» » ...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları

...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları

Müəllif: Dəyanət от 7-12-2016, 00:30

 

...amma  70 faiz qadın da  bu tragikomediyanın aktrisaları

 

 Ölümdən–xəyanət pis,

Ölümdən–rəzalət pis!

Bəzən necə gözəlsən,

Ölüm, sən ey səadət!


Allah qəni-qəni rəhmət etsin Əli Kərimə. Bu şeir nümunəsi onundur. Fikir verirsinizmi, xəyanət bütün pisliklərdən öndə gəlir. Ölüm də ondan ona görə "gözəldir” ki, xəyanəti ancaq o, yox edə bilr.

Nədir xəyanət, tərifi yox ki onun, sadəcə, izahı, ehtiva etdiyi rüsvayçılıq eskizləri var.

Yaşlı-uşaq, təhsilli-təhsilsiz, qadın-kişi, bir sözlə, kimdən "xəyanət” nədir soruşsalar, heç nə deyə bilməsə də, pis söz olduğunu hökmən deyəcək.

İzahlı lüğətlərdəki izahına gəlincə, bir adama bəslənilən etimaddan sui-istifadə edərək dönüklük, xainlik, namərdlik, etibarsızlıq etməsi, əhdi pozması  xəyanətkarlıq hesab edilir. İnsan ləyaqətinə ləkə olan bu və sair bu kimi xüsusiyyətlər isə xəyanət əməli kimi mənalandırılır. Doğrusu,  mən  "xəyanət" sözünün bu qədər izahını  çox-çox sonralar öyrəndim. Amma həyatı başa düşdüyüm illərdə "xəyanət” sözünü iki mənada bilirdim: ailəyə və vətənə xəyanət.

Biz yazımızda ancaq ailə münasibətlərindəki xəynətdən bəhs edəcəyik: xəyanət nədir, bu eybəcər əxlaqı, həyat tərzini şərtləndirən səbəblər nədir? Xəyanət edən daha çox kim olur: kişi, yoxsa,  qadın?

Mövzu ətrafında çoxlu şəkil, yazı və statistik məlumatlara nəzər saldım.  Bu mövzuda  aparılan bir sorğuya əsasən,    məlum olmuşdur ki,  70 faiz kişi həyat yoldaşına xəyanət edir. Mahiyyətin fərqi yoxdur. Yəni, bu faiz aşağı da ola bilər, daha yuxarı da və yaxud xəyanət edir deyə kişi də qınağa tuş gələ bilər, qadın da. Maraqlı olan budur ki, 70 faiz kişi qadınına xəyanət edirsə və bu 70 faiz kişi, məsələn, 1000 nəfərdirsə, deməli, 1000 nəfər qadın da onun tərəf müqabilidir. İkisi də eyni "baş rolları" ifa edirlər. Odur ki, günahkar kimdir deyə yox, daha çox xəyanət nə səbəbə baş verir sualına cavab tapmağa səy göstərək. Başqa sözlə, bəlanın özünü hədəfə almağa çalışaq.

 

 

...amma  70 faiz qadın da  bu tragikomediyanın aktrisaları

 

Ailə kişi ilə qadının evlənmək vasitəsi ilə yaratdığı könüllü ittifaqdır.  Şərq xalqlarında ailə məfhumu  həm də  eyni evdə yaşayan,  yeni qohumluq əlaqələri ilə  coxalan  insanların cəmi kimi də  başa düşülür. Başqa sözlə,  mövqe və vəziyyətlərinə görə sayılıb-seçilən  ailələr  yalnız bu evdəki  ər-arvada görə deyl, onların birlikdə  qurduğu ittifaqın, yəni ailənin  bütün  üzvlərinə görə  tanınıb, dəyərləndirilib. Bu  anlamda  ailə  ittifaqının  mahiyyət və məzmunu  cəmiyət    üçün də çox vacibdir. Ailə nə qədər sağlamdırsa, davamlıdırsa, yaxşı mənada bu,   cəmiyyətin də  sağlamlığı deməkdir. Ailənin sağlamlığı isə saf məhəbbətdən, saf niyyətdən başlayır. Ailə  həzz dünyası yaşamaq üçün yox, zövq dünyası yaşamaq  üçün qurulmalııdr. Yəni, ailə  kişi üçün  fizioloji ehtiyaclarını ödəmək   təlabatındn deyil,  nəsil xəttini, böyük anlamda insanlığı və həyatı  qoruyub davam etdirmək  cavabdehliyindən, borcundan qurulmalıdır.  Bu da özlüyündə sevməyi, ailə qurmağı, izdivaca girməyi zəruri edir. Artıq bu əlaqələr necə qurulacaq,  nələrə əsaslanacaq, bu, artıq    izdivaca girəcək şəxslərin öz intellektual səviyyələrindən asılı olacaq.   Kimin səviyyəsi necədir, onun məhəbbəti də, məhəbbət  münasibətləri də elə olacaq. Yazımızın  mövzusu bu deyil, əlbəttə ki. Amma  bunlar   xeyli dərəcədə sevginin, ailə münasibətlərinin keyfiyyətini  təmin edir. Bir ailənin  xoşbəxt olması, davamlı olması  münasibətlərin saflığından, keyfiyyətindən asılı deyilmi? Ailə bu keyfiyyətlərlə  formalaşıb davam edərsə,  xəyanət ora necə yol tapa bilər?

Bu mövzuda həm türk , həm də öz saytlarımızda oxuduğum yazılarda   insanların  xəyanət haqqında  müxəlif fikirləri ilə tanış oldum.

 

 

...amma  70 faiz qadın da  bu tragikomediyanın aktrisaları 

 

Xəyanət kimi eybəcər təzahürün etiologiyasından  bəhs edən  bu    yazılarda  yanaşmalar müxtəlif olduğu kimi, qənaətlər də müxtəlifdir.  Bəziləri deyir ki, kişilər  mənsub olduqları nəsli davam  etdirmək  üçün özlərində  döllənmək ehtiyacı hiss edirlər və guya onlar təkyoldaşlı qalmaqda çətinlik çəkirlər.

Fdigər bir fikirdə göstərilir ki, qadının genetik kodlarında övlada sahib olmaq, onu böyütmək, övladı, özünü və ailəsini qorunmaq üçün bir kişi ilə ittifaq qurmaq  borcu, vəfası yaşayır. Qadınlar haqqında gəlinən bu qənaət  qəbulediləndir, doğrudur və  hər birimizin arzusuna tam vacab verir.  Fəqət, kişilərin kişilərin döllənmək ehtiyacı ilə balı deyilənləri, ən azından  etik olaraq qəbul etmirəm.  Onda belə çıxmırmı ki, guya kişi bunu istəyir, qadın isə yox? Mən tibb mütəxəssisi deyiləm, amma hesab edirəm ki,  övlad arzusu  ailə ittifaqının  hər iki tərəfi tərəfindən eyni ehtiyac, eyni istək olmalıdır.

Əgər bu ehtiyac, istək, arzu üst-üstə düşmürsə,  bir-birlərini tamamlamırsa,  bu da  nəticə olaraq  sonda  xəyanətə istiqamətləndirəcəkdir.

İzlədiyim statistik məlumatlarda    qadınlar tərəfindən  baş verən   xəyanətlərin intensivliyindəki fəallıq  narahatlıq doğurmamaya bilməz.

Bəzi fikirlərdə  qadınları xəyanətə yersiz qısqanclığın, içkinin, şiddətin, alçaldıcı hərəkət və sözlərin təşviq etdiyi əsas gətirilir. Bəziləri diqqətsizliyi, laqeydliyi səbəb hesab edir. Bəziləri iddia edirlər ki, əgər qadın yataqda ərindən həzz ala bilmirsə, əri onun bu hissini  təmin edə bilmirsə, onda qadının bu həzzi kənarda, başqa kişidə  axtarması qaçılmazdır. Onlar bunu  bir qədər də həmin  qadınların   daha romantik olması ilə əlaqələndirirlər. Və sair, və ilaxır.  Amma  səbəb nə olursa-olsun, nədən qaynaqlanırsa-qaynaqlınsın,  fikrimizcə,  daha ciddi səbəb dünyanın özündə gedən  qüsurlu nizamdır, insanların özündə olan  eybəcərliklərdir.   Adına kişi deyilən biri başqasının  3  uşağlı  qadınını necə götürüb gedə bilər? Bir dost dostunun halalına necə  göz dikə bilər? Bir  qadın  üzürlü- üzürsüz   bəhanələrlə  boşanılmağa zəmin hazırlayısa, boşanırsa və  məhkəmə qərarı çıxan kimi  yeni ailə  sərgüzəştləri başlayırsa, bəs bu xəyanət deyilmi? Bəziləri elə bilir ki, elə düşünür ki,   o, bu addımla  yalnız  ərinə xəyanət edib, amma o valideynlərinə, ailələrinə, ən  ciddisi isə  körpə uşaqlarına  xəyanət edib.

Mən hansısa bir kişinin  belə qadını xoşbəxt edəcəyinə inanmıram. Ola bilməz.  Ola bilməz ki, bir kişi  ərli qadınını yoldan çıxardıb, ailəsini dağıtdıra, sonra da  gətirə öz evinə və   onu xoşbəxt edə və yaxud ən yaxşı halda, ayrıca yerdə mənzil tutub orda saxlaya. İnanırsınızmı bu qadın  burada sədaqətli olacaq?  inanırsınız bu kişi həmin qadını  ilhi bir eşqlə, bu qədər əziyyətlə qohum-qardaşdan, əsl arvad-uşağından gizli olaraq  saxlayıb xoşbəxt edəcək? O qadın sədaqətli olmağı  bacarırdısa, el qaydası ilə, ata-ananın xeyir duası ilə ərə getdiyi ilk  ailədə edəydi də bunu. Eləcə də kişi. Kişi lap "irəli” gedəcək. Beyni qızan kimi deyəcək ki, kiminsə "artığını” gətirib   adam elədim, sən hələ buna bax...   Bəlkə də mülayim də kişi ola bilər. Bu tip  kişilər o kişilər ola bilər ki,  onlar ikinci qadını öz evinə  sevgi ehtiyacından yox, fizioloji ehtiyacından gətirib.

 

...amma  70 faiz qadın da  bu tragikomediyanın aktrisaları

 

El arasında deyərlər ki, guya ikinci arvadın  belinə peyğəmbər əl çəkib, ona görə də  birinci arvaddan  istəməli  olur, yeri daha isti olur. Yazıq birinci arvad...Kişi onunla  davranışlarında  həyat öyrəndi. Öyrəndi ki, qadını mələk kimi görmək istəyirsənsə,  onun ətrafında  cənnət yaratmalısan. Əfsus ki, insafsız ər   bu ailə özəlliyini  birinci qadını ilə münasibtlərində  öyrənib, cənnəti  onun yox,  ikinci, üçüncü ərliliyə gələn qadının ətrafında yaratdı.

Hesab edirəm, ki etdikləri  günahlara görə Allah  həm belə kişiləri, həm də Allah bilir, ikinci, üçüncü ərliliyə təslim olan   belə qadınları , əslində, cəzalandırıb. Ata-ananın  zəhməti və xeyir-duası ilə,  el adəti ilə gəlin köçüb, ərlə əl-ələ, baş-başa verib  ev-eşik olasan, dünyaya uşaq gətirəsən, evinə  gəlin gətirəsən,  qız böyüdüb gəlin köçürəsən,  bu şirin olar, qürurlu olar, yoxsa  ikinci arvadın gələndə özü ilə gətirdiyi uşaq üçün  toy edəsən,  bundan duyğulanasan və yaxud ikinci qadının gətirdiyi oğlunun toyunda bir "Süleymani” oynayasan?

Çox istərdim yanlış anlaşılmayım. Uşaqlar günahsızdır burada. Amma  qoy bu  anomaliyanın cavabdehliyini məsuliyyətsiz valideynlər çəksin.   Söhbət  hansısa bir  gözlənilməz  qəzada ərini və ya  qadınını  itirib taleyin ikinci evliliyə apardığı ərdən/qadından getmir. Söhbət ərinə /qadınına xəyanət edib,   təkrar-təkrar ailə qurmağa  həris olan  ərdən, qadından gedir. 


...amma  70 faiz qadın da  bu tragikomediyanın aktrisaları 

Davamı var  

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz