» » Kimin gözü dəydi sevgililərə?

Kimin gözü dəydi sevgililərə?

Müəllif: Samirə от 10-02-2017, 00:10
Kimin gözü dəydi sevgililərə?

 Hərdən adama qəribə, həm də maraqlı gəlir ki, nə üçün   mübahisəli məsələlərin mərkəzində, çək-çevirində həmişə qadın dayanıb?!  Niyə  reklamlarda əksərən qadın şəklindən istifadə edirlər, niyə küçədə  qıza söz atırlar, oğlana yox?! Niyə qızı qaçırırlar, amma indiyədək heç vaxt eşitmədik ki, kimsə bir oğlanı qaçırsın?  Döyürlər, söyürlər -  yenə hədəfdəki qadındır. Qadına çox şey olmaz, olanlar da müəyyən qadağalarla olmalıdır. Qadın işləməsin, belə geyinməsin, belə durub-oturmasın... 
Qadın üçün yad da bu münasibəti bəsləyib, bir yaxın – doğma da. 
Yadın münasibətini bildik: yadın münasibəti elə yad olmalıdır. Bəs yaxınlar, doğmalar niyə? Əlli, yüz, min kişi qəddar ola bilər, amma hamı belə ola bilməz ki. Əgər hamısı belədirsə, onda qadınların özünün də problemi var ki: bir düz əməlli-başlı ərə getməyiblər?)))  
Yox, ola bilməz ki, proletardı deyə, hamısı geridə qalmış olsun, hamısının psixi problemləri olsun. Eləcə də, ola bilməz ki, bütün qadınlar pis olmuş olsun. Məsələn, tutaq ki, bir məhəllədən və ya kənddən 15 kişi, 15 qadın seçib göstərirlər ki, bunların quracaqları ailə problemli olacaq. Niyə axı? Bir insan sakitdirsə, yaşamaq üçün lazım olan zəruri addımları (yatmaq, durmaq, yemək, təmiz paltar geyinmək, deyib-gülmək, vaxtlı-vaxtında işə gedib-gəlmək, bir xahiş etdiyində onu ehtiramla yerinə yetirmək və s) edə bilirsə, nədən onun üstünə "əfəl”, "yararsız”, "vecsiz” nə bilim daha hansı yarlıqlar qoyulsun?
Nədən bəzi kişilər, hansısa 10 qadını dəyərləndirə bilir, amma öz qadınını görəndə yuxu tutur?
Nədən ...?Yox qadınlarımız haqqında deməyəcəm belə nədəni?


Kimin gözü dəydi sevgililərə?

Mən, sadəcə, müşahidələrimi, qənaətimi sizin diqqətinizə çatdırıram. Ola bilər ki, ən ciddi, əsəbi bir kişi ailə qurandan sonra mülayim olsun. Ola bilər ki, bir qadın ərinin o qədər vəfalısı olsun ki, ər gəlməyincə boğazından bir qurtum su belə keçməsin. Uşaqlığımızda kənddə bütün ailələr belə idi. Atasız süfrə açılmayıb. Atasız açılmış süfrənin ruzisi doyumluq verməyib. Ata nə qədər süfrələrdə çox olur, ailənin mehribanlığı, ailə üzvlərinin qarşılıqlı məsuliyyəti möhkəm olur. Uşaqların anası da bütün yorğunluqlarını unudur.
Ata bunu bilməli, tam nəzərə almalıdır, səbəb axtarmaq artıq onun tərəfindən diqqətsizlik deməkdir. Heç bir ciddi səbəb yoxdursa, ata hökmən süfrənin başında olmalıdır Üzürlü səbəblər də ola bilir, belə məqamlarda ana da balalarını cəm edib, yedirib-içirib süfrəni yığışdıracaq, sözsüz. Amma elə bil ki, nəsə çatışmayacaq. Elə bil ki, bir gül bağçasının tən ortasındasan, amma fərqində deyilsən. Bunlar ruhla, daxili əlaqələrlə tamamlanmalıdır. Eləcə də ana uşaq üçün dəyərlidir. İkisi bir olmayanda natamam olur uşaq bəxtəvərliyi. Bir uşağa dünyanın naz-nemətini ver, anası yoxsa, nəyə lazım bu naz-nemət?! Bu naz-nemtdən o körpənin canına qarın doyumluğun dan başqa heç bir fayda olmayacaq. Siz elə bilirsiniz ki, ən ləziz yeməkləri yeyənlər polad kimi möhkəmdirlər? Siz elə bilisiniz ki, bazara, məktəbə, işə, hər hansı yerə şəxsi minik maşınla gedib-gəlmək sağlamdır. Təbii ki, bunlar da şərtdir. Amma gərək yediyin canına yatsın. Allahın qismət etdiyi bir tikə qisməti mehribanlıqla bir süfrə başında yeyəcəksənsə, impulslar qarşılıqlı olaraq bir biriniz arasında dövrə təşkil edəcək, canınıza yatacaq və bunun təsiri də olacaq. Amma əlik ətindən kabab qoyub mənfi aura ilə süfrə ətrafında oturacaqsansa, başında ilan-qurbağalar cövlan edəcəksə, fürsət axtaracaqsansa ki, arvadı peşman edəsən nə kabab oldu bu? Və yaxud qadın kişinin başını o qədər hücuma keçsin ki, yazıq proletariat sanki yeməyi qulağına yedi, evə gəlməyinə də peşman oldu. Elə 3 mnatını, 5 manatını verib işdə yesəydi bundan yaxşı idi.

Kimin gözü dəydi sevgililərə?

Anasının nəfəsi, baxışları üstündədirsə, canında, göz bəbəklərindədirsə, yavan çörək olsa belə, kökəyə çevriləcək. Mənəvi tərəfinə gəldikdə isə, kimsə buna görə kiməsə heç nə deməyəcəksə də, kimsə buna görə kimisə heç vaxt məzəmmət edilməyəcəksə də, dünyada, həyatda hər kəsə məxsus ailə adlandırdığımız bir balaca ocaq, yurd-yuva – var. Ata-ana da bu balaca məkanın Ayı –Günəşi: Hansının Günəş – hansının Ay olması yox, birinin Ay, birinin Günəş olub, bu yuvanı şəfəqləndirməkdir. Ata-ana sevgiylə yaşamırlarsa, ha şəfəq saçsalar da, nur saçsalar da, işıqlandıra, isidə bilmirlər ocaqlarını. Bəs Ay tutqundur, günəş tutulacaq və s . kimi anomaliyalar nədəndir? Deyəsən, onların arasından da su kecib....)))
Bəs bir çox ailələrdə yaşanan soyuqluğun səbəbi nədir? Dövlət Statistika Komitəsinin 2014-cü ildə baş vermiş nikah pozulmaları haqqında məlumatına əsasən, 2014-cü ildə Azərbaycanda 12088 rəsmi boşanma hadisəsi olub. Digər ciddi bir fakt da budur ki, 2798 boşanma hadisəsi 1 uşağı olan ailələrdə baş verib, 2013-cü ilə nisbətdə bu say, 877 nəfər çoxdur. Deməli, düşünmək lazımdır. Azərbaycan kimi bir ölkə üçün 2798 boşanma hadisəsi (1 uşaq olduqdan sonra) çox böyük rəqəmdir. Bəs bunun axırı hara gedəcək? 2798 uşaq doğma ata nəfəsindən məhrum olunur və taleləri başlı-başına buraxılır .
Ailədə söz-söhbət ola bilər, problemlər ola bilər, hamıda olur bu, onda ayrılmaqmı lazımdır? Əksinə, uşaq varsa, tərəflər barışa, qarşılıqlı güzəştə, etimada səy göstərməlidirlər.

Kimin gözü dəydi sevgililərə?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Çox maraqlı mövzudur. İndi ailə qədri bilənlərin sayı azalıb. Çünkiməksəriyyəti niyə ailə qurduqlarını dərindən dərk etmirlər.
  • Нравится
  • 1