» » Karateçilərimiz qitə çempionatının ilk günündə iki qızıl medal qazanıblar

Karateçilərimiz qitə çempionatının ilk günündə iki qızıl medal qazanıblar

Karateçilərimiz qitə çempionatının ilk günündə iki qızıl medal qazanıblar

 

Yeniyetmələrdən ibarət karate üzrə milli komandamız Rusiyanın Soçi şəhərində qitə çempionatının ilk günündə iki qızıl medal qazanıb.
AZƏRTAC Azərbaycan Milli Karate Federasiyasına (AMKF) istinadən xəbər verir ki, təmsilçilərimizdən Tale Yaqubov (63 kq) və Polina Hurenko (47 kq) Avropa çempionu olublar. Yeni ukraynalı legioner P.Hurenko final döyüşü də (8:0) daxil olmaqla, beş görüşdən üçünü vaxtından əvvəl azı üç xal fərqli üstünlüklə, həmçinin cəmisi iki xal buraxmaqla başa vurub.
Mükafatlandırma mərasimində idmançılarımıza qızıl medalları AMKF-in prezidenti Yaşar Bəşirov təqdim edib.
Kata yarışlarında təsəlliverici görüşlərə qatılan Roman Heydərov bürünc mükafatın bir addımlığında mübarizəni dayandırıb. Ermənistanlı idmançını heç bir şans vermədən 5:0 hesabı ilə məğlub edən Osman Osmanlı (70 kq-dan yuxarı) da mükafata gedən yolda ani bir səhv üzündən qələbəni əldən verib.
Fevralın 3-də 16-18 yaşlı gənclər, o cümlədən Müseib Məmmədov (55 kq), Hümmət Baxşəliyev (61 kq), Məhəmməd Məmmədov (68 kq), Fərid Şahbazlı (76 kq), Musa Sarızadə (76 kq-dan yuxarı), Mədinə Sadıxova (48 kq), Renata Ərəbli (53 kq), Səma İmanzadə (59 kq), Bəsti İsmayılova (59 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.
Xatırladaq ki, 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edir.

Karateçilərimiz qitə çempionatının ilk günündə iki qızıl medal qazanıblar

Mənbə:https://azertag.az/xeber/Karatechilerimiz_qite_chempionatinin_ilk_gununde_iki_qizil_medal_qazaniblar-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz