» » Arvad kişidən gec yatıb, tez oyanmalıdır, yoxsa

Arvad kişidən gec yatıb, tez oyanmalıdır, yoxsa

Arvad kişidən gec yatıb,  tez oyanmalıdır, yoxsa

Fransız yazıçısı Balzakın dediyinə görə, yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır. Amma Azərbaycan kişisi bunun əksini deyir: "Arvad kişidən gec yatıb, tez oyanmalıdır". Qərb və Şərq dünyası arasındakı fərqlilik onların mədəniyyətlərində, məişət normalarında, ailə-əxlaq münasibətlərində özünü büruzə verir, fikir verdinizmi? Bəs hansı fikir daha doğrudurr?
Bizim ailə münasibətləri dünyanın istənilən ölkəsində olan ailə münaibətlərindən üstün olub, indi də üstündür. Bununla yanaşı, Qərb dünyasından mənəviyatımıza son illər bir az eybəcər meyillər də daxil olub, əxlaqi dəyərlərimizin məzmununa, ruhuna uyğun olmayan geyim tərzləri, davranış normaları özünə yer eləməkdədir. Bu, bir az keçid prosesi ilə bağlıdır, bir az da seriallardakı həyat tərzinin illüziyalarıdır. Əlbəttə ki, boş və sərsəm həyatdır, eyforiyadan başqa bir şey deyildir. Azərbaycan xalqının mənəvi xəzinəsinin, əxlaqi gözəlliyinin hər zaman dəyişilməyəm, müzakirəyə qoyulman 1-ci ölçüsü namus olub və hər zaman da belə olacaqdır. Xarici ölkələrin missionerləri, emissarları , əlbət ki, bu cür niyyətlərini ölkəmizə daha çox qeyri-dövlət strukturlarının müxtəlif mədəniyyət, idman formatlarında keçirilən tədbirlərlə gətirirlər. Əvəlcə, şirnikləndirirlər: mövcud konkret vəziyyətdən müəyyən fərqlilik yaradırlar, stimullaşdırırlar və sonra başlayırlar pozuculuq fəaliyyətlərini davam etdirməyə. Məsələn, bizim nəyimizə lazımdır gözəllik müsabiqəsi? Azərbaycan qadını , əslimiz-soyumuz bir yad baxışdan belə diksinib. "Mehman" filmində Balışın səhnəyə çıxmasına görə taleyini bilirik, amma Qərb onları müdafiə edir, əksər telekanallar onları təqdir edir. İndi belələri bədənini, əzalarını nəinki təkcə podiumda, eləcə də erkranda çəkinmədən, əksinə, şəstlə sayrışan işıqlarla musiqinin harmoniyasında onu seyr edənlərə nümayiş etdirirlər.
Arvad kişidən gec yatıb,  tez oyanmalıdır, yoxsa

"Axırıncı aşırım” filmi hamımızın sevdiyi filmdir, sitatları dillər əzbəridir, Filmdə belə bir yer var, Kərbəlayı Abbasqulu ağaya deyir: "Torpağımın yarısını aldılar, dinmədim. Şura soveti gəldi, konvet getdi, dinmədim, evimi tar-mar elədilər, danışmadım, taxılımı apardılar, dinmədim. Əşşi, hansını deyim, indi də bu kolxoz oyununu atıblar ortaya… Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da, sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da…”
İndi Kərbəlayının sözü olmasın: Azərbaycana gələnlərin heç də hamısı xoş məramla gəlmirlər, mərmlarından asılı olaraq müxtəlif əlaqə, fəaliyyət sahələri seçirlər. Məsələn, götürək elə gözəllik müsabiqələrini.
Bildiyimə görə, Azərbaycanda belə müsabiqələri keçirənlərdən biri də Türkiyədən gəlmişdi. Niyə razı olurlar belə tədbirlərə. Bir tərəfdən mənəvi dəyərlərdən danışırıq, digər tərəfdən də gözəllik müsabiqələri, istismar vasitəsi olaraq xarici ölkələrə aparılan əcnəbi nikahlar və s. Pulu var, gəlirb guya layihə aparır, sonra da bir qızımızı aparıb 2 ildən sonra yanında da iki körpə buraxırlar. Eşidib, daha birisi gəlir. Mənim fikrimcə, bu xalqa gözəllik müsabiqəsi yox, ana olmağa hazırlaşan gənc qızlar üçün ailəliyə hazırlıq profilli müsabiqələr keçirmək lazımdır.

Arvad kişidən gec yatıb,  tez oyanmalıdır, yoxsa

Yuxarıda Balzakdan gətirdiyimiz sitata da bu mövqedən yanaşmaq lazımdır. Ola bilər ki, Balzakın, eləcə də digər xariçi bir məşhurun fikirləri ümumbəşəri mahiyyət daşısın. Fəqət, elə məşhurlar da var ki, onların kəlamları heç də bizim milli-mənəvi dəyərlərlə üst-üstə düşmür. Fransız, alman, yunan və s ölkələrdə bilmirəm necədir, fəqət, Balzakın dediyindən məlum olur ki, Fransada ərlər axşam sonuncu yatır, səhər birinci oyanır. Onda belə çıxır ki, fransız qadını da ya ərlə eyni vaxtda yatır, ya da ərdən sonra. Səhər isə ərdən sonra oyanır.
Azərbaycanda isə kişi ilk yatar, sonuncu oyanar. Qadın sonda yatar və tez oyanar. Məncə bu, daha doğrudur. Ulular mövcud olanlardan ən samballısını seçib ölçü götürüblər.
Arvad kişidən gec yatıb,  tez oyanmalıdır, yoxsa

Kişinin /ərin necə deməsini qadınlar aqressivliklə qarşılayırlar. Nə olsa, onu məzlum, əzabkeş, zəhmətkeş proletariatın adıyla bağlayırlar. Halbuki, bu xalqın ailə məcəlləsi özü belə tələb edir.
"Dədə Qorqud” dastanında Qanturalının dediklərnə fikir verin:
"Baba, mən bir qız al ver ki, yerimdən durmadan ol durmuş ola. Mən qaraqoç atıma minmədən ol minmiş ola. Mən qanlı kafir elinə varmadan ol varmış, mənə baş gətirmiş ola”. Bunlar şahzadə idilər, olsun ki, qulluqçuları olub. Lap qulluqçuları olsa da, o da qadındır. Dastandan sitat gətirdiyimiz tərbiyəvi, əxlaqi arzular isə bir nəfərə deyil, bütün xalqa aid edilir. O vaxt da, bu gün də ailə gərək zəhməkeş olsun, çalışsın ki, dolanışıqlarını təmin edə bilsin.
Bir ailə azından 5-6, bəzə 8-10 uşaq olurdu. Buna külfət deyirdilər. Ana yatıb qalsa ki, mən zərif məxluqam, saat 10-da kefim istəyəndə duracağam, bəs bu tifillər necə yaşaya bilərdi? Odur ki, ana sübh obaşdan hamıdan əvvəl durub ocağı qalamalıdır, toyuq-cücəyə dən verməli idi. Mal-qaranı rahatlayıb sağmalı idi, samovar odlayıb, südü bişirməli idi. Hələ bir vaxt tapıb bağa baş çəkməli qoz-şabalıd ağaclarının diblərini yığmalı idi. Yoxsa proletar onu niyə alırdı ki? Alıb ki, ona kömək etsin, məslək dostu, yol yoldaşı olsun, həm də qadını..

Arvad kişidən gec yatıb,  tez oyanmalıdır, yoxsa

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz