» » Xətai rayonunun 24 nömrəli tam orta məktəbində yazıçı Reyhan Yusifqızı iıə görüş

Xətai rayonunun 24 nömrəli tam orta məktəbində yazıçı Reyhan Yusifqızı iıə görüş

Xətai rayonunun 24 nömrəli  tam orta məktəbində yazıçı Reyhan Yusifqızı iıə görüş

Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsinə görə,   bugünki təhsilin əsas vəzifəsi fərdlərin təbii imkanlarını inkişaf etdirmək, onları bilikləndirmək, istedad və qabiliyyətlərini inkişaf etdirərək öz xalqına, torpağına, soykökünə, tarixinə, ədəbiyyatına  və mədəniyyətinə sədaqətli gənclər kimi yetişdirməkdir.  Azərbaycanın inkişafı naminə mübarizə aparacaq   bu cür  vətəndaşlar   yetişdirmək çox  məsuliyyətli və məsuliyyətli olduğu qədər də şərəfli  bir vəzifədir, cəmiyyətin vacib qayğısıdır. Onun düzgün həlli  ailənin,  məktəbin, cəmiyyətin    birlikdə səylərindən asılıdır.   Ədəbiyyat, sənət, bütün  ictimai təşkilatlar, hər bir şəxs   bu səylər qarşısında məsuldur, bu səylərə xidmət etməlidir.

Bu baxımdan ailə ilə başlayan tərbiyə prosesi ilkin addımdır. Binanın əzəməti,  uzunömürlülüyü  onun üzərində dayandığı  özülün keyfiyyətindən asılı olduğu kimi, insanın da ahəngdar inkişaf etmiş şəxsiyyət  kimi yetişdirilməsinin müvəffəqiyyəti ailədən başlayır, təməl  ailədə qoyulur. Bu inkişaf daha sonra məktəbəqədər tərbiyə müəssisələrində, ümumtəhsil ,  eləcə də orta ixtisas və ali təhsil məktəblərində inkişaf etdirilir.

Böyük alimlər, pedaqoq və psixoloqlar bu fikirdə haqlı olaraq yekdildirlər ki, uşaqların yetkin və şüurlu şəxsiyyət olaraq yetişməsində  digər faktorlar da  həlledici rol oynayırlar. Bu sırada uşaq ədəbiyyatının rolu inkaredilməz bir həqiqətdir. Mütəxəssislərin fikrincə,  həyata göz açan uşaqların gələcəkdə fəal, yaradıcı təfəkkürə sahib olması üçün  onların zehnini, fantaziyalarını  inkişaf etdirmək  lazımdır. Sərhədsiz  xəyal gücünə malik  uşaq daim aramaq, tapmaq, qurmaq-yaratmaq eşqiylə çağlayacaq. Bu isə ancaq uşağın bədii təfəkkürünü inkişaf etdirmək,  söz xəzinəsinin hüdudlarını  genişləndirməklə mümkündür.

Dünyada gördüyü, bildiyi, eşitdiyi    hər  gözəl şeyin içində özünü hiss edən  uşağın  təbiət gözəlliklərinə,ünsiyyət qurmağa, paylaşmağa yürüşü məhz kitablarla - əədbiyyatla  başlayır.    Maraqlı hadisələr, rəngarəng illüstrasiyalar, xeyirhax obrazlar, hisslər və onların xüsusiyyətləri  ağappaq vərəq kimi olan uşaq beynində yuva salır,  onun  emosional, əxlaqi, mənəvi və sosial cəhətdən inkişafına kömək edir. Bu cür emosional dərk uşağın gələcək  sosial inkişafına   zəmin hazırlayır.

 Ədəbiyyat uşaqları təkcə şəxsiyyət olaraq yetkinləşdirməklə, kamilləşdirməklə kifayətlənmir. Ədəbiyyat, həmçinin, uşaqları kitablarla birgə olmağı öyrədir. Uşaqlar  onlar üçün çox  əhəmiyyətli olan mütailə mədəniyyətinə, düşünmə,  münasibət bildirmə mədəniyyətinə yiyələnirlər.  Bu ədəbi nümunələr uşaqlara həm də izahına  çətinlik çəkdiyi  məsələləri və mücərrəd hissləri  oxuduqları vasitəsilə ifadə etməyə kömək edir.

Ədəbiyyat uşaqların nitq mədəniyyətini formalaşdırır, onların söz ehtiyatlarını zənginləşdirir.   Söz yox  ki, insanın  xəyal  aləmi, fantaziyası, fikrini doğru, məzmunlu ifadə etmək bacarığı ifadə etdiyi sözlərlə ifadə olunur.

 Yəqin,  hörmətli oxucular   mənimlə  razılaşarlar ki, ömründə bir kitab oxumayan şəxsin  50-100  bədii əsər oxumuş şəxslə  ünsiyyəti  heç vaxt canlı və məzmunlu ola bilməz.

Xətai rayonunun 24 nömrəli  tam orta məktəbində yazıçı Reyhan Yusifqızı iıə görüş

 Bütün bu dediklərimiz və burada  deyə bilmədiklərimiz  ədəbiyyatın insan həyatındakı  rolu və yerinə , onun insan şəxsiyyətinə təsirinə nümunədir.

Əgər biz  insanlar arasında mütailə mədəniyyətinin yüksək səviyyədə olmasını arzu ediriksə, ədəbiyyatı insanlara uşaq yaşlarından sevdirmək lazımdır.

Bu mənada insanlarda kitab segisi, mütailə mədəniyyəti  formalaşdırmaq  missiyası daha çox  uşaq ədəbiyyatının, uşaq yazıçılarının üzərinə düşür.

Uşaq ədəbiyyatının izlərinə folklorumuzun  nağıl, layla, oxşama, tapmaca, yanıltmac  və sair  nümunərində rast gəlsək də,  müstəqil bir qol olaraq  onun yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Bu isə  yeni əsrin başlanğıcında  maarif və mədəniyyət sahəsində başlanan  canlanma ilə əlaqədar idi. Bakıda, eləcə də digər ədəbi-mədəni mərkəzlərdə    maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaranmağa başlamış və bu da yeni üsullu məktəblər üçün  dərslik  yaratmaq vəzifəsini aktuallaşdırmışdı. 

Hələ 1896-cı ildə  N.Nərimanov  S.M.Qənizadə ilə birlikdə "Sovqat” uşaq jurnalı  ,  1900-cü ildə Məktəb” adlı elmi-pedaqoji aylıq jurnal  nəşr etməyə təşəbbüs etmişdi.  1898-ci ildə R.B.Əfəndiyev  "Uşaq bağçası” ,  1899-cu ildə  isə N.Nərimanov  "Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı kitablarını yazmışdılar.

Daha sonralar A.Şaiqin "Uşaq gözlüyü”, "Gülzar”, Tiflisdə çap edilən    "Ana dili” və bu kimi digər  vəsaitlər    yeni məzmunlu uşaq ədəbiyyatının ilk nümunələri idilər. 

Bu dövrün uşaq ədəbiyyatını M.Ə.Sabir, A.Səhhət, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, T.Ş.Simurq, A.Şaiq, C.Cabbarlı  kimi ədiblər maraqlı nümunələrlə zənginləşdirmişlər.

Keçən əsrin ortalarından  əsrin sonlarına doğru isə M.Rzaquluzadə, Q.İlkin, T.Elçin, X.Əlibəyli, Ə. Əhmədova (Əzizə Türkan), N.Süleymanov,  F.Sadıq, Məstan Günər, İ.Tapdıq, Z.Xəlil, H.Ziya, T.Mahmud, M.Namaz, E.Baxış, Q.İsabəyli və sairləri uşaq ədəbiyyatının  ləyaqətli davamçıları oldular.

 Müasir  uşaq  ədəbiyyatının  tanınmış üzvləri  isə  bunlardır: Z.Xəlil, Rafiq Yusifoğlu, Q.İsabəyli, Ə.Quluzadə, R.Yusifqızı , S.Nuruqızı.  Və  daha bir neçə müəllifi də  müasir  uşaq yazarları siyahısına   əlavə etsək,  bu qədər zəngin tarixə malik ədəbiyyat üçün bu say  çox azdır.

Xətai rayonunun 24 nömrəli  tam orta məktəbində yazıçı Reyhan Yusifqızı iıə görüş

Yanvarın 8-də  Xətai rayonundakı 24 saylı tam orta məktəbində müasir uşaq ədəbiyyatımızın sayılıb-seçilən nümayəndələrindən olan  Reyhan Yusifqızı  ilə balaca uşaqların  gözəl bir  görüşü  keçirildi. Yazıçının "İki gül” hekayəsi əsasında  II b sinif şagirdlərinin canlandırdıqları  pantomim  düşüncələr nəinki uşaqlara, müəllifə, müəllim və qonaqlara da  duyğusal anlar yaşatdı.

 Reyhan Yusifqızının imzası ədəbiyyat həvəskarlarına  yaxşı tanışdır. Yazıçı iyirmidən artıq uşaq hekayəsinin, iki povestin müəllifidir,  "Yaşıl gözlü qız” elmi-fantastik povesti 2009-cu ildə  Ankarada (Türkiyə) Beynəlxaılq müsabiqədə üçüncü mükafata layiq görülmüşdür.

 Yazımızın məqsədi yazıçı xanımın əsərləri haqqında söyləyə biləcəklərimizi demək yox,  Xətai rayonundakı 24 saylı tam orta məktəbində keçirilən  tədbir və bu fonda  uşaq ədəbiyyatının uşaqların  inkişafındakı  əhəmiyyətini diqqətə çatdırmaqdır.

Belə görüşlərə bu gün çox ehtiyac var. Hər şeydən əvvəl,   bəhs etdiyimiz görüş şagirdlərin mənəvi-əxlaqi, intellektual inkişafına yönəli bir niyyət olduğu kimi, ədəbiyyata, xüsusən, uşaq ədəbiyyatına  maraq oyatmaq  baxımından, eləcə də ədəbi şəxsiyyətlərə şagirlərin tanışlığı baxımından bizə xoş təsir bağışladı.

Təbii ki,  II b sinfinin müəllimi, məktəbdə, həmçinin   valideynlər  arasında  işgüzarlığı ilə seçilən sevilən Günay Dadaşovanın  bütün mədəni-kütləvi tədbirləri həmişə rəğbətlə qarşılanır. Və bu ehtiramla biz də  "Ana və Uşaq” jurnalının  təmsilçisi kimi həmin tədbirin  baş tutacağı günü gözləyirdik.

Nəhayət, məktəbin akt zalı balaca oxucularla onların səbirsizliklə gözlədiyi  Reyhan Yusifqızını  öz ağuşuna aldı. Əvvəlcə, məktəbin direktorun tədris işlər üzrə müavini (direktor vəzifəsini icra edən)

Sevinc Orucova  yazıçını şagirdlərə təqdim edib, qısa olaraq Reyhan Yusifqızının  yaradıcılıq məziyyətləri  haqqında məlumat verdi.

Sonra söz II b sinif şagirdlərinə verildi. Balacalar  "İki gül” hekayəsinin pantomim   təqdimində   müəllifin məqsədini  çox təsirli bir şəkildə təqdim etdilər.

Yaradıcı  heyət : 

Hekayəni səhnələşdirən: Günay Dadaşova, sinif müəllimi

Aparıcılar: Dəniz Əlizadə və Rəvan Xuduyev Güllər: Mehri Yusif Kənan və Məryəm Əhmədova

Ağaclar: Ayxan Hüseynli, Fərid Dadaşov, Nəriman Osmanov, Qəzənfər Quliyev

Bulud: Məryəm Həsənli, Fidan Şabanova

İldırım: Elman İsmayılov , Əli Qasımov, Hüseyn Nəcəfov

Quş: Mədinə Hüseynzadə, İmran Quliyev

Ay– Səmra Əhmədzadə

Ulduz: Rəsul Dadaşov, Günel Məhərrəmli, Fidan Qələndərli

Torpaq: Seymur Osmanov

Günəş: Aylin Balakişiyeva

Yağış: Ayxan Ələkbərli, Rəsul Eminov, Kamil Əlizadə

Dəcəl oğlan: Kamil Əlizadə

Külək: Fatimə Dadaşova, Vüsal Əliyev

Uğur böcəkləri: Gülsüm Abdullayeva, Zəhra Məmmədzadə

Hekayənin məzmunu 

Xətai rayonunun 24 nömrəli  tam orta məktəbində yazıçı Reyhan Yusifqızı iıə görüşYolun kənarında otların arasında iki gül bitmişdi. Güllər bütün günü başbaşa verib pıçıldaşır, bir-birini sığallayır, küləyə birgə sinə gərirdi. Günəş onların ən yaxın dostu idi. Gün çıxanda sevinir, onun istisinə qızınır, özlərini dünyanın ən xoşbəxt məxluqu sayırdılar.

Bir gün yoldan keçən bir oğlan özü də bilmədən iri ayaqqabısı ilə  birini əzdi. O biri gül təlaşla rəfiqəsinə sarı əyilib nalə çəkdi:

– Ay oğlan, sən nə etdin?! Bel

ə gözəl çiçəyi da əzərlər?

Onun    jalə kimi damlalanıb  axan göz yaşları rəfiqəsinin   göz  yaşlarına qarışdı. Sonra yarpaqları ilə onu sığallayıb qaldırmağa çalışdı, amma bacarmadı. Rəfiqəsi  bayaqki  fiziki təsir nəticəsində əzilmiş, gövdəsi əyilmiş, yarpaqları qatlanıb torpağa yapışmışdı. Lakin o, rəfiqəsinin bu halına təslim olmadı,  onu  etmək üçün səbirlə əlindən gələni etdi. Gecələr yarpaqları ilə rəfiqəsinin  üstünü örtərək soyuqdan, gündüzlər küləkdən qorudu.

Günün istisi əzilmiş gülü qızındırdı, yağış damlaları isə onu təravətləndirdi. Torpaq ona qüvvət verdi. Hamı rəfiqəsi üçün göz yaşı tökən gülün dərdinə şərik oldu.

Nəhayət, bir gün səhər xəstə gül yerdən başqaldırdı, ləçəklərini geniş açaraq günəşə tərəf boylandı. Günəş ona gülümsədi, gül gövdəsini zəif-zəif tərpədərək günəşə öz minnətdarlığını bildirdi.

Günəş dedi: "Ey gözəl gül! Düzdür, mən öz şüalarımla səni qızındırdım, lakin səni xilas edən mənim istiliyim olmadı, yanındakı o rəfiqənin sənə məhəbbəti oldu”.

Cəmi 200 sözdən ibarət hekayədə dərin mətləblər var:

1. Təbiət gözəlliklərinə heyranlıq
2. Canlı təbiətin mövcudluğu üçün  suyun, havanın, torpağın və Günəşin  vacibliyi, onların bu sarıdan oynadığı rol  
3. Təbiətin həyatımız üçün əhəmiyyəti
4. Təbiətə qarşı həssas və diqqətli olmaq, ona qayğı göstərmək
5.  Alleqorik  formada dostluğa sədaqətə, səmimiyyətə, canıyananlığa, eləcə də həyan olmaq və sair  bu kimi əxlaqi keyfiyyətlərə çağırış  və s.

Hekayə  pantomim tamaşa kimi  hazırlanmışdı. Tamaşanın ayrı-arı təbiət rəmzlərini əks etdirən eskizlərlə hazırlanması,   məzmuna  uyğun səhnə tərtibatı  və uşaq aktyor təfərrüatları,  eləcə də ildırım çaxması, yağış effekti kimi məqamlar  balacaların öz pantonim düşüncələrini olduqca təsirli  şəkildə təcəssüm  etdirmək  bacarıqlarını  uğurla tamamlamağa imkan verdi.

 Onsuz da pantomim   tamaşa Azərbaycan səhnəsi üçün  çox yenidir.

Bu sənətin izahını və mahiyyətini bilmədən  7-8 yaşlı uşaqların kövrək plastikası ilə Siz mini-"mim” hazırlamışdınız.

Əhsən,  İkincilər!

 Əhsən, Günay müəllimə. Sizin indiyə kimi   təşkil etdiyiniz tədbirlərdə   təbii elementlərə, simvollara  geniş yer ayırmağınız mənim nəzərimdən yayınmayıb. Bəli,  təbiəti  uşaqlara həyatla müvazi olaraq  sevdirmək lazımdır.Təbiət həyatdır, özü də bu balacalar qədər saf, təmiz .

 Uşaqlara təbiəti, gülün-çiçəyin dilini  ona görə  öyrətmək və sevdirmək lazımdır ki, bu gün  bəşəriyyətin başı üstünü almış  ən qorxulu fəlakətlər ekologiya ilə, insanların təbiətlə  amansız rəftarı ilə bağlıdır. Mən bir yazıda oxudum ki,  dünyanı osigen çatışmazlığı kimi  dəhşətli bir aqibət gözləyir.

Dünyada 1 sutkada 70 milyon barrel neft işlədilir. İşlədilən bu  neft  həm də atmosferə atılan tullantı deməkdir və   bu tullantılar  iqlim şəraitinin süni surətdə dəyişilməsinə səbəb olacaqdır. 

Xətai rayonunun 24 nömrəli  tam orta məktəbində yazıçı Reyhan Yusifqızı iıə görüş 

 Bəşəriyyət 2015-ci ildən sonra faciə erasından fəlakət erasına keçəcəkdir. Bundan sonra insanlar  planetdə gedən bir sıra proseslər üzərində nəzarəti tam itirmiş olacaqlar. Bütün bunlar və digər  anomaliyalar  təbiətə münasibəti  köklü olaraq dəyişdirməyi tələb edir.

 Təbiəti ancaq onun dilini bilənlər ram edəcəklər.

Uşaqları  təbiətə bu  yanaşmada yaxınlaşdırmaq lazımdır.

Uşaqların təbiətə çox ehtiyacı var, amma mən təbiətin uşaqlara olan  ehiyaclarından danışacağam.

Bəli, təbiəti də öz nöbəsində uşaqlara ehtiyacı var. Əgər uşaqlar  bu gün  həyatımızın yaşıl sipəri  olan təbiəti şüurlu şəkildə dərk etməsələr,  sevgilərini sözdə yox, təbiətə qayğılarında  sübut etməsələr,  bəs gələcəkdə  ekoloji  fəlakətləri kim dəf edəcək? Kim nəsli kəsilməkdə  olan  bitki və digər canlıların taleyi üçün narahatçılıq keçirəcək və s. ?

Reyhan xanımın  "Xoşbəxt arı” hekayəsində  arının dilindən soruşulur: "Uşaqlar balı xoşlayır, bəs  arıları niyə sevmirlər”

Bu sual yalnız  arının deyil, həm də ərzin sualıdır, həm də geniş formatda :

-    İnsanlar təbiətdən istədikləri kimi istifadə edir, yararlanırlar, bəs, niyə ona qarşı bu qədər laqeyddirlər?

Təbiətə dair bəzəi məqamlar:

1. Arı birf gündə  200 hektardan çox  sahəyə baş vurur.100 qram bal toplamaq üçün  1 milyon çiçəkdən şirə götürü.

2. 1 kq bal toplamaq üçün  300 000 kilometr məsafə qət edir. Bu yol ekvatoru 7 dəfə  fırlanmağa bəs edər.

3. Təbiətdən arı növünün yox olması, 100 000 bitki növünün yox olması deməkdir.

4. 4000 kvadratmetr ağaclıq sahəsi 1 ildə 18 adama  kifayət edəcək  təmiz hava istehsal edir.

 Ətrafımızda nə qədər lazımsız əşyalar, tullantı materiallar var ki, onlardan təkrar istehsal etməklə  başqa məhsul almaq olar. Məsələn, yandırılan, atılan  kağız, karton, kitab, dəftər və digər çap məhsullarının  sayı-hesabı yoxdur. Bu şür 1 ton çap məhsulunu  təkrar istehsala qaytarmaq  17  böyük ağacı kəsilməkdən xilas edər və sair, və ilaxır.

Uşaqların əksəriyyəti belə faktları, onun mahiyyətini bilmir və ya az bilirlər. Uşaqlar bilmirlər ki,biz təbiəti qoruduqca təbiət da bizi qoruyar.

Bəlkə də söz olaraq, fikir olaraq eşidirlər. Amma mahiyyətini dərk edərək bilmirlər.

Bu mənada  uşaqların  yeni əsrin  vətəndaşları kimi tərbiyə edilməsində ekologiya mövzusunda ədəbiyyat nümunələriə  çox ehtiyac var.

Bu mövzuda ekskursiyalar,  təbiət alimləri ilə görüşlər, inşa yazıları, müsabiqə və viktorinalar da səmərəli təbliğat vasitəsi ola bilər. Fikrimizcə, Reyhan Yusifqızının "İki gal”, "Xoşbəxt arı”, həmçinin " Yaşıl gözlü qız" kimi əsərləri də dəryərli mənbələrdir.

Elə tədbirin sonunda   balacalar tərəfindən alqışlarla qarşılanan  Reyhan Yusifqızı da yeni yaradıcılıq planlarından danışarkən ekologiya mövzusuna hər zaman geniş yer ayıracağını diqqətə çatdırdı.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz