyyət göstərən bütün uşaq kitabxanalrı üzrə elmi-metodik mərkəzdir. Bu məqsədlə də təkcə Bakı şəhərində deyil Azərbaycanın hər bir bölgəsində uşaqlara kitab xidməti işində bir çox layihələri həyata keçirir ("Uşaq kitab karvanı”).

Bütün bu və digər  tədbirlərlə əsas məqsədimiz uşaqları kitabxanalara daha çox cəlb etmək və onların mütaliə    maraqlarını artırmaqdır.

 

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

 

    Sizə kitabı 2-3 cümlə ilə dəyərləndirmək  imkanı verilib: nədir kitab?

Cavab: Kitab əvvəlki nəsillərin dəyərlərini digər nəsillərə ötürən mənəvi körpüdür. İnsanlar dədə-babaların  həyat yolunu, tarixini  və mədəniyyətini  bu kitablar vasitəsilə öyrənir.

Türk tarixçisi İlber Ortaylınln sözləri ilə desək, kitablar bəşəriyyətin hafizəsidır.


     İnsanlar niyə oxuyur?

Cavab: İnsanlar müxtəlif səbəblərdən oxuyurlar. Elə oxucular var ki,  onlarda artıq bu, vərdişə çevrilib. Eləsi var vaxt keçirmək üçün oxuyur,  eləsi xobbi kimi oxuyur, eləsi zəngin olmaq üçün oxuyur və s.


   Siz  kitabxana əməkdaşı olaraq, necə bilirsiniz: Azərbaycanda   kitab oxumaq mədəniyyəti  hansı səviyyədədir?

 CavabMən kitabxana əməkdaşı olaraq deyərdim ki, müasir texnika dövründə(internet,kompüter və s.) kitab oxumaq mədəniyyətini qənaətbəxş hesab etmək olar.

     Qənabəxş  səviyyəsi az deyilmi, ictimai yerlərdə, avtobuslarda, qatarlarda, vağzalların gözləmə zallarında əllərində kitab olan adamlara çox az təsadüf olunur.

Cavab: İnsanlar tam oxumurlar da demək olmaz.  Sadəcə,  son onilliklərdə bu proses  çox zəifləmişdi. Amma indi müşahidə olunur ki, fəallıq artmaq üzrədir. İnsanlar istər ənənəvi formada, yaxud elektron yolla  mütailə edirlər. Çöldə-bayırda oxuyanlar da var, amma bizim həyat üçün, məsələn Rusiyada olduğu kimi xarakterik deyil. 


    Kitab oxuyarkən oxucu   nələrə fikir verməlidir, kitab oxumağın da bir  yönü-yöndəmi var?

Cavab: Bəli, var. Bu, ümumiyyətlə,   kitab mütailəsi zamanı vacib məqamlardır: səssiz və sürətli oxumağa alış,  vacib məqamları tutmağı bacar. Fikirləri müqayisə et, qeydlər apar,  bu qeydləri daha sonra sistemləşdir və  yekun nəticəyə gəl.


   Müşahidələrinizə görə,  kitab oxumağa  oğlan uşaqları daha meyillidir, yoxsa qız uşaqlar?

Cavab: Müşahidələrimə görə kitab oxumağa qız uşaqları daha cox meyilli olurlar. Çünki onlar oğlanlara nisbətən  daha emosional olurlar, vaxtları daha çox olur vəs.

     Bəs bunu mövzusuna görə  incələsək, oğlanlarla qızların maraq dairəsi necədir?

Cavab: Bunu mövzusuna görə incələsək, oğlan uşaqları daha çox fantastik, dedektiv mövzulu kitabları,   qızlar isə macəra, mistik kitablarş oxumağa maraq göstərirlər. Bu da əvvəldə dediyim kimi, qızların daha emosional olması  ilə bağlıdır.


 Maraqlıdır uşaqlar xarici ölkə ədəbiyyatına  maraq göstərirlər, yoxsa öz ədəbiyyatımıza?

Cavab: Uşaqlar daha çox xarici ölkə ədəbiyyatı oxumağa üstünlük verirlər. çünki, insanı həmişə olmadığı, görmədiyi yerlər daha çox cəlb edir.


 Adətən, insan kçik yaşlarında  kitab oxumağa daha meyilli olur, amma  böyüdükcə,   bu sürətdə enmə müşaytiəqt olunur, deyilmi?

Cavab:  Bəli, adətən, kiçik yaşlarda insanlar dərs kitabları oxuyurlar, lazimi ibtidai biliklərə yiyələnirlər. Amma böyüdükcə, özlərini dərk etdikcə daha çox həyati, fəlsəfi, psixoloji və s. kitablar oxumağa meyilli olurlar.


 Əgər   oxucu  hansısa müəllifin kitabını   çağ şəklində  oxuyacaqdısa, ən azından bir neçə gün lazım olacaqdı. Amma indi onun ekranlaşmış versiyasına  baxmaq üçün cəmi 1-2 saat kifayət edəcək. Və yaxud internet  gənclərin başını o qədər məşğul edir ki, onlar, hətta,   təbiətin  ruhunu belə,  internetdən alırlar. Türkiyəli ssenarist Hakan Gündayın    gəldiyi qənaət, məncə, doğrudur:   "Yerimək əvəzinə avtomobillərdən  istifadə edən, düşünmək yerinə televiziya seyr edən,  idman  etmək əvəzinə "Mempunyai Station” oynayan, kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir”. Sizcə, internetin,  televiziyanın  mütailə səviyyəsinin  inkişafına əks təsiri varmı?

 Cavab: Əlbəttə,  var.  Amma əvvəlki illərdəki kimi   pis mənada  yox, yaxşı mənada. Televiziyanın, internetin ilk çıxdığı illərdə  bu texniki vasitələrə alüdəçilik vardı.  Artıq  bu meyil  enmək üzrədir. Müqaisə etmək üçün  son illəri  nəticələrini götürsək, əvvəlki illərə nisbətən kitab oxumağa maraq artıb.  Bu həm  kitabxanalardan  kitab almaqla,  həm də  elektron formada oxumaq üzrə müşahidə edilməkdədir. Getdikcə internetə, televizora olan maraq azalır.  

 

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

 

 Kitab oxumağa başqa daha nə əks-təsir göstərə bilər?

 

Cavab: Mənim fikrimcə, insanın nəyəsə olan istəyinə (ürəkdən olan) heç nə mane ola bilməz. Eləcə də kitab oxumağa olan marağına. Oxumağa ehtiyac duyan insan üçün  hər zaman, hər yerdə kifayət qədər  imkan var. Nəqliyyatda, gözləmə zalında, yatmaq ərəfəsində, uşağı gəzdirərkən və s. Sadəcə, kifayətdir ki, insan oxumaq istəsin.

 

 Siz oxucularınızla  aldıqları kitabı  hansı maraqla aldıqlarını, onu oxuyurlarmı, yoxsa  şəkillərinə  baxmağa alırlar və s. bu kimi məsələləri  necə incələyirsiniz?

Cavab: Bəli,  oxucuların  bəziləri kitabları rənginə, şəkillərinə, tərtibatna, nazik və ya qalın olmasına görə seçirlər. Nisbətən böyükyaşlılar  ciddi   mövzulu kitablara da maraq göstərirlər.  Bəli, artıq biz  bütün oxucularımıızn  xarekterik xüsusiyyətlərini bilirik.Əlbəttə, onların kitabxanamızdakı tədbirlərdəki fəallıqlarından kitabdan  necə faydalandıqlarını    müəyyən edə bilirik.

 

 Uşaqların mütailə səviyyəsini inkişaf etdirmək üçün təklifləriniz varmı?

Cavab: Uşaqlar üçün yazılab əsərlərin dili barədə düşünmək lazımdır.  Bəzi kitablarda uzun cümlələrə, uşaqlar üçün aydın olmayan  terminlərə  yer verirlər ki, bunlar kiçik oxucuların   həvəsini söndürür.

Balaca oxucuların mütaliə  vərdişlərini inkişaf etdirmək üçün  ayrı-ayrı park və bağlarda  kitab sərgiləri təşkil etmək,  uşaqların valideynlərinə   mütailənin özəllikləri ilə bağlı metodiki  tövsiyələr vermək lazımdır.

 Məktəb və kitabxanaların birgə səyi ilə  uşaqların  ədəbiyyat oxuma  səviyyəsini  izləmək,  nəticəni hər zaman hesaba almaq lazımdır. Uşaq görməlidir ki, onun oxuduğu kitablar evdə valideynləri, məktəbdə müəllimləri   maraqlandırır.

 

Əvvəllər ailələrdə   ailə kitabxanaları olurdu. Elə ziyalılar vardı ki, onların evi mini-kitabxana idi.   Bu kitabxanalardakı kitabları  nəinki bir,  hətta bir  neçə şkafa yerləşdirmək olmazdı.  İndi heç kim evində  çox yer tutan mebel, şkaf  saxlamaq istəmir. Tək televiziyadan, kompüterdən savayı  evdə heç nə görmək istəmirlər.  Siz necə fikirləşirsiniz? 

 Cavab: Məşhur ingilis yazşçısı  Roald Dalın insanlara çox maraqlı, həm də  dəyərli  bir xitabı var:   "Lütfən, yalvarıram, gedin televiziyanızı çölə atın və boşalan yerdə balaca bir kitabxana qurun”. Lap internet, televiziya  problem olmasa belə,  kitaba, kitabxana qurmağa   bu cür çağırış nəcib, həm də bəşəri bir ideyadır.


 Müsahibə üçün  təşəkkür edirik.

 

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

Müsahibə: "...kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir"

 

Söhbətləşdi:Akif Əhmədov

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Buy Steroids Online
Shop For The Best Legal Steroids Online

<a href="https://buysteroidsca.com/#">Shop For The Best Legal Steroids Online</a>

Shop For The Best Legal Steroids Online
Buy Anabolic Steroids Onlines
  • Нравится
  • 0