» » Qadınların idarə etdiyi ölkədə zorakılıq olmur

Qadınların idarə etdiyi ölkədə zorakılıq olmur

Qadınların idarə etdiyi ölkədə   zorakılıq olmur

Ailə tarixi yaranandan ailə ittifaqında kimin hansı statusda olması söhbət mövzusu olub, başqa sözlə, qadın, yoxsa kişi hakimiyyəti dilemması cəmiyyəti hər zaman məşğul edib. İnsanlar nə qədər ki, mağaralarda yaşayırdılar, onda bu gün olduğu kimi ər-arvad münasibətləri mövcud deyildi: sadəcə, bioloji ana-atalıq yanaşma vardı. Daha sonra qadının ailə özəyinin formalaşmasında rolu daha qabarıq üzə çıxdı və beləliklə matriarxat dövrü (ana hakimiyyəti) yarandı. Daha sonra həyat tərzi dəyişdi: kişilər uyğun qadınları götürüb əlahiddə kahalara(ev) çəkildilər, ov edib gətirdi, bu cür yaşamağa başladıla. Belə münasibətdə doğulan uşaqlar isə valideynlərini seçə bildilər və əsl ailənin ilkin özəkləri yaranmağa başladı. Yəni ailə və qəbilə münasibətlərində kişinin üstün rolu ayrıca olaraq sezilməyə başladı və patriarxat dövrünün (ata hakimiyyəti) əsası qoyuldu. O vaxtdan keçən dövr ərzində nə qədər formasiyalar dəyişmiş, ictimai və mədəni həyatda irəliyə doğru addımlar atılmış, ailələrin cəmiyyətdəki statusu prioritetə çevrilmişdir. Demokratik ölkələrdə qadın və kişilər tam bərabərhüquqlu vətəndaşlardır. Amma ailə münasibətlərində qadın və kişinin rolu məsələsi müxtəlif yanaşmalarla müşayiət olunur. Belə yanaşmalar ayrı-ayrı ölkələrdə fərqli-fərqlidirlər. Məsələn, Çinin cənubundakı Mosuoda güc qadınların əlindədir. Argentinalı jurnalist Ricardo Coler həmin regionda iki ay yaşamış və bu həyatı maraqlı məlumatlarla ayrıca bir kitabda qələmə almışdır. Maraqlı olacağını yəqin edərək həmin yazının tərcüməsini sizə də təqdim edirik.
Mosuonun ən əsas xüsusiyyəti də, məhz ana hakimiyyəti quruluşunun bu ərazidə hökm sürməsidir. Bəli, bu ərazi dünyada ailə nüfuzunun qadınların əlində olduğu nadir yerlərdən biridir.

Ricardo Coler sonralar Almaniyann " Spiegel” jurnalına verdiyi müsahibədə qadınların hökmranlıq etdiyi ölkəni belə təsvir etmişdir: "Qadınlar başqa cür idarə edirlər. Onların rəhbərliyində qarşıdurma yoxdur. Qadınlar hakimiyyətdə olanda kişilər daha yaxşı yaşayır".

Kişi hər gecə başqa bir qadınla ola bilər 

Qadınların idarə etdiyi ölkədə   zorakılıq olmur 

Colere görə, Mosuoda kişilərin demək olar ki, heç bir cavabdehliyi yoxdur.
Kişilər daha az çalışır və bütün gün yoldaşları ilə otururlar. Hər gecə başqa bir qadınla birlikdə ola bilirlər. Qadınlar pulu da idarə etdiyi üçün, kişilərin iqtisadi məsələlərdə heç bir məsuliyyəti yoxdur. Bütün cəmiyyətlərdə kişilər daha çox çalışır, üstəlik ev işlərinə də kömək edirlər. Mosuoda kişilərin ev işləri ilə məşğul olmasına heç ehtiyac da yoxdur.
Dərdləri pulda deyil
Mosuodaki ana hakimiyyəti şəraitində qadın və kişi rolları, digər toplumunda olduğunun tam əksi deyil. Mosuolu qadınlar güc sahibləridir, ancaq məqsədləri daha çox pul qazanmaq və ya daha çox var-dövlət sahibi olmaq deyil. Qadınlar malik olduqları güc və imtiyazlardan fərqli şəkildə istifadə edirlər. Onlar əlindəki gücdən ailəsinin hər mənada xoşbəxtliyini və firavanlığını təmin etmək üçün istifadə edirlər.

QADIN İdarə edəndə zorakılıq olmur

Qadınların idarə etdiyi ölkədə   zorakılıq olmur

 

Coler Mosuoda özünü ən çox təəccübləndirən şey burada zorakılığın olmamasıdır. Coler yazır:
"Zorakılıq yoxdur dediyim zaman ağlınıza idealizə edirəm kimi gəlməsin. Hər bir cəmiyyətin özünə görə problemləri var. Amma qadınların ağlına məsələləri qəti həll etmək fikri gəlmir. Burada davalar çox baş vermir. Acıdillik və intiqam duyğuları ayıb sayılır və bunlar insanın sosial statusunu təhdid edir. Həqiqətən, həllolunmaz bir problem olduqda isə qadınlar "ipi” əllərinə alır və bunu əsasən qatı, amma yenə də yoldaşcasına bir tərzdə həll edir".

Bələdiyyə sədri isə ancaq kişilər olur

Coler kitabında Mosuoda qadınların kişilərlə müqayisədə "daha etibarlı və səmərəli çalışan insanlar" kimi təqdim edir. Kişilər daha çox fiziki güc tətbiq edilməsi lazım olan işlərdə önə çıxır. Bölgədə rəsmi dövlət hakimiyyətini təmsil edən bələdiyyə rəhbərinin kişi olması Colerin diqqətindən yayınmamışdır: "Ancaq küçəyə bələdiyyə sədri ilə çıxdığımız zaman, həqiqi mənada nüfuz olmadığını görürəm. Nə salamlar var, nə də baxmalar".

Və eşq həyatı

Qadınların idarə etdiyi ölkədə   zorakılıq olmur

 

"Mosuoda səni bir qadına təqdim etmək istəyirlər. Təqdim zamanı qadınlar, adətən, məzlum davranır.  Halbuki, normalda qadınlar çox güclü obrazlardır və demək olar ki, hamısı da ucadan danışırlar. Ancaq sizinlə bərabər olmaq istəyirlərsə, daha utancaq davranırlar. Ancaq bərabər olduqdan sonra o sakit davranışdan bir əsər qalmır. Qadınlar ertəsi gün normal həyatına davam edir, sanki heç tanış olmamısınız kimi. Mosuodaki cinsi həyat çox fəal və cütlər tez-tez dəyişir. Amma nkiminlə birlikdə olacağına əticədə qadın qərar verir. Hər bir yetkin qadın öz ayrı evində oturur. Ancaq kişilər ya kütləvi halda, ya da ailələri ilə yaşayır. Əgər cütlər arasında sevgi olsa, kişi qadının yanına köçə bilər. Qadınların kişilərlə bərabər yaşamaları üçün tək motivasiya məhəbbətdir. Uşaqlar və ya pul kimi şeylər üçün birlikdə yaşamağı davam etdirmirlər. Eşq bitincə, münasibət də bitir, evlilik isə mütləq birlikdə olmaq məcburiyyəti deyil. "
"Uşaq məsələsini çox böyüdürsən"
Coler Mosuoda ondan da uşaq sahibi olmaq istəyən bir qadınla tanış olmuşdur. O, Mosuolu qadına baxa bilməyəcəyim uşaqları dünyaya gətirmək istəmirəm" demişdir. Qadın da bildirmişdir ki, sən uşaq məsələsini çox böyüdürsən. Uşaqlar onsuz da anada qalır. Kişinin onu yetişdirməkdə artıq bir rolu olmur. " .
Coler daha sonra bildirir ki, 25 min adamın yaşadığı Mosuoda "ata” ifadəsi artıq bir məna ifadə etmir. Uşaqların atalarının kim olduğunu bilməməsi normal qarşılaşılan bir vəziyyətdir. Əsas olan uşaqlarla birlikdə qurulan ailədir. Çünki ailədən ayrılmaq demək olar ki, heç mümkün deyil.

Qız uşağına meyillilik 

Mosuoda qadınlar cəmiyyətdə bu qədər mühüm rol oynadığı üçün bir qadının qız uşağının olmaması ona pis hiss edir. Ailə büdcəsinin  qorunmasında  məsuliyyət qadınlarda olduğu üçün qız olmadığı evlərdə maddi sıxıntılar baş verir, yəni orada puldan istifadə qaydaları necə oldu nizamlanır. Ona görə də dünyaya övlad gətirndə qız doğulmasını daha çox arzu edirlər. Məlumdur ki, Çində şəhərlərdə bir, çöl sahələrdə iki uşaq doğulmasına icazə verilir.
Ancaq Mosuolular azlıq statusunda olduğu üçün onlara uşaq məhdudlaşdırması aid edilmir.

Qadınların idarə etdiyi ölkədə   zorakılıq olmur

Qeyd: Yazı tərcümə materialı əsasında hazırlanmışdır.
Mənbə: http://www.milliyet.com.tr/kadinlarin-yonettigi-ulkede-bir-erkek-olmak---magazin-1100217

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz