» » İlk addım da sevgi, son sığınacaq da

İlk addım da sevgi, son sığınacaq da

Müəllif: Litota от 26-01-2017, 00:29
İlk addım da sevgi, son sığınacaq da

İnsanlığın, dünyanın zəmanətidir sevgi . İlk addımı da sevgi, son sığınacağı da.
Sevgi olmasaydı statik bir dünya olardı. Onda heç canlıya ehtiyac olmazdı ki. Mən saytların birində oxumuşam ki, Yaponiyada Tokio universitetin alimləri "Kensiro” adlı robot hazırlamışlar. Özü də elə hazırlamışlar ki, sümük və əzələ quruluşu maksimal dərəcədə insana bənzəyir və yaxud Tokioda robotlar məsləhətçi satıcıları əvəz edəcək.
Türkiyədə robotlar ürək üzərində cərrahi əməliyyat keçirir və sair, və ilaxır. Kimlərsə onu elmin nailiyyəti kimi qəbul etsələr də, mən etməyəcəm. Əgər söhbət nailiyyətdən gedirsə, belə nailiyyət , həqiqətən, insanlıq naminə nailiyyət olmalıdır, istehsalat naminə yox.
Alimlərin bu robotları elə robotlar üçündür. ən yaxın dostlar, sevgililər sevdiklərindən süni münasibət gördükdə deyirlər ki, mənə robot sevgi, dostluq lazım deyil. Baba Vəziroğlunin sözlərinə yazılmış mahnını xatırlayın:

Hər yerdə hər zaman sınayıram mən səni,
Gah səndən küsürəm, qınayıram mən səni.
Həmişə yaxşı günümdə gözüm səni axtarır,
Həm çətin günümdə arayıram mən səni.
Dərd şəkib mənimlə bir sevinib sən oldun,
Yenə də axırda, mənə qalan sən oldun...

İlk addım da sevgi, son sığınacaq da

Robotlar nə qədər mükəmməl olsa da, etdikləri ilə şok təəssürüt yaratsa da, insan sevgisinə malik deyil...
Dünən informsiya kanallarında belə bir məlumat yaymıdılr ki, Qusarda rabitə işçisi dirəkdən yıxılaraq ölüb, onun həyat yoldaşı bu xəbəri eçidincə komaya düşüb . Türkiyədə Gülay Günəş adı bir qadın böyrək çatışmazlığından əzab çəkən 32 yaşlı həyat yoldaşı Asla Günəşə böyrəklərindən birini verərək onun həytını xilas etmişdir... robot bu hissdən mərum. O, sevgi nədir bilməz. Onun sevgisi də elə zombiləşmiş bir sevgi...gərək proqramlaşdırıb beyninə yerlə.dirəsən, düyməni basasan, o da sənə musiqi ifa edə. İnsan oğlu istməz belə sevgi, bildiniz..
Gedin itiyinizi Yaponiyada, Almaniyada, Koreyada axtarın. Ana və uşaq. Azlılar yazmadan da, demədən də bu hissi paylaşa və anlaşıla bilirlər.
Bəlkə buna görədir ki, qadının cəmiyyətdə, ilədə tutduöu yer tarixin bütün mərhələlərində önəmli olmuşdur. Qadınlara seçmək və seçilmək hüququnu ən ilk tanıyan ölkələrə liderlik etmək də Türk qadınının bəxtinə düşmüşdür: hətta Avropa ölkələrindən də əvvəl .
"Kitabi-Dədə Qorqud” dastanlarında, "Koroğlu” dastanında kifaət qədər nümunələr var ki, azaddırlar, ürəkləri-könülləri tutanı sevirlər/gedirlər. Qadınlar vəfalı, sədaqətli dost/yoldaş, sirdaş/silahdaşdırlar. Qadın ərini tamamlayır, ər də əksər məsələlərdə beyninə gətirdiklərini qadınlarınla məsləhət edirlər, kişi bir qərar qəbul edəcəyində onun evin xanımı ilə də müzakirə etməyin vacibliyini xatırladır. Qadınlar üzərində mühafizəkar baxışlar da olmuşdur, əslində, ifrat mühafizəkrlığı biz də qəbul etmirik, onları lənətləyirik, amma ailənin, nmusun vəfanın, sədəaqətin naminə namərəm , fəqrqi yoxdur kişinin və ya qadının əks cinslə arasına qılınc qoyub yatmsını alqışlyıram. Nəinki naməhrəm olan kişiylə yaşayış yerindən yüzlərlə, minlərlə kilometr aralı məknlara çay içməyə getməyi. Bəlkə də son yüzilin, onillərin qadınlara bəxş etdiyi hüquqlarla yanaşı qoruq və qadağaların davam etməsi də, bəzən önə də çıxmasının ciddi səbəblərindən biri məhz adət-ənələrin qədimliyi, dərin kölərlə həyatımıza yer etməsidir.
Yəni nə qədər "cənnət qadınların ayaqları altında" deyilsə də, zülflərinə, yerişinə nə qədər şeirlər, mahnılar həsr edilsə də, tablolar yaradılsa da, abidələr ucaldılsa da, o biri tərəfdən onları "ağılı topuğunda olanlar” adlndırmaqdan da çəkinməyənlər də oldu, bu gün də var. Belələrinin fikrincə, qdının əli həmişə unlu-xəmirli olmalı, "qarnı burnuna dəyməli” , həmişə süfrə başında mürgü vurmalı və s.
Bəziləri bu fikirdədirlər ki, 30-40 il bundan öncə ailələrin əksəriyyətində uşaqların çox olması da elə qadına bu cür münasibətin nəticəsi kimi qəbul edilməlidir. Yoxsa, 10-11 uşaq nəyə lazım idi ki?

İlk addım da sevgi, son sığınacaq da

Bunu qəbul etməyəcəyəm.  Mən 11- 12 yaşıma kimi televizor, elektrik lampası görmədim. Günəş dağların arxasına keçəndən sonra bu millət nə etməli idi: televizor yox, internet yox, telefon yox, neft lampasının ətrafında oturub nə qədər baxmalı idilər bir-birlərinə. Odur ki, mehribançılıq daha çox olurdu. Əksər hallarda 1 və ya 2 otaq olurdu ki, bu da ərazi üstünlüyü yaradırdı. İndi otaqlar çox, audio-vizual vasitələr çox, ənənəvi telefon, mobil və s texniki üstünlüklər də imkan verir ki, ailənin hər bir üzvü fərdiyyətçiliyə qapılsın: qadın bir otaqda serial izləyir, ər digər otaqda guya televizora baxır, amma mürgü vurur. Hələ bu davranış və həyat normalrında 2 uşaq olması qəhrəmanlıq hesab edilə bilər)))
Bu, əlbəttə ki, yeganə səbəb deyildir. Burada tərəflərin özünün düşünə bildikləri, yanaşa bildikləri də ciddiyə alınmalıdr. Böyük ailə böyük qayğı da deməkdir. Fəqət, zəhmətə qatlaşıb böyüdüb boya-başa çatdırırsan və artıq başlayırdılar işləməyə, qazanırdılar, hərəsi bir işə yarayır və dolanışıq vəziyyətləri getdikcə də asanlaşırdı. Digər tərəfdən fikirləşirdilər ki, qoy çox olsun da, darda-çətində bir-birlərinə dayaq olarlar.
Keçən əsrin 80-ci illərindən cəmiyyətdə olduğu kimi, mənəviyyatlarda da təbəddülatlar başladı. Bu təbəddüülat baxışlarda, münasibətlərdə fərqli yanaşmalar formalaşdırdı. Məsələn, ailələrdə uşaqların sayı kəskin şəkildə azaldıldı, doğumu əvvəlcədən müəyyən edib, qız olacağı hallarda hamiləliyi dayandırdılar... Açıq-saçıqlıq, sərbəstlik, qədərsiz bərabərlik iddiası ailə özəlliklərinə müxtəlif fəsadlar gətirdi.
Gözəl sevgi nümunələri tamam qəhətə çıxmadı, nə yaxşı ki. Mayamız güvənlidir, nə yaxşı ki. İslam dini var, nə yaxş ki. Bu cərəyan edənlərin fonunda dinimizin , dədə-babalarımızın qoyduğu ailə-əxlaq ənnələrinə meyil edənlər daha çoxdur, nə yaxşı ki. Bununla belə, aşınmaları da gizlətmək lazım deyil, hamılıqla onları meydana gətirib məşhər ayağına çəkmək lazımdır.
"Qızını döyməyən dizini döyər", "Qızın varmı, dərdin var", "Qızım olunca, qoy fərsiz oğul olsun, özgə çəpərində banlasın" və s bu kimi qodarma baxışları kimsə son vaxtlar gətirib içimizə səpib getməyib ki. Əgər belə təsəvvürlər davam etməkdədirsə, deməli, onların simptomları da var və şaxələnərək gerizəkalı insanların qafalarında çox hissəsini də zəbt edib.
İlk addım da sevgi, son sığınacaq da

Əgər bir ailə necə böyük qayğılarla qız böyüdüb adı- izzəti üstündə sənə qız veribsə və bu evlilikdən, gözəl Çiçəklər açıbsa, onun ata-anası nə üçün dizinə döyməlimiymiş ki? Qız olmayan ailəmi var, onda biz hamımız elə dizimizə döyənlərdənik ki?
Niyə cəmiyyət belə meyilləri qınaqla qarşılamamalıdır? Axı "qızım olunca, qoy fərsiz oğul olsun, özgə çəpərində banlasın”, "Qızın varsa, dərdin də var" deyən, deviz seçən adam ümumilikdə bizim dəyərlərimizin əsasını sarsııdr. Bu gün arzu olunmayan hamiləlik hallarını reallaşdıranlar da belə fikirləşənlərin ailələridir deyə düşünürəm. Belə düşünənlər və edənlər, heç şübhəsiz, cəmiyyətin ümumi prinsiplərini pozur, yanlış səmtə istiqamətləndirmək istəyirlər.
Və nəticədə halal ailələri də tərəddüdə, vahiməyə, qorxuya yönlədib yanlış addımlar atmağa vadar edirlər, günaha batırırlar: doğulacaq övlaının qız olacağını biləndə belələri də o anda unudub, lap qorxub bu addımdan çəkinsə də, ömrü boyu səksəkəli olur. Qızı böyüyüənə kimi, ərə gedənə kimi, gedəndən sonra da bir müddət yaşayıb əminlik yaradana kimi, üzü, əlləri göyə- Allaha uzanılı qalır ki, Allah, bizim balamızı ocağına-ailəsinə mehriban elə, qaynayıb-qarışsınlar, mehriban olsunlar. Qızım əri ailəcanlı olsun, çörək qazanan olsun, qadınına mehriban olsun, nəinki, qıza "qızın gərək həmişə əli xəmirli olsun”, "qızın gərək həmişə qarnında döl olsun”kimi baxan kobud düşüncəli bir ailəyə gəlin olsun.
Qızın taleyi qalırdı arvad saxlaya bilən bir nəslin oğluna qismət olmasına . Ailənin, əsl-nəcabətin kökündə belə ənənələr vardısa, onlar gəlini yola verirdilər, hər şeyi böyüdüb zərrəbinlə və yaxud qara eynəklə baxmırdılar. Belə etimad və güzəşt mühitində bir də görürdülər ki, artıq onların əsl-nəcabətlərini davam etdirəcək ağayana bir qadın-ana olub. Kaş bütün ailələr belə müdrik yanaşa. Əlbəttə ki, elə hallar da var ki, nikah pozulmasına səbəb qızlar olur. Bu ayrı bir yazımızın mövzusu oalcağından bu məsələyə toxunmuruq. Bu da bizim qayğımızdır. Amma bütövlükdə zamanın, cəmiyyətin özünün bir qayğısı var:
Qadın ən böyük sevgilərə, ehtiramlara layiqdir.

İlk addım da sevgi, son sığınacaq da

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz