» » "Qızıl ər"

"Qızıl ər"

"Qızıl ər"

Rəvayət

Atla bağlı folklorumuzda saysız-hesabsız nümunələr var. onlardan biri atın gövşəməsi ilə bağlıdır.Guya, at yeni il köhnə il üstündə təhvil olunanda atın gövşəməsini kim görsə, atdan nə arzulasa, arzusu həyata keçərmiş.
Guya, belə gecələrin birində yoxsul ər-arvad ilin son gecəsi yekə bir daşı qucaqlarına alıb tövləyə gəlir və atın gövşəməsini gözləyirlər. Gecədən xeyli keçmiş at gövşəməyə başlayır. Bunu görən arvad əlini tez arxaya apararaq arzu edir ki, bu, qızıl olsun.. Arvad çevrilib geri baxanda görür ki, əri, doğrudan da, dönüb qızıl olub. Sən demə o, əlini daş əvəzinə ərinə vurmuşdur. Amma arvad çoxbilən imiş. O, ərini gətirib gizləyir və bu sirri heç kimə açmır. Uşaqlarına da deyir ki, atanız uzaq səfərə gedib.
bir vaxt gəlir ki, ərsiz qalan arvadın güzəranı ağırlaşmağa başlayır. Təkbaşına uşaqları dolandırmaq onun üçün müşkülə çevrilir. Əlacsız qalan arvad ərinin çeçələ barmağını kəsib bir müddət çörəkpulu eləyir.
Gün keçir, ay dolanır, yenə növbəti ilin son gecəsi gəlib çatır. Arvad qızıla dönmüş ərini gizlətdiyi yerdən tövləyə gətirir və atın gövşəməsini gözləyir. At gövşəyəndə yavaşca əlini ərinə toxunduraraq deyir: "Bu, adam olsun." Bununla da "qızıl ər" yenidən adama dönür. Ancaq onun çəçələ barmağı olmur.

"Qızıl ər"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz