» » Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (I yazı)?

Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (I yazı)?

Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (I yazı)?

 

İnsan nə üçün yaşayır, mübarizə edir, sevib-sevilir? Nə üçün bəzən sevinir, ürək dolusu fərəhlənir, bəzən də əzab çəkir?
Nəsillər, əsrlər bir-birini dəyişir, amma bu nizam, həyatın bu urvatı heç dəyişmişir. İnsan oğlunun həyat yolu, tale kitabı özündə elə həmişə bunları daşıyır. Əslində, kimsə onu dəyişdirmək də istəmir, kimsə bunu bacarmaz da. Sadəcə, insan öz baxış və münasibətləri, həyat tərzi ilə gözəl həyatı necə düşünürsə, elə də yaşayır: yəni, ətrafı və ətrafındakıları gözəl görürsə, bu gözəllik çevrəsinə işi və əməlləri ilə o da qoşulursa, özü də gözəl yaşayır.
Amma həyatı, sadəcə, malik olduğu maddi üstünlüklərə görə yaşayırsa, həyatını nəşəli tərəflərini, rahat tərəflərini bu üstünlüyünə görə təmin etmişsə, o, əsl səadətini əslində, tapmamışdır. Çatdığı təmtəraqlı həyat da əbədi deyil, etibarlı deyil, keyfiyyətli deyil. İnsan gərək bunun üçün huşyar ola, gərək bunun üçün bəsirət gözün həmişə açıq ola.
Bir insan ömrünün mərhələlərinə fikir versəniz, bu mərhələlər hamısı onun mənalı, şən yaşaması üçündür: bağçaya getdiyi gündən ta ixtisas sahibi olub əmək fəaliyyətinə başladığı günə qədərki illərin uzunluğu, gərginlik və həyəcanları hər şeyi demirmi? Bəlkə tək özünə qalsa, kimsə bu qədər əziyyət çəkməz, kimsə bu qədər cavabdehlik daşımaz. Tək özünə qalsa yaşamağa nə var ki.. Bəs onda ölüb gedəcəyik, həyatda izimiz-tozumuz qalmamalıdırmı? Bəs ailəmiz olmasa, biz bu qədər məsuliyyət, cavbdehlik hiss etmərik axı. Bəs gələcəyə qoyacağımız əmanət olmamalıdırmı? Olmalıdır: bizi bizdən sonra əvəz edəcək oğullar, nəvələr, nəticələr, kötükcələr, güllücələr, unnicələr və s...
"Min yerdə ipək xalça döşənmişdi. İç Oğuzun, Daş Oğuzun bəyləri Bayındır xanın söhbətinə toplaşmışdı. Baybura və onun adamları da Bayındır xanın məclisinə gəlmişdi. Bayındır xanın qarşısında oğlu Qarabudaq bəy dayanıb durmuşdu. Sağ yanında Qazanın oğlu Uruz durmuşdu. Sol yanında Qazlıq qoca oğlu Yeynək bəy durmuşdu. Baybura bunları gördükdə ah çəkdi. Ağlı başından çıxdı. Dəsmalını əlinə alıb, hönkürə-hönkürə ağladı.

Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (I yazı)?

Bunu görən Qalın Oğuzun arxası, Bayındır xanın kürəkəni Salur Qazan qaba dizi üstünə çökdü. Bayburq bəyin üzünə qıyqacı baxaraq dedi:

- Baybura bəy, niyə ağlayıb- zarıyırsan?
Baybura bəy:
-Qazan xan, necə ağlamayım, necə zarımayım? Oğuldan dayağım yox, qardaşdan sayılmağım! Allah-təala məni qarğayıbdır...
Bəylər, taxtım-tacım üçün ağlayıram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda
kimsə qalmayacaq”, - deyir.
"Kitabi-Dədə Qoqud” dastanındadır bu epizod: "Bayburanin oğlu Bamsı Beyrək boyu”ndan
Yəni, insanlığın, həyatın davam etməsi cəmiyyət üçün olduğu qədər də ailə üçün də prioritetdir. Ailə quran kimsə də qadını, məncə, evinə, həyatına təkcə onun üçün daxil etmir ki, qulluğunda duran olsun, nazını çəkən olsun. Yox..Yox.. Nəslin, ata xəttinin davam etməsi ailənin hər iki üzvünün birgə səyləri ilə mümkündür. Yəni bunların ailə qurmaqda məqsədi nəsillər, əsrlər arasında varisliyin itməməsinə xidmət etməkdir, elmi mənada budur. Qaldı digər, yəni digər çalar: bu da insan həyatıdır, bu da olacaq. Əgər bir adamın peşəsi balkəsəndirsə, gətirib ona bal verəcəklər, o da bu balı kəsməlidir də, kəsəcək də. Ürəyi çəkəndə, iştahası istəyəndə hər dəfə də barmağını batırıb dadacaq da. Bəs niyə deyirlər ki: "Bal kəsən barmaq yalar” .
Hələliksə bal kəsmək peşəsinə vaqif olmaq, incəliklərini öyrənmək lazımdır.
Nədir bu incəliklər?
"Kitabi-Dədə Qoqud” dastanları xalqımızın əxlaqına güzgü tutmaq, öyrənmək, görüb-götürmək üçün çox əvəzsiz bir mənbədir –ailə-əxlaq məcəlləsidir. Burada müqəddəslərimizin dilindən söylənmiş hər bir fikir bir əxlaq nəzəriyyəsidir.Hər bir bu yazını oxuyandan xahiş edərdim ki, "Kitabi-Dədə Qorqud” dastanlarını oxumuzsunuzsa, yenə oxuyun, oxumamısınızsa, hökmən oxuyun. Qızınıza oxudun, öyrədin. Birini alıb nəfis şəkildə çilidlədin, qızınıza cehizinizin üstündə verin:ən böyük mənəvi çehiz olardı. Həm də, bu, bir növ qız anasının ulularımızın ovsun mərasimi kimi bir əhəmiyyət kəsb edərdi: insan üçün ən əziz olan, ən cavabdeh oln adam beyində, ürəyində nələr tuturs, nələr yaşadırsa, bu hisslər nəzərdə olan adamı ömrü boyu müşayiət edir. "Kitabi-Dədə Qorqud” dastanı da bütövlükdə Qorqud atamızın xslqımız haqqında düşündükləridir.
Bütövlükdə bu dastanda Azərbaycan ailəsin mənşəyi, inkişafı, mərhələləri, borc və məsuliyyəti haqqında o qədər dəyərli fikirlər var ki, bu gün də yüzə- yüz dəyərini saxlayır.
Ailə qurmaqda məqsəd, ata-ana arasında ər-arvad məsləhətləşmələri, ad eləmə, qohum-quda münasibətləri; qayınana-qayınata və gəlin, qayınana-qayınata və kürəkən münasibətləri o qədər incəliklə işlənib ki, özünü ağsaqqalının, böyünün hüzurunda hiss edirsən.
Fikir verin, övladlar da bu xəttə sədaqətlidir. Haqqında danışdığımız boyda övladın - yəni Beyrəyin ailə qurarkən necə bir qız seçmək istəməsi (övladların öz fikrini açıq şəkildə ifadə etməsi , valideynlərin onların fikirlərilə hesablaşması da həmçinin) maraqlıdır:
Atası dedi: "Oğuzda kimin qızını alıb verim?”. Beyrək: "Ata, mənə bir qız alıb ver ki, mən yerimdən durmadan o durmuş olsun! Mən qaracıq atıma minmədən o minmiş olsun! Mən döyüşə getməmiş o mənə baş gətirsin! Ata, mənə belə bir qız alıb ver”, – dedi.”
Ö dövr üçün təbii ki, format belə idi. Amma bizim nəslin gəncləri bunu bir az da dərinləşdiriblər: "Ata-ana, mənə elə bir qız alın ki, Siz yuxudan durmamış o durmuş ola, həyət-baçanı gəzmiş ola, şəhərdisə, balkonu, mətbəxi.))) Çay qoya, sürə aça. Qayınata-qayınana da duran kimi də görə ki, illərlə gözlədikləri həsətə deyəsən qovuşublar axı .” Hələ bu şirin gəlin bir ayrılıqda qayınataya, qayınanaya "ATA”, "ANA” deyə, özü də böyük hərflə ha,)))) süfrəyə dəvət edə...

Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (I yazı)?

Adam elə istəyir ki, gün tez ötüşsün, axşam tez düşsün, səhər tez açılsın. Dünyaya hər gün Günəş yenidən doğduğu kimi qayınatanın, qayınananın dünyasına da Gəlin Günəş yenidən döğsun. Bəlkə Məmmıd İsmayıl da buna görə yazıb: "Hələ yaşamağa dəyər dünyada”…
Dədə-Qorqud ailəsində ailə, qayınana-qayınata və gəlin münasibətləri necə səmimidir.
"Bamsı Beyrək boyu”nda Beyrək 16 illik ayrılıqdan sonra vətəninə qayıdır. O vaxt qayıdır ki, nişanlısı digərinə verilmişdi: toyu idi. Beyrək ozan qiyafəsində məclisə daxil olur və oxuyur, qopuz çalır və Banıçiçək artıq tanıyır ki, bu, onun əsl nişanlısıdır, ata minib çapaarq özünü qayınatası-qayınanasının yanına çapır:

Qayınata, qayınana, nə muştuluq verərsiz mənə?
Beyrəyin ata-anası deyir:
Dilin üçün ölüm, gəlinciyim!
Yolunda qurban olum, gəlinciyim!
Yalansa bu sözlərin, gerçək olsun, gəlinciyim!
Sağ-salamat gəlib çıxsa,
Qarşıdakı dağlar yaylağın olsun!
Soyuq-soyuq sular bulağın olsun!
Qulum-qaravaşım sənin xidmətçin olsun!
Şaha layiq atlarım sənin miniyin olsun!
Qatar-qatar dəvələrim yüklüyün olsun!
Yaylaqdakı qoyunumu sərf eylə şülənliyə,
Qızılımı-gümüşümü xərclə sən şənliyə!
Qızıl tağlı hündür evim olsun sənin kölgəliyin!
Bu bəlalı başım sənə qurban olsun, gəlinciyim!

Burda da gənclərin azadfikirli olması, fikirlərini sərbəst ifadə etməsi önəmli olduğu qədər də, qayınatanın gəlininə müraciəti önəmlidir:

Dilin üçün ölüm, gəlinciyim!
Yolunda qurban olum, gəlinciyim!
Yalansa bu sözlərin, gerçək olsun, gəlinciyim!


Gəlin də qayınatasına, qayınanasına eyni ehtiramı göstərir:

Anamdan yeyrək qayınana!
Atamdan yeyrək qayınata!


Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (I yazı)?

Və gəldik çıxdıq mətləbə. O mətləbə ki, bu gün əksər gənclərimiz bu mətləbə çox da əhəmiyyət vermirlər: bəzi valideynlərin özlərinin nümunə ola bilməməsi, ailədə müəyyən sağlam mühitin olmaması, bir qədər gənclərin özləri tərəfindən yersiz təkəbbürlülük, bir qədər amirlik, bir qədər anlaşılmazlıq, bir qədər də səhv ucbatından ailə institunun əsaları dağılmağa doğru gedir. Belə gənclər elə bilirlər ki, elə həmişə belə qalacaqlar, hər şey bu gün necə görürlər, necə düşünürlərsə, elə qalacaq, elə olacaq. Əfsus ki, bu gün ayrıldığın hər nə var, sabah artıq keçmişdir, tarixdir. Yaşa dolduqca, ailə böyüdükcə, tərəflər arasındakı münasibətlərin mahiyyət və məzmunu yaxşılığa doğru daha zinətləndikcə, artıq onlar da hiss etməyə başlayırlar ki, ətrafdakılara, xüsusən qayınata və qayınanaya qarşı bəzən diqqətsiz, laqeyd olublar, bzən yanlış olublar, lap nankor olublar. İndi onlar day ox həyatda. Həm də o vaxt yox ki, ata-anaya/qayınana-qayınataya etmədikləri diqqət və qayğıya özləri ehtiyac duyurlar. Həyatın çox amansız haqq divanı var. Heç nə unudulmur, yaddan çıxmır, əvəzsiz qalmır.
Biz Ana və uşaq.az portal olaraq ailə münasibətləri ilə bağlı hər zaman müxtəlif –müxtəlif yazılar vermişik. Qayınana/qayınata münasibətləri ilə bağlı da həmçinin. Amma bu cür yazılara hər zaman ehtiyac var.Lap nə qədər irəli inkişaf etsək də, keçmişimizlə, ulularımızın ailə-əxlaq haqqında düşüncələri ilə bağlılığın qırılmasına yol verməməliyik. Xüsusilə, əxlaqımıza, mənəviyyatımıza qarşı bir "səlib yürüşü” hiss edildiyi bir zamanda buna çox ehtiyac var.
Məsələn, bu gün gəlinin və ya kürəkənin qarşı tərəfin ata-anasına necə müraciət etməsi məsələsini müzakirə edək.
Yeni ailə quran gənclər, nişanlılar hətta, fərqi yoxdur oğlan və ya qız, bir-birlərinin valideynlərinə necə müraciət etməlidir və nə vaxtdan müraciət eyməlidir?
Xanımlarımız inciməsinlər, bu münasibətdə onların münasibətləri daha yanlış. Biz əks cinsin nünayəndəsiyik deyə belə düşünmürük. Hər birimizin oğlu da var - qızı da, gəlinimiz də var - kürəkənimiz də. Biz kimdəsə nöqsan tapmaq üşün yazmadıq bu mövzunu, biz istədik ki, hər birimiz hamımızın olan həyati münasibətlərə laqeyd qalmayaq. ...Bu yazını oxuyan 500 ailədə əgər gəlin varsa və onlar bu yazıdan sonra 300 gəlin/bəy qayıanalarına ANA desə, qayınatalarına ATA desə, necə gözəl olar həyat... Lap 100 gəlin/bəy desin..Həyat 100 dəfə mənalaşacaq. "А зори здесь тихие” , ruslar demişkən...
Mən bu qədər həyat təcrübəmə, yaşıma, savadıma əsasən bu qənaətə gəlmişəm. Əgər indiyə kimi 1000 ailə haqqında bu və ya digər şəkildə əlaqəm, hər hansı bir şəkildə ünsiyyətim olubsa, inanın, bunun uzaqbaşı 50-də görmüşəm ki, gəlin oğlanın ata/anasına "qayınana”,"qayınata” desin, oğlanlaın deməsini də görməmişəm. Hardasa söhbət düşəndə gəlin də/bəy də "qayınatam”, "qayınanam” deyirlər, amma üz-üzə gələndə "əmi, "dayı”, "müəllim”, ziyalıdırsa, "xala”,"bibi”,"müəllimə” deyirlər, ya da söhbəti, nüraciəti elə istiqamətləndirirlər ki, şəxsləndirmə olmur, ümumiyə olur.
Çox böyük diqqətsizlikdir. Mən hesab edirəm ki, həqiqi sevgidirsə, gənclərimiz bir-birlərini doğru seçiblərsə, artıq toy günündən başlayaraq hər iki tərəf bir-birlərinin valideynlərini ata-ana kimi qəbul etməlidir və bu, belədir də.
Bu haqda çoxlu münasibətlər eşitmişəm. Əsasən də, qadınlar deyir ki, adamın bir anası-atası olar. Olsun da. Bəs sənin atan toy günü mikrafonu əlinə alıb xeyir-dua verəndə deyirdi ki, bu gündən Cəmil də mənim oğlum, Cəmilin atası da dedi, millətin gözü qabağında bəyan etdi ki, Pərvanə də mənim bir qızım. Onda belə çıxır ki, əvvəldən valideynlər özləri başlayırlar yanlış münasibəti.

Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (I yazı)?

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Люди кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0