» » Tibb Universitetində prezident təqaüdünə layiq görülən tələbələrlə görüş keçirilib

Tibb Universitetində prezident təqaüdünə layiq görülən tələbələrlə görüş keçirilib

Müəllif: Dəyanət от 12-10-2017, 15:50
Tibb Universitetində prezident təqaüdünə layiq görülən tələbələrlə görüş keçirilib

Prezident İlham Əliyev 2017/2018-ci tədris ilində ölkəmizin ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında imzaladığı Sərəncama əsasən təqaüdə layiq görülənlər arasında Tibb Universitetinin 26 tələbəsi də var.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli prezident təqaüdçüləri ilə görüşüb.

Rektor tələbələri təbrik edib və onlara uğurlar arzulayıb: "Sizinlə tanış olmaq mənə çox xoşdur. Tibb Universitetinin tələbəsi olmaq böyük uğurdur. İnanıram ki, yüksək biliyinizi universitetdə daha da dərinləşdirəcəksiniz”.

Professor daha sonra deyib: "Siz tələbələri dinləməyə, fikir, təklif və şikayətinizi eşitməyə həmişə hazıram. Fakültə dekanlarının da qapısı həmişə üzünüzə açıqdır. Təhsillə əlaqədar hər hansı məsələ ilə bağlı istədiyiniz vaxt onlar sizə yardım etməyə hazırdırlar”.

Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev də təqaüdçüləri təbrik edib: "Siz yüksək bal toplamısınız, bu, çox yaxşı göstəricidir və sizinlə qürur duyuruq. Prezident təqaüdçüsü adını qazanmaq nə qədər çətindirsə, onu qorumaq onda da çətindir. Sizə ali tibbi təhsilin sonunadək layiq görüldüyünüz şərəfli adı qoruyub saxlamağı, yüksək təhsil göstəriciləri ilə universiteti bitirməyi arzulayıram".

Daha sonra II müalicə-profilaktika fakültəsinin 700 bal toplamış tələbəsi Eldar Əfəndiyev tələbələr adından çıxış edərək onlara bəslədikləri yüksək etimada görə universitet rəhbərliyinə təşəkkürünü bildirib: "Göstərdiyiniz dəstək və etimad bizim üzərimizə çöx böyük məsuliyyət yükü qoyur və çalışacağıq ki, etimadınza layiq olaq. Universitetdə təhsil bizim üçün yeni həyatın başlanğıcıdır”.

Tibb Universitetində prezident təqaüdünə layiq görülən tələbələrlə görüş keçirilib

Mənbə:https://azertag.az/xeber/Tibb_Universitetinde_prezident_teqaudune_layiq_gorulen_telebelerle_gorus_kechirilib-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz