» » Uşaq və su

Uşaq və su

Uşaq və su

Su qidaları və oksigeni ayrı-ayrı orqanlara daşımaq, bədənin temperaturunu nizamlamaq, toksik maddələrin atılmasını təmin etmək kimi bir çox əhəmiyyətli vəzifələri həyata keçirməyə kömək edir.
Su hər uşağın mütləq ehtiyacıdır, ancaq hər uşağın nə qədər su içməsi cinsə, çəkiyə, boya və fəaliyyətə görə deyişir.Amma yenə adi qaydada hər uşağın alması lazım olan minimum su miqdarları vardır. Həkimlər də məhz uşaqlara su təyin edərkən onun yaşını, çəkisini və cinsini nəzərə almaqla xüsusi hesablama üsulları ilə təyin edirlər.
Elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, ən quraq iqlim şəraitində inkişafı yaxşı olan və yalnız ana südü alan körpələrə ilk 6 ay əlavə bir su verməyə ehtiyac yoxdur, ana südü körpənin bütün su ehtiyacını təmin edir.
Uşaq 6 aydan sonra əlavə qidaya başlayırsa, su ehtiyacları da artır və yedikdən sonra su verilməsi lazım gəlir.Çünkü pay əvvəli verilən su mədəni doldurur və alınması lazım olan pay miqdarı alına bilmədiyindən qeyri-kafi kalori qəbuluna səbəb olur.
6 ay ilə 1 yaş arası körpələrə döş südü və döş südündən xaric hər əlavə pay sonrası 30-100 ml arasında gündə ümumi 150-500 ml arası su verilməlidir

1-3 yaş arasında gündə ortalama 750-1500 ml
4-8 yaş gündə ortalama 1500-2000 ml
9-13 yaş gündə ortalama 2000-2500 ml
14-18 yaş arasında ortalama 2500-3000 ml su qəbul edilməsi lazımdır.
Bədənə daxil olan suyun3-10 %-i nəcis yolu ilə, 40-50 % -i buxarlanma ilə (dəridən), 40-50 %-i sidik yolu ilə atılır.

2 yaşına qədər uşaq üçün gündə ən azı 6 vəzin dolu alınması, 2 yaşından sonra sidiyin rənginin açıq sarı və qoxusuz olması və gündə ən azı 6 dəfə sidiyə çıxılmasını yetərli su almış kimi qəbul edirik.
İshal, qusma kimi infeksiya vəziyyətlərində,eləcə də qızdırmalı infeksiyalarda, su qəbulu zamanı bədəndən su itkisi artar.
Uşaqlarda bədən ağırlığının 5 %-i qədər su itkisi hər hansı bir əlamətdən xəbər verməz; 10% su itkisi narahatlıq, dodaq və gözlərdə quruluq, atəş, sidik miqdarında azalma və tündləşmə ilə müşayiət olunur; 15 % və daha artıq su itkilərindən halsızlıq, baş gicəllənməsi, ürək bulanma, qusma və gözyaşında azalma sidiyə çıxmama meydana gelir.Daha ağır itkilər böyrək çatışmazlığı, şok və komaya qədər gedə bilər
Uşaqlara təmizliyinə və gigiyenasına əminliklə etibar etdiyiniz suyu verin.
Ancaq ilk 1 yaşda körpələr mikroblara qarşı daha müdafiəsiz olduqları üçün istər bulaq suyu, istər qaynaq suyu olsun, 100 dərəcədə 10 dəqiqə müddətində qaynadılmış ilıq su verilməsi
tövsiyə olunur.
Su yaşamaq üçün tələb olunur və mütləq ifadə olunan minimum miqdarda qəbul edilməsi məcburidir.

Uşaq və su

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim edilir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz