» “Zibilyığan robot” hazırlanıb

“Zibilyığan robot” hazırlanıb

Müəllif: Dəyanət от 22-09-2016, 09:03

ABŞ-ın Baltimor şəhərinin limanında "zibilyığan robot” üzür. Yuxarı hissəsində yerləşdirilmiş günəş batareyalarının enerjisindən istifadə edən və dəniz axınlarının gücü sayəsində dəyirmana bənzəyən çarxlarını fırladan bu kiçik gəmi şəhərdən axan çayın okeana apardığı tullantıları süzür. Tullantılar gündə bir dəfə emal edilərək yandırılmağa və ya zibilliyə göndərilir.
AZƏRTAC "Nauka i jizn” saytına istinadla xəbər verir ki, ötən il bu robot vasitəsilə 118 min 670 plastik butulka və 2,6 milyon kötük toplanıb. Bəzi hesablamalara əsasən, hazırda okeanlarda təxminən 270 min ton müxtəlif plastik tullantı var.

“Zibilyığan robot” hazırlanıb

Mənbə:http://azertag.az/xeber/Zibilyigan_robot_hazirlanib-993959

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz