» Türk Dili Bayramı

Türk Dili Bayramı

Türk Dili Bayramı 26 Sentyabr- 4 Oktyabr tarixlərində İstanbulda Dolmabağça Sarayında toplanan Birinci Türk Dil Qurultayının açılış günü günü şərəfinə hər il 26 Sentyabr günündə qeyd olunur.
Müasir Türkiyə Cümhuriyyətinin ən önəmli mədəniyyət ocaqlarından biri olan Türk Dil Qurumu 69 il əvvəl -12 İyul 1932-ci ildə qurulmuşdu. Yeni Türkiyə Cümhuriyyətində dil və tarix böyük Atatürkün ən çox əhəmiyyət verdiyi məsələlər idi. Atatürk, 11-ci İl 1932 İyul silahdaşların "Dil işlərini düşünmək vaxtı gəlib. Nə deyərsiniz"?- deyə soruşur. "Elə isə Türk Tarixi Tədqiq Cəmiyyətinin kimi bir də ona qardaş bir dil cəmiyyəti quraq. Adı Türk Dili Tədqiq Cəmiyyəti olsun", deyərək Türk Dil Qurumunun təməllərini atır. Ertəsi gün Samih Rifat, Rövşən Əşrəf, Cəlal Sahir və Yaqub Qədri Daxili İşlər Nazirliyinə müraciət edirlər. Sonradan adı Türk Dil Qurumuna çevriləcək olan Türk Dili Tədqiq Cəmiyyəti qurulur.
Cəmiyyətin yaranması ilə birlikdə Türk Dil Qurultayının hazırlıqları da başlamışdır. Bu coşğunluq və həyəcan içərisində Türk Dil Qurultayı toplanır. Qurultaya çox sayda elm adamı, jurnalist, yazıçı, dövlət adamı və sənətçi qatılır. Atatürk Qurultayı əvvəldən axıra qədər izləmişdir. Türk dilinin inkişaf etməsi, zənginləşməsi yolunda Türk Dil Qurultaylarının çox mühüm yeri vardır.

Türk Dili Bayramı

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz