» » Uşaqları internetdəki təhlükələrdən necə qoruyuruq?

Uşaqları internetdəki təhlükələrdən necə qoruyuruq?

Uşaqları internetdəki təhlükələrdən necə qoruyuruq?

Elm inkişaf etdikcə praporsinal şəkildə texnoloji yeniliklər baş verir və bu yeniliklər həyatımıza daxil olur. Kompüter, "ağıllı” telefonlar bu sırada uşaqların həyatına dərindən nüfuz etmişdir. Bu texnoloji nailiyyətlərdən düşünülmüş , həm də ağıllı şəkildə istifadə intellektual zənginliyə xidmət etsə də, məqsədsiz və qədərindən artıq istifadə asılılığa çevrilir, son olaraq isə ciddi fəsadlar törədir.
Sirr deyil ki, sosial şəbəkə istifadəçilərinin sayı dinamik olaraq artmaqdadır. Sirr deyil ki, bu istifadəçilr arasında məktəb yaşlı uşaqlar və yeniyetmələr çoxluq təşkil edirlər. Bir statistik məlumata görə, bu kateqoriyya aid gənclərin yaşı 18-25 arasınddır. Deməli, internet basqısına ən çox məruz qalanlar məhz gənclərdir və bu meyil cəmiyyəti məşğul etməməyə bilməz. Mütəxəssislə maraqlı bir müşahidə apararaq bu qənaətə gəlmişlər ki, internet , "ağıllı” telefon və s. texnoloji vasitələrə həssas olan bugünkü uşaq və gənclər 10 il bundan əvvəlki həmyaşıdlarından 2-3 saat az yatırlar. Və yaxud Onlar həftədə, orta hesabla, onlayn oyunlara 8 saat sərf edirlər. Bu "məşğulluqda” fasebook və bu kimi digər kimi sosial şəbkələrə ayrılan vaxtı da nəzərə alsaq, internet texnologiyalarının zərərli təsirləri ilə bağlı ciddi narahatçılığa əsas var. Yeniyetmə və gənclər internetə insanların sosial yaxınlaşmasında bir vasitə kimi baxırlar. Amma aparılmış bir sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 43 faizi bu fikirdədir ki, sosial media insanları yaxınlaşdırmır, 42% əksinə hesab edir, 15%-isə hələ öz rəyini müəyyənləşdirə bilməyib. İnternet texnologiyaları isə öz işində, getdikcə zənginləşməkdə və zənginləşdikcə də ıhatə dairəsin daha da genişləndirməkdədir.
İnternet texnologiyalarının yaşı az olsa da, artıq yaratdığı problemlər alimləri, sosioloqları, pedaqoq və psixoloqları, ən əsası isə valideynləri məşğul etməyə başlamışdır. Əlbəttə ki, bütün bunlarla bağlı araşdırmalar aparılır və problemin nizama salınması ilə bağlı fikirlər söylənilir.
Bir çox ailələr uşaqlarının virtual dünya ilə əlaqələrindən: uşaqlarının internetdə kimlərlə danışmasından, nələr etməsindən haqlı olaraq narahatlıq keçirirlər, bəs onları bu nələrlərdən necə qorumalı, nə etməli?
Mütəxəssislər uşaqları virtual dünyadakı təhlükələrdən qorumaq üçün aşağıdakı məqamlara diqqət yetirməyi məsləhət görürlər:

Uşaqları internetdəki təhlükələrdən necə qoruyuruq?

1. Uşaqlarınıza internet gizliliyinin əhəmiyyəti haqqında məlumat verin. Uşaqlarınıza internetdə və sosial şəbəkələrdə heç vaxt onların telefon nömrəsi, ev ünvanı, ya da parollar kimi xüsusi və şəxsi məlumatlarının olmamasını aydınca başa salın.
2. Hər zaman diqqətli olun və uşağınızın internet əlaqələrini daim nəzarət altında saxlayın. Yalnız sizin nəzarətinizdə ola biləcəyi saatlarda internetə girməsinə icazə verin. Əgər sosial media saytlarını istifadə etməyə başladısa da, bu məkana uşağınızı sahibsiz buraxmayın. Hansı sosial media saytlarını istifadə etdiyini bilin. Valideyn kimi bu saytlarda uşağınızın dostu və davamçısı olaraq özünüzü əlavə edin. Bununla uşaqlarınızın kiminlə dost olduğunu, nələr bölüşdüyünü yaxından izləyə biləcəksiniz.
3. "Ağıllı” telefonların da bir kompüter olduğunu unutmayın. Uşaqlarınıza aldığınız və ya istifadə etməsi üçün verdiyiniz cib telefonlarında, sadəcə, oyun olmadığını göz önünə alın. Kompüterlər və ya mobil cihazlar üçün gördüyünüz tədbirləri "ağıllı” telefonlar üçün də etməyi unutmayın.

 

Uşaqları internetdəki təhlükələrdən necə qoruyuruq?

 

4. Aktual antivirus və təhlükəsizlik təminatı vacib şərtlərdəndir. Qlobal miqyasda hər gün milyonlarla virus("troya atı”, "soxulcan” və s.) proqramları virtual aləmdə gəzə-gəzə maliyyə mənbələrinizə çatmağa çalışır. Peşəkar rəqəmsal tədbir görmədən onlarla başarmaq artıq mümkün deyil.
5. Valideyn nəzarəti ilə yayımlanan proqramlardan istifadə edin. Bir çox təhlükəsizlik proqramı firmaları (xüsusiyyətlərinə görə pullu və ya pulsuz olaraq endirilə bilir) ailə qorumaq, "təmizləmək” və ya valideyn nəzarəti proqramları təqdim edir. Bu növ təminatlarla ailələr uşağın yaşına görə müəyyən olunan qoruma filtrlərindən istifadə edilməlidir. Ailələr müəyyən filtrlərlə bir çox müxtəlif kateqoriya veb- saytlarına giriş mane ola bilər (Parental Nəzarət - Http://www.youtube.com/watch?vegfwejtdzcw) .
6.6. İnternet prorqramının giriş tarixini arada yoxlayın. Keçmiş məlumatlar silinibsə, uşaqla danışmağın vaxtı gəlib deməkdir.
Əgər haralara girildiyini göstərəndə yerdəki məlumatlar silinsə, demək ki, usaqla danışmag lazımdır.
7. İnternetdə paylaşılan heç bir məlumat yox olmaz. Bir şəkli silərkən, hətta bütün hesabınızı bağladıqda bütün məlumatınızı avtomatik olaraq silirsiniz zənn etməyin. Şəkillər və ya şəxsi məlumatlar çoxdan başqa birinin kompüterinə qeyd edilmiş ola bilər. Uşaqlar və ailələri hansı şəkil və məlumatların internetə qoyulacağını dönə-dönə düşünməlidirlər.

Uşaqları internetdəki təhlükələrdən necə qoruyuruq?

Qeyd: Türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz