» » Müəllim-şagird münasibətləri necə olmalıdır?

Müəllim-şagird münasibətləri necə olmalıdır?


Müəllim-şagird münasibətləri necə olmalıdır?

 

Azərbaycan Respublikasının Təhsul Qanunu təhsilin əsas məqsədlərini müəyyən etmişdir:
Azərbaycan təhsili öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməlidir.
Eyni zamanda təhsil milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik , təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabətqabiliyyətli mütəхəssis-kadrlar hazırlamalıdır.
Bu vəzifələri layiqincə yerinə yetirmək üçün ilk addımlar bağçadan başlayır, məktəbdə davam etdirlir və ali təhsillə tamamlanır.
Bu məqsədlə məktəblərdə yaradılan yüksək mənəvi-psixoloji mühit və kommunikasiya sistemi təhsil sisteminin özünün sağlam olmasını təmin edəcəkdir.
Təhsil həyatında məktəb rəhbərliyi, müəllim, şagird , eləcə də digər işçilər arasında qarşılıqlı hörmət və etibar əsasında formalaşan münasibət - kommunikasiya prosesləri tələbələrin inkişafı və akademik nailiyyətlərinin qorunmasıdır.
Bəs bu əlaqələr necə qurulmalııdr?

Müəllim-şagird ev tapşırığı əlaqəsi

Ev tapşırıqları və məktəbdənkənar fəaliyyətlər həm müəllim, həm də valideynlər tərəfindən idarə edilməlidir. Bundan əlavə, müəllimlər evə verilmiş tapşırıqları diqqətlə nəzərdən keçirməli və sonra sinifdə ediəcək və evə veriləcək tapşırıqlara münasibət bildirməlidirlər. Müəllim şagirdin həvəslə hazırladığı ev tapşırığını nəzərə almadığı üçün ev tapşırığı və hətta öyrənmək üçün şagirddə olan marağı söndürə bilər.

Müəllim- şagird münasibəti necə olmalıdır?

Müəllimlər şagirdlərdə tədqiqat, oxumaq maraqlarını coşdurmaq və hətta onları əyləndirmək üçündə ev tapşırığı verməlidir. Unudulmamalıdır ki, müəllimin şagirdi üçün bəxş edəcəyi ən böyük xəzinə onda oxumaq və araşdırmaq ehtirası yaratmaqdır. Tədris prosesində öyrənilən məlumatların bir çoxu yadda qalmaya bilər. Ancaq şagirdlər araşdırma, tədqiqat, oxumaq və yeni şeylər öyrənmək mövzusunda maraqlanırsa, bu həyat tərzi əsl həyat tərzinə çevrilir və müvəffəqiyyət yolunda uğurlu həyat üçün davam edir.

 

Müəllim-şagird münasibətləri necə olmalıdır?


Uşaq ev tapşırığını edərkən ...

Ev çalışması tapşırarkən istiqamətləndirici heç bir izah verilməsi uşaqda çətinliklə qarşılaşa bilməyəcəyi duyğusu oyandırır. Bu baxımdan həm müəllimlər, həm də valideynlər mühüm vəzifələrə malikdirlər.
Müəllimlərin vəzifələri: ev çalışması verərkən istiqamətləndirici izah vermək, lüğətdən necə istifadə etməyi öyrətməkdir.
Müəllimlər yalnız ev tapşırıqları verərkən izah vermirlərsə, sadəcə, çalışma etməli olduğqlarını tapşırırlarsa, şagirdlər çalışmaları lazımsız və çətin bir tapşırıq kimi qəbul edəcək və heç ev tapşırığı verilməməsini istəyəcəklər. Belə olanda çarəsiz şagird valideynlərindən kömək almağı bir vərdiş halına gətirəcək.
Ona gərə də, əvvəldə qeyd etdiyimiz kimi, müəllimlər şagirdləri öyrənməyə, oxumağa sövq edəcək, onlarda araşdırma həvəsi oyadacaq, hətta bəlkə də əyləndirə bilcək tapşırıqlar verməlidir.
Müəllim qrup işini və məlumat mübadiləsini təmin etməlidir
Şagirdin zaman- zaman yoldaşları ilə birlikdə qrup halında birgə işləməyə və tapşırıq etməyə təşviq edilməsi uğurun inkişafını yüksəldə bilər. Şagirdlərin bir-biri ilə olan qarşılıqlı təsirləri, öz aralarında yarışlar və bir-birilərini motivasiya etməsi, müəllim təsirindən daha əhəmiyyətli rol oynaya bilirr.
Bundan başqa, dostlarla birgə çalışmaq həm dərsi daha zövqlü bir hala gətirir, həm də məlumat mübadiləsi mühiti yaradır. Uşaqların bir-birindən fərqli öyrənmə üsullarını bir arada bölüşərək bir-birlərinə çatdıra bilməsi təmin olunur. Şagirdin digər uğurlu şagirdlərin arasında olması onların hər birinin akademik uğurunu inkişaf etdirir.
Müəllim-şagird əlaqələrində empatiiya
Empatiya - Empátiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır.

Müəllim-şagird münasibətləri necə olmalıdır?
"Empatiya" sözü yunan dilindəki ἐμπάθεια (empateya), "fiziki bağlılıq, meyl" sözündəndir. Bu da ἐν (en), "içində" + πάθος (patos), "hissiyat" sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırmışdır (Kursiv: Vikipediya)

Müəllim qorxu deyil, hörmətə və məhəbbətə əsaslanan sinif mühitində ulu  bir hörmət sahibi olmalıdır. Müəllim hər bir şagirdə  çəkinmədən suallar vermək rahatlığı  yaratmalıdır. Qeyd etmək lazımdır ki, bu məqam şagirdi bilmə, sual vermək və öyrənməyə çalışmamaq  passivliyinin  bir günahıdır.

 Müəllim zəruri hallarda hər bir tələbənin səviyyəsinə enmək və həmişə xoş bir duyğu ilə empatetik münasibət göstərməlidir.


IQ və EQ kəşfiyyatı

 

Təəssüf ki təhsil sistemimizdə müvəffəqiyyət səviyyəsi riyazi kəşfiyyata, yəni, IQ –yə görə formalaşır. Ancaq gerçək həyatın müvəffəqiyyəti sosial zəkaya, ya da EQ -ya (emosional zəkaya) bağlıdır. IQ sonradan   inkişaf etdirilib yüksəldilə bilər,  çünki irsi xüsusiyyətlər daşıyır, amma emosional zəka, qətiyyən sonradan inkişaf etdirilib yüksəldilə bilməz. Bu, müəllimin bacarığına bağlıdır.

 Buna görə də müəllimlərin əsas hədəfləri paylaşmaya, sevgi və hörmətə əhəmiyyət verən, dürüst, prinsipli sosial zəkası inkişaf etmiş şagirdlər yetişdirmək olmalıdır.

Bu məqamda qeyd etmək istədiyim önəmli bir məsələ var. Bəzi uşaqlarda sol beyin, bəzilərində isə sağ beyin xüsusiyyətləri inkişaf etmişdir. Sol beyin IQ, sağ beyin isə EQ xüsusiyyətlərini müəyyən edir. Bu səbəblə sağ beyin xüsusiyyətləri göstərən bir uşaq, riyaziyyat dərslərində müvəffəqiyyətli olmağa. Sol beyin xüsusiyyətləri göstərən bir uşaq da ədəbiyyat və tarix kimi sosial dərslərdə uğurlu olmağa.

 Bir tələbə riyaziyyat və fənn dərslərində yaxşı qiymət alırsa yaxşı tələbə, alınmırsa pis tələbə kimi təsnifatlar aparmaq son dərəcə təhlükəlidir. Sağ beyin xüsusiyyətləri göstərən bir tələbəyə, "riyaziyyatda çox müvəffəqiyyətli olacaqsan! Deyə şartla-ma etmək, onun özünə inamını sarsıda. Bu səbəbdən, müəllimlərin bu struktur xüsusiyyətlərin fərqində olaraq tələbələri və valideynləri idarə etmələri lazımdır.

 Əgər tələbə sol beyin əlamətləri göstərirsə riyaziyyat və fənn elmlərinə, sağ beyin xüsusiyyətləri göstərir isə sosial və sənət sahələrinə yönəldilməlidir. Şurası unudulmamalıdır ki; Müdriklik məlumatların çoxluğu ilə əldə edilməz. Əsl hadisə müəllim və tələbə arasında bir usta-şagird və sevgi-sayğı əlaqəsidir.

Müəllim problemli şagirdlərə necə davranmalıdır?


Müəllim-şagird münasibətləri necə olmalıdır?

Bəzi uşaqlar mövcud öyrənmə və qavrama çatışmamazlıqlarını sinifdə dəcəllik edərək, daimi döyüş və narahatlıq vəziyyəti yaradaraq  yatırmağa çalışırlar

 Normalda bu uşaqlar zahirən  tündxasiyyət, davakar, tənbəl, dərslərə maraqsız və intizamsız bir adlandırma ilə ifadə edilirlər. Halbuki,. bu uşaqların arxa planında bir disleksiya problem, ya da hiperfunksiya-diqqət çatışmazlığı kimi xəstəlik  tarixçəsi ola bilər.

 Hər şeydən əvvəl problem yaşayan və yaşadan şagirdlərlə sinif içərisində deyil, fərdi olaraq iş aparılmalıdır. Onları  yoldaşlarının içərisində danlamaq, həm özünə inamlarını sarsıdır.

 Müəllimlər müalicə ilə tam düzələn bilən  hallara qarşı diqqətli olub, onları ixtisaslı  yardım üçün yönəltməlidir. Əks təqdirdə, cəmiyyət üçün çox faydalı olan bu fərdlərin, gələcəkdə cəmiyyətə zərərli psixopat insanlara çevrilməsinə səbəb ola bilər.

 

 Müəllim-tələbə qarşılıqlı təsiri

 

 Əslində, pis müəllim, pis şagird  yoxdur. Müəllim və şagird  arasında yaxşı və ya pis münasibət var. Ancaq yaxşı və ya pis münasibət qurmaq şagirdin deyil, müəllimin məsuliyyətindədir. Müəllim şagirdi ilə arasında olan pis münasibətdən dolayı, heç bir bəhanə irəli sürməməlidir. Sadəcə, ailə ilə əməkdaşlıq edərək köməyini əsirgəməməlidir.

 Müəllim  nifrət edilən bir şəxs deyil, sevilən, sinifdə daim axtarılan və gözlənilən bir simaolmalıdır. Bir məktəbdə  məktəb direktoru tərəfindən nümayiş etdirilən liderlik nə qədər vacibdirsə, sinifdə müəllim tərəfindən nümayiş etdirilən liderlik də , bir o qədər əhəmiyyətlidir.

 Müəllim    şagirdlərinə bilik, bacarıq  aşılamaqdan  başqa,  həm də onlara sevgi, hörmət, sədaqət, dostluq, intizam, qayda-qanun kimi anlayışları da qazandırmalıdır. Hər şeydən əvvəl müəllimlərin dərslərini maraqlı hala gətirmələri,  şagirdlərində  bir öyrənmə istəyi oyatmaqla onlara öz inkişafları uğrunda tədqiqatçı bir kimlik vermələri lazımdır.

 

 Müəllim-şagird münasibətləri necə olmalıdır? 

Nerolog Dr. Məhmət Yavuz 

Qeyd : Türkcədən tərcümə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz